Hər Zaman Təmkin
Sual: Yağış duasına çıxarkən, paltarları tərsinə çevirmək, uşaqları və heyvanları da birlikdə aparmaq kimi İlahi rəhmətin cəlb olmasına səbəb olacaq şeylərdən danışırlar. Ölkəmizin başındakı bəlaların sovuşması üçün dua edəndə də ilahi rəhməti coşduracaq vəsilələr əsasdırmı? Duada və qulluqda təmkinin yeri nədir?
- İnsan, hər nə vəsilə ilə olursa olsun, Cənabi-Haqqın dərgahına əl açarkən həmişə bu dördlükdə ifadə edilən hissiyyata nail olmağa çalışmalıdır: (00.42)
"Əliboş gedilməz varılan yerə,
Boş gəlmədim, ya Rəbb, mən günah gətirdim!
Dağlar çəkə bilməzkən o ağır yükü,
İki qat kürəyimdə, çətin gətirdim..." - Duada əllərin tərsinə çevrilməsi doğrudurmu? Əlləri aşağıya çevirərək dua etməyin mənası nədir? (01.42)
- Yağış duasında paltarların tərsinə çevrilməsi, hər şeyin alt-üst olduğunu və duaya çıxanların pərişanlığını ifadə edir. Ərz olunan kədərli hal İlahi mərhəmətə bir dəvətnamə mahiyyətindədir. (03.10)
- Xüsusilə, toplu, camaat şəklində edilən dualarla insanların həyəcanlarını oyatmaq lazımdır, lakin bu, şablon sözlərlə deyil, dua edənin səmimiyyəti içində və könlün dilindən istifadə edib o günə qədərki əzbərləri pozmaq surətiylə edilməlidir. (03.54)
- Duada əhəmiyyətli olan saf, təmiz, duru və həyəcan dolu bir ürəklə Cənabi-Haqqa halımızı ərz etməkdir. (06.06)
- Bəzi mövqeləri tutmuş və cəmiyyət adına ümid abidəsi olmuş insanlardakı bir sarsıntı bütünlüklə İlahi mərhəmətin kəsilməsinə səbəb olar. (07.36)
- "Hasənatül-əbrar seyyiətül-muqarrabin - Əbrarın (əməli-saleh insanlar) elə yaxşılıqları vardır ki, onlar muqarrabin (Allaha daha yaxın olanlar) üçün günah sayılar," deyilmişdir. Bu söz, -füruat (dinin təfərrüatına aid məsələlər) baxımından- şəri meyarların bəzi insanlara görə dəyişə biləcəyini ifadə edir. Bəli, bəzi kimsələr vardır ki, onlar mövqeləri etibarilə, xüsusi lütflərə məzhərdirlər, daim hifzü-inayət altındadırlar və onların da bu himayəyə qarşı vəfalı davranmaları gözlənilir. (10.35)
- İnsanın yaxınlığı artdıqca və səviyyəsi yüksəldikcə onda təmkin duyğusu da eyni nisbətdə dərinləşməlidir. (12.30)
- Həzrəti Musanın (ə.s.) "İndi bizi aramızdakı ağılsızların etdiklərindən ötrü həlakmı edəcəksən, Allahım?" (Əraf, 7/155) deyişi və "Bir də elə bir fitnədən çəkinin ki, o, içinizdən tək zülm edənlərə toxunmaqla qalmaz, hamınıza şamil olar. Bilin ki, Allahın cəzalandırması şiddətlidir" (Ənfal, 8/25) ayəsinin ifadə etdiyi həqiqətlər… (13.00)
- Həzrəti Aişə (r.a.) validəmizdən rəvayət edildiyinə görə Rəsulullah Əfəndimiz (s.ə.s.) belə buyurdu: "Bir ordu Kəbəyə hücum etmək üzrə yola çıxacaq, bir səhraya çatanda başdan-ayağa bütün ordu yerə qərq olacaq. "Həzrəti Aişə deyir ki, "Bunun qarşılığında mən, ya Rəsulullah, onların arasında ticarət üçün yola çıxanlar və pis niyyətli olmayanlar var ikən nə üçün hamısı birdən yerə qərq olacaq?" deyə soruşdum. Rəsulullah (s.ə.s.), "Hamısı birdən yerə batacaq, amma axirət günü yenidən dirildilib niyyətlərinə görə hesaba çəkiləcəklər," buyurdu. (15.50)
- Həzrəti Sadiqu-Masduq (s.ə.s.) buyurdu ki: "Allah zalıma möhlət üstünə möhlət verər, lakin bir dəfə Onun qəzəbinə tuş gəlsə, artıq xilas ola bilməz" (20.24)
- Müxtəlif cür şirklər vardır və heç kimsə aqibəti barəsində arxayın deyil, arxayınçılıq küfrdür. Burası da var ki,həmişə təmkin içində və ilahi rizanın dərdində olmaq əbədi səadətə çatmaq yolunda ən böyük vəsilədir. (22.24)
- Özünü və yolunu tapmış insanlar üçün ən əhəmiyyətli iki əsas: Mövcud olanı saxlama və tapılmayanı tapma ... (28.16)
- tarixində yaradılmışdır.