Sədaqətin zirvəsi
Sual: Rəbbin hakimiyyəti, İslamın rəhbərliyinə və Ruhu-Seyyidul-Ənamın (s.ə.s.) peyğəmbərliyinə razı olduğumuzu hansı sözlə və duyğu ilə ifadə etməliyik? Rəbbi-Rəhimdən, Dini-Mübindən və Rəsuli-Əkrəmdən məmnun olmağı "sədaqətin zirvəsi" saydığınız nəzərə alınsa, razılıq üfüqünə ancaq sədaqət cığırından keçərək çatılacağını demək mümkündürmü?
- Razılıq üfüqünün ifadəsi olan bu mübarək söz, səhər-axşam oxuduğumuz dualar arasında da yer almaqdadır: (00.40)
رَضِيناَ بِاللهِ رَبًّا وَبِاْلإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَسُولاً
Allahın Rəbbliyindən, din olaraq İslamdan və İnsanlığın İftixarı olan Həzrəti Muhammədin (s.ə.s.) peyğəmbərliyindən razıyıq. - Bilən sevər, bilməyən də xəbərsiz qalar; çoxlarının Rəsuli-Əkrəmə (s.ə.s.) qarşı əlaqəsizlikləri bilmədiklərinə görədir. (02.14)
- Bəzən insan könüldən dua edər, Cənabi-Haqq da dərhal qəbul edər; bəzən də bir duanın qəbulu -bir hikmətə görə- eyni dua və niyazı on- on beş il təkrar etdikdən sonar olar. Buna görə də, bir insan bu duanı iyirmi beş il boyunca hər gün yüz dəfə oxuyub razılıq istəsə, yenə də dəyər: (05.25)
اَللّٰهُمَّ عَفْوَكَ وَعَافِيَتَكَ وَرِضَاكَ، اَللّٰهُمَّ إِلَى مَا تُحِبُّ وَتَرْضَى
Allahım, Sənin əfv, bağışlanma və razılığını istəyirəm; sevib məmnun olduğun şeylərdə məni hidayətə çatdır!" - Həzrəti Ruhu-Seyyidil-Ənam Əfəndimiz (s.ə.s.) razılıq mərtəbəsinin qütbüdür. (07.44)
- Allah Rəsulu çox təvazökar idi; bununla yanaşı, bir üstünlük ifadə etsə də, risaləti ilə əlaqəli həqiqətləri dilə gətirməsi Onun vəzifəsi cümləsindən idi. (10.49)
- Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) həm nəbi, həm də rəsuldur. Risalət gündüz kimi və açıq, peyğəmbərlik isə leyli(gecə) və qapalıdır. Sevgili Peyğəmbərimizin (s.ə.s.) dualarında bu nöqtə də nəzərə alınmışdır. (12.16)
- Sədaqət və razılıq arasında necə bir münasibət vardır? (15.40)
- Rəsuli-Əkrəm Əfəndimizi (s.ə.s.) və Onun gətirdiyi hər şeyi təsdiqlə kamala çatan, özünə təqdim edilən mesajlara -əksinə ehtimal verməyəcək şəkildə- iman edən və ilayi-kəlimətullahı həyatının məqsədi bilən siddiqlərin piri Həzrəti Əbu Bəkrdir (r.a.). Əslində Əshabi-kiramın hər biri bir siddiqdir; nə var ki, onlardan ən yüksəkdə yer tutan və sədaqət bayrağını daşıyan şəxs Əbu Bəkr əfəndimizdir (r.a.). (19.25)
- Məfkurəmizə və dostlarımıza qarşı sevgimizi fövqəladə bir sədaqətlə ortaya qoymalıyıq, şişirdilmiş təriflərlə deyil. Həyatını bu sevdaya həsr etmiş birini sahil kənarında eşqbazlıq edərkən görsəm yenə də onun haqqındakı qənaətim qətiyyən dəyişməz. Elə getməsinə razı olmaram, üsuluna uyğun olaraq xəbərdarlıq edərəm, onun o biri aləmdə əlimdən tutmasını istəyərəm.. o başqa. Lakin bir insanı hər hansı bir qüsuruna görə dərhal yoxluğa məhkum etməmək sədaqətin gərəyidir. (22.00)
- Bəzi sədaqət qəhrəmanları nümunə kimidirlər; onların bir yerdəki mövcudiyyətləri oranın haqpərəstliyi adına min dənə dəlildən daha təsirlidir. (27.00)
- Nə olar Allah xatirinə, bir gecə qalxın və Cənabi-Haqqdan ümməti-Muhammədin iqbalını diləyin!.. (30.05)
- tarixində yaradılmışdır.