Peyğəmbərimizin Meracı və açıq buraxdığı qapılar
Sual: Əsərlərdə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) Meraca übudiyyətin nəticəsi olan vəlayətlə yüksəlməsindən, oradan risalətlə dönməsindən və keçdiyi qapıları ümməti üçün açıq buraxmasından bəhs olunur. Ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) o qapılardan keçməsi və Meraci-Nəbəvinin kölgəsindən istifadə etməsi hansı xüsuslardan asılıdır?
- Allahın əmrlərini yerinə yetirmə, Ona qulluq etmə və qulluğun şüurunda olma mənalarına gələn ibadət və übudiyyət kəlmələri bəzilərinə görə eyni məna daşısa da, əksəriyyətə görə bu sözlərin ləfzi kimi mənaları da fərqlidir. İbadət "Cənabi-Haqqın əmrlərini yerinə yetirərək yaşamaq və qulluq (ibadət) məsuliyyətini təmsil etmək mənalarına gəlir. Übudiyyət isə qul olmaq və qulluq şüurunu daşımaq" şəklində şərh olunur. Həmçinin bəzi sufilər "ibadət"i avam insanların, "übudiyyət"i şüurlu, bəsirətli insanların, "übudət"i də paklardan pakların yerinə yetirdiyi qulluq kimi izah etmişdir. Rəsuli-Əkrəmin qulluğunu "übudət" sözü ilə ifadə etmək daha düzgün olar. (01:10)
- İnsanlığın İftixarı Onu himayə edən əmisinin və çox sevdiyi zövcəsi Həzrəti Xədicə Anamızın vəfat etdiyi "hüzn ili"ndə "Həbibi-Zişanım, qəm çəkmə!.. Əbu Talibi və Xədicəni alsam da, Mən varam" mənasına gələn ilahi dəvət almış, həm cismi, həm də ruhu ilə Cənabi-Haqqın meracına layiq görülmüşdür. (04:00)
- Allah Rəsulu (əleyhissalatu vəssalam) Meraca vəlayət (əslində düzgün ifadə şəkli "vilayət"dir) cəhəti ilə, yəni übudətinin mükafatı ilə yüksəlmişdi. Bu baxımından Merac Ona bəxş edilən bir ikramdır. Qayıdarkən də bəzi ayələr, beş vaxt namaz və axirətlə bağlı bəzi müjdələr gətirmişdi ki, meracın bu yönü risalətlə əlaqədar olmaqla bir möcüzə idi. Ustadın ifadələri ilə "Meracın batini vəlayətdir, xalqdan Haqqa getmiş. Meracın zahiri isə risalətdir, Haqdan xalqa gəlir". (05:05)
- Kamil insanın cismi də ruhaniyyət tələvvünlüdür. Buna görə də, Həzrəti Ruhi-Seyyidil-Ənamın kəramət əsaslı merac hadisəsində mübarək cismi də - Ona ruhlarımız fəda olsun - ruhu ilə birlikdə səmavi səyahətə çıxmışdır. Ustad həzrətləri Peyğəmbərimizin ruhu ilə birlikdə meraca yüksələn mübarək vücudunu "cəsədi-nəcmi-nurani" ifadəsi ilə təsvir edir. (06:33)
- "Qabüqövseyn əv ədna - yayın ortası ilə ucları arasındakı məsafə qədər və ya daha yaxın" mənasına gələn bu ifadə əslində Peyğəmbərimizin Meracda Allaha olan yaxınlığını göstərmək üçün nazil olmuşdur. İmkan-vücub[1] arası bir nöqtə şəklində izah olunan "əv ədna" tamamilə Həzrəti-Ruhi-Seyyidil-Ənama xas bir payədir. Demək ki, Allah Rəsuluna heç kimə müyəssər olmayan bir ikrama, üstəlik vücudu ilə, cismaniyyəti ilə lütf edilmiş və bu möcüzə sırf Onun qulluğuna hədiyyə verilmişdir. O elə bir qulluq nümayiş etdirmişdi ki, bu qulluqdan ötrü açılan qapıdan keçərkən çərçivələri yerindən oynatmış və özü özünü aşmışdır. (11:43)
- Şəfqət Peyğəmbəri Meracdan qayıdarkən başda peyğəmbər varisləri əsfiya olmaqla bütün ümməti üçün keçdiyi qapıları açıq buraxmışdır. Peyğəmbərimiz mələkut[2] aləmini seyr etmiş, sonra ürucