Yolumuzun taleyi və vəzifəmiz
Möhtərəm Fəthullah Gülən Xocaəfəndi yeni söhbətində aşağıdakı məsələlərdən bəhs etdi:
- İmam Qəzali həzrətləri günah və şər əməlləri “möhlikat” (həlak edən, fəlakətə sürükləyən əməllər), savab və saleh əməlləri isə “mönciyat” (xilas edən, qurtuluşa aparan əməllər) adlandırmışdır.
- Hazırda baş verən hadisələri – İmam Qəzalinin sözü ilə desək – zalımların məzalimi (zülmlər, haqsızlıqlar), məsavisi (pisliklər, fənalıqlar), xudası (hiylə, məkr, kələk), intiqamı və s. onlar üçün möhlikat, məzlumlar üçün isə mönciyat sayılır. Bundan ötrü inildəyən, oturanda-duranda bu barədə düşünən, dualarında məzlumları da unutmayan və imkan daxilində onlara ürək-dirək verən insan bundan iztirab çəksə də, qazanır.
- Tarixdə “çəkən” və “çəktirən”lər əskik olmamışdır. Əgər “çəkən”lər haq və doğru yoldalarsa, qazananlar onlardır, o biriləri isə məğlub olmağa məhkumdurlar. Tarixdə həmişə belə olmuşdur. Zalım həmişə məğlub olmuş, məzlum isə, əgər inanırsa, Allahla irtibatı varsa, sırf yüksək ideallar uğrunda mübarizə aparırsa, haq və həqiqətdən dönmürsə və bu səbəbdən cəfa çəkirsə, çəkdiyi zülmlər, gördüyü xəyanətlər onun qazanmasına vəsilə olmuşdur.
- Tarix boyu çoxlu peyğəmbərlər gəlmiş və insanlara Allahın fərmanını çatdırmışlar. Ancaq mənsub olduqları qövmlər və ya bəzi düşmənlər pnların əksəriyyətini qəbul etməmiş, məsxərəyə qoymuş və zülm çəkdirmişlər.
- Həzrəti Nuh (əleyhissalam) nübuvvətlə sərəfraz olmuş, insanları Allaha ibadətə səsləmiş və gəmi kimi möcüzələrlə Allah tərəfindən dəstək görmüşdü, buna baxmayaraq ona – haşa – “səfeh” və “məcnun” deyirdilər. “Xaşxaşi” deyənlərə əhəmiyyət verməyin, “çətə” deyənlərə əhəmiyyət verməyin, “sülük/zəli” deyənlərə əhəmiyyət verməyin.
- Bəzi ədəbsizlər də İnsanlığın İftixarına qarşı çıxmış və Ona ədəbsiz sözlər söyləmişlər. Aləmlərin şərəf abidəsi Peyğəmbərimizə - əstağfirullah, yüz min dəfə əstağfirullah - şair, kahin, sehrbaz, cahil və s. çirkin sözlər demişlər.
- Həzrəti Adəm, Həzrət Nuh, həmçinin Rəsuli-Əkrəm Peyğəmbərimizin dövrünə baxanda, ilahi adətin dəyişmədiyini görürük. Nə dəyişmişdir? Şəraitə görə “ssenarilər”, bir qədər də zülm və cəzanın forması dəyişmişdir.
- Reallığı qəbul etmək və enerjinizi başqa şeylərə sərf etməmək lazımdır. Gücümüzü-qüvvəmizi “Bu işin axırı nə olacaq?” kimi suallara sərf etsək, mükəlləf olduğumuz vəzifələri yerinə yetirməyə taqətimiz qalmaz, enerjimz bihudə gedər. Gördüyümüz iki işə üçüncü, dördüncü iş əlavə etsək, lap əldən düşərik.
- Belə bir fəşələ (fiasko, uğursuzluq) məruz qalmamaq üçün, fikrimizi vacib məsələlərə cəmləməliyik. İdealımızın, məfkurəmizin faydasına hansı işlər görməliyik? Hazırkı şərait hansı işlər görməyə əlverişlidir? Alternativ hansı işlər görmək olar? Budur bizim işimiz. Konyunktura bizdən bunu tələb edir.
- Yoxsa: “Filan zalım elə elədi, fəsman zalım belə elədi. Filan “qara mətbuat” elə elədi, filan “ağ mətbuat” belə elədi...” Bunlarla məşğul olsanız, fikriniz qarışar; neyronlara ağır gələr; beyin qabığınız partlayar... Sonra işlərinizdə uğursuzluğa düçar olarsınız. Elə isə gücümüzü bir işə cəmləmək lazımdır.
- “Onlara elə cavab verək, belə cavab verək!” fikrini ağlınızdan çıxarmağa çalışın. Əlbəttə atılan iftiralara qarşı hüquqi yollara, vəkil və sahənin adamlarına baş vurmalısınız, bu başqa. Amma “O mənə söz atdı, cavabını verim! O haqqımda ədəbsiz söz sərf etdi, mən də öz-özümə və ya bir-iki dostun yanında o sözə yaxın bir söz deyim. O mənə tülkü dedi, mən də ona bari dövşan deyim”... bunlar faydasız işlərdir. Bundan heç nə qazanmaq olmaz. Ağıllı mömin hər hərəkətini elə planlamalıdır ki, hökmən bir şey qazansın; “Mən neyləməli, necə davranmalıyam ki, hər hərəkətdə nəsə qazanım?” düşüncəsi ilə hərəkət etməlidir.
