Meydanların Dili və Səslərin Rəngi
Meydanların Dili və Üslub Məsələsi
Sual: Xüsusilə seçki ərəfəsində kürsüyə çıxan, ya da mikrofon uzadılan, demək olar ki, hər kəsin olduqca qəzəbli və rəqiblərinə qarşı təhqiramiz üslubla danışdığına şahid oluruq. Böyükdən kiçiyə hər kəsin gözü qarşısında cərəyan edən bu söz atışmalarından, xüsusilə, siyasət səhnəsində zərər çəkməyən şəxs və təşkilat qalmır. Bu baxımdan, meydanların dilini və üslub məsələsini dəyərləndirə bilərsinizmi?
- Üslub insanın elə özüdür; insanın dəyəri üslubundan bilinə bilər. (01.10)
- Bəzən dinləyici kütlə natiqi kürsüsündən alıb öz səviyyəsinə endirər; bu səbəbə görə də, nitq söyləyən insan ümumi mənada üslubuna yaraşmayan söz deməməlidir. Belə ki, heç bir səbəb üslubun pozulmasına bəhanə ola bilməz. (02.54)
- Bu qədər ciddi məsələ qarşısında həyəcan keçirməyən iki ayrı dinləyici qrupunun "batareyalı" və "fəna fil-heyvan" sözlərinə qopardıqları alqış tufanı... (03.02)
- Üslub pozuntusunda qulağa gələn xüsuslardan biri də çox təhqiramiz bir dildən istifadə edilməsidir. Bir insanın rəqibi və onun tərəfdarlarına təhqiramiz şəkildə nitq söyləməsi çox ayıbdır, lakin tərəfdar dinləyicilərin bu çirkin sözləri alqışlaması və müdafiə etməsi ondan daha böyük bir ayıbdır. (05.37)
- Ən böyük səhvlərdən biri də bir heyətin tamamilə qaralanmasıdır. "Uğursuzlar, qabiliyyətsizlər, ölkəni satanlar..." deyərək, hər necə olsa da, seçkiyə görə bir yerə könül bağlamış insanların hamısını birdən qaralamaq elə böyük bir günahdır ki, bu cürmü (günahı) işləyən şəxs o insanların hamısından halallıq almadan Cənnətə girə bilməz. (07.47)
- Xüsusilə, istişarə sabah utanmamaq üçün dövlət xadimlərin və siyasətçilərin bu gün söylədiklərini tənzim edən başlıca amildir. Təmənnasız, haqpərəst məsləhətçiləri olan və onların fikirlərinə dəyər verən şəxslər məşvərəti layiqincə dəyərləndirsələr, xəta və səhvlərdən uzaq olarlar. (09.30)
- Tənqid edərkən istər filan partiyanın tərəfdarlarını, istərsə də filan təşkilatları hədəfə almaq və məsələni hər kəsə şamil edərək o dairədəki bütün insanları qaralamaq çox çirkin bir davranışdır. Hər müəssisədə olduğu kimi, məsələn Ədliyyə və Hərbidə mənfi işlər görən bəzi insanlar ola bilər; onların üzündən bu müəssisələri bütövlükdə qaralamaq və gözdən salmaq zülmdür. (14.15)
- Yeniçərilərdən öz hökmdarını öldürənlər də çıxmışdır, lakin beş əsrə yaxın millətin namus, şərəf və istiqlalını qoruyan da yeniçəridir. Beləliklə də, bir-iki nəfərin səhvi ucbatından "peyğəmbər ocağı" dediyimiz müəssisəmizi tamamilə qaralayanlar baltanı öz ayaqlarına vurduqlarının fərqinə varmalıdırlar. (18.00)
- Bəzi qurumlardakı müəyyən şəxslər çox müsbət fəaliyyətlərin əleyhində ola bilər, ancaq onlara qarşı "hər kəs öz xarakterinin gərəyini sərgiləyir" deməyi belə özümə yaraşdırmıram. Çünki bu kəlamda da "xarakteri çirkinlikliyə meyilli " demək kimi bir təhqiramiz məna var. Ki başqalarının təcavüzkarlığı bizim də təcavüzkar davranmağımıza haqq qazandırmaz. (20.45)
- Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.): "Mənə Rəbbim tərbiyə verdi; tərbiyəmi necə də gözəl verdi!.." məallı sözünün mənası... (22.31)
Millətin Hakimiyyəti və Səslərin Rəngi
Sual: Bəzi şəxslərin küfr saydığı və buna istinad edərək seçkiləri boykot etmək çağırışları arqument seçdiyi "Hakimiyyət qeyd-şərtsiz millətindir" sözünü necə dəyərləndirirsiniz? Üstəlik, ümumi mənada siyasətə baxışımız nöqteyi-nəzərindən seçkilərdə özümüzə daha yaxın gördüyümüz bir namizədə səs verməyimiz "siyasətə qarışmaq" sayılarmı, bunu izah edə bilərsinizmi?
- İlk dəfə Türkiyə Böyük Millət Məclisində bu söz ortaya atılanda "Hakimiyyət bila qeydü-şərt millətindir" şəklində deyilmişdi, zamanla məzmuna və məfhuma dəymədən sözlərə müdaxilə edilərək: "Hakimiyyət qeyd-şərtsiz millətindir" şəklində dilə gətirilən və indiki dövrdə daha sadə Türk dili ilə "Suverenlik millətindir" şəklində vurğulanan şey demokratiyadır. Bu söz hakimiyyətin, haşa, Allahdan alınaraq insanlara verilməsi demək deyil, əksinə hakimiyyətin Allahın nazil etdiyi əsaslar çərçivəsində istismarçı qüvvələrin əlindən alınıb millətə verilməsini ifadə edir. (29.49)
- İnsan öz taleyi və məfkurəsi ilə əlaqədar məsələlərə qarşı laqeyd olmamalıdır. Hətta bu məsələlərin gərəyi nədirsə, onu yerinə yetirmək bir yönü ilə Allah haqqıdır. Beləliklə də, seçkiləri boykot etməyə dəvət edənlər, ən azı, mütləq ədalət və nisbi ədalət məsələsini anlaya bilməmiş və dinin ruhunu dərk edə bilməmiş şəxslərdir. (43.30)
- Dünyadan əl-ətək çəkmiş və tamamilə axirətə yönəlmiş o Fikir Memarı bir dövrlər ruh və məna köklərindən süzülüb gələn dəyərlərə hörmətlə yanaşmasına inandığı bir partiyaya aşkar səs vermişdir. Heç birimiz Allahla münasibət və İslama bağlılıq mövzusunda onun qədər dərin olduğumuzu deyə bilmərik. Bu baxımdan, siyasətə qapılmaqla məfkurəmizlə əlaqədar mövzularla lazımi qədər maraqlanmaq bir-birinə qarışdırılmamalıdır. (45.57)
- İnanclı bir insanın ruh və məna köklərinin təkrar nəşvü nəma olma niyyətilə, inandığı yöndə səs verməsi ona vacibdir; bu vəzifəsini yerinə yetirməyən bir insan günaha girmiş olar. (47.53)
- İstər ümumi, istəsə də məhəlli seçkilərdə imkanım olsa, borc pul tapar, biletimi alar və burada qalan yoldaşların belə səs vermək üçün Türkiyəyə gedib gəlmələrini istəyərdim. Heç vaxt bu və ya digər partiyanı nəzərdə tutmamışam. Lakin imkanı olduğu halda, məfkurəsi istiqamətində faydalı gördüyü şəxslərə səs verməyənlərin Allah qatında məsul olacağına inanıram. (49.17)
- Siyasətçilərlə və partiya üzvləri ilə aparılan görüşlər; dəstək tələbləri və verilən cavablar... (50.37)
- Biz heç vaxt siyasətə qarışmadıq; qətiyyən partiya ayrı-seçkiliyi etmədik; bütün siyasi cərəyanların nümayəndələrilə eyni məsafədə olmağa çalışdıq; faydalı olacağına inandığımız fikirlərimizi onlarla paylaşdıq. Bu gün də eyni məsafədəyik; bizim dəyərlərimizə hörmət göstərən, qəlbi və ruhi həyatımızı nəzərə alan, eyni zamanda əbədiyyət arzularımıza xitab edən insanlar hansı partiyadan olur-olsun, biz onlara səs verərik. Bizim yeganə arzumuz müstəqil və dövlətlər müvazinətində söz sahibi olan bir Türkiyədir. (55.20)
- tarixində yaradılmışdır.