- Cənabi-Haqqın ilahi adətidir insanları həyatı boyu müxtəlif sınaqlardan keçirmək. Beləcə, almaz kömürdən ayırd edildiyi kimi, qızıl daş-torpaqdan ayırd edildiyi kimi, Allah-taala da xası xamdan, safı qarışıqdan ayırır. Qurani-Kərim buyurur: “Əlif, Lam, Mim! Möminlər yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (“Ənkəbut” surəsi, 29/1-2
- Mənzili cənnət olan peyğəmbərlər yolunun özünə məxsus məşəqqəti var. Qurni-Kərim bu məsələ haqda buyurur: “(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (“Bəqərə” surəsi, 214).
- Cənabi-Haq səbir edənləri, mücahidədən dönməyənləri ayırd edib əməllərini onlara da göstərmək üçün insanları sınağa çəkər. Belə ki, bir ayədə buyurulur:“Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?” (“Ali İmran” surəsi, 3/142). Allah (cəllə cəlaluhu) bəndələrini necə hərəkət edəcəklərini öyrənmək üçün sınağa çəkmir. Çünki O (cəllə cəlaluhu) əzəli elmi ilə kimin səbir edib, kimin üzüdönük çıxacağını bilir. Buna baxmayaraq bildiyi bir həqiqəti bəndələrə də göstərmək istəyir.
- Habbab ibn Ərət (radiyallahu anh) rəvayət edir: “Allah Rəsulu Kabənin dibində əyləşmişdi. Başı örtülü idi. Yanına getdm: “Ya Rəsulallah, bəlkə dua edəsiniz, Cənabi-Allah bizə kömək etsin!” – dedim. Rəsulullah (sallallahu aleyhi vəsəlləm) buyurdu: “Allaha and olsun ki, sizdən əvvəlki ümmətlər daha dəhşətli işkəncələrə məruz qaldılar. Bəzilərini xəndəklərə yatırır və dəmir mişarla ikiyə bölürdülər, lakin onlar dindən dönmürdülər. Ətlərini sümükdən ayırırdılar, amma onlar əhdindən dönmürdülər. Allah bu dini tamamlayacaqdır, ancaq siz tələsirsiniz. Gün gələcək bir qadın Hirədən Hadramuta təkbaşına yol gedəcək və vəhşi heyvanlardan başqa bir şeydən qorxmayacaq.”
- “Müqabileyi-bil-misil”ə din icazə verir. Cənabi-Allah buyurur: “Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.” (“Nəhl” surəsi, 16/126). Məfkurə qəhrəmanları eynilə cəza vermək rüxsətindən istifadə etməməlidir. Həzrəti Pir “müqabileyi-bil-misil” haqda “qaideyi-zalimanə” deyir. Zərərə uğratmaq isə, hədisin buyurduğu kimi: “Zərərə uğratmaq yoxdur, zərərə zərərlə cavab vermək də yoxdur.”
- Bizim bir dərdimiz var: Məhəmmədi ruhun bütün dünyaya yayılması. Yahya Kamal nə gözəl buyurur: “Sultan Səlimi-Əvvəli ram etməyib əcəl,
- Siz öhdənizə düşəni yerinə yetirin, qalan işlər Allahın rəhmət və inayətinə aiddir. Ustad həzrətləri bu məsələ haqqında Calaləddin Xərzəmşahı örnək göstərir. Bir vaxtlar İslam qəhrəmanı və Çingizin ordusunu dəfələrlə məğlub edən Cəlaləddin Xərzəmşaha döyüşdən qabaq vəzirləri və təbəəsi "Sən qalib gələcəksən!" deyirlər. Xərzəmşah belə cavab verir: "Mənim işim Allahın əmrinə tabe olub cihad etməkdir. Qalibiyyət və ya məğlubiyyət Allaha aiddir".
- Bizim hazırkı vəzifəmiz bugünədək əldə edilən nailiyyətləri gələcəyə ötürməkdir. Bundan əlavə, bizə pislik edənlərə “Allah günahlarını bağışlasın!” deyə dua etməli və onlara acımalıyıq. Çünki zülm edənlərə, imanları varsa və buna baxmayaraq zülm edirlərsə, acımaq lazımdır. Bu məsələdə siz qazansanız da, itirənlər onlardır. Axirətdə ümumi bir hüquqa təcavüzdən ötrü cəzaya məruz qalarlar. Xalqın haqqı Allah haqqıdır. Allah haqqına təcavüz etdiklərindən ötrü cəza çəkərlər. Belələri acımağa layiq olub acınacaqlı vəziyyətdədirlər.
- Belə bir vəziyyətə düşən insanlar haqqında: “Allahım, bizi də, onları da sirati-müstəqimdən ayırma. Bizə də, onlara da səhv işlər gördürmə. Səhv işlər gördürüb axirətdə səhvlərimizi bəla, müsibət surətində boynumuza dolama!” deyə dua etməliyik. Bəli, biz həm onlar, həm də özümüz üçün yaxşı şeylər düşünməli və “müsbət hərəkət” etməliyik.
Zalımlar məğlub olmağa məhkumdur!
“Xaşxaşi” deyənlərə əhəmiyyət verməyin, peyğəmbərlərə də “səfeh, kahin, məcnun” demişlər...
Gücünüzü başqa şeylərə sərf etməyin!
“Keçmiş ümmətlərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə girəcəyinizimi guman edirsiniz?”
“Allah bu dini tamamlayacaq, ancaq siz tələsirsiniz”
Fəth etməli idi aləmi şanı-Məhəmmmədi.
Göy nura qərq olur neçə yüz min minarədən,
Şəhbal açınca ruhi-rəvani-Məhəmmədi.
Ərvah cümlətən görür Allahu Əkbəri,
Əks eyləmiş Ərşə lisani-Məhəmmədi.”
Yaxşı şeylər düşünməli, “müsbət hərəkət” etməli və əmanətə layiq olmalı!...
- tarixində yaradılmışdır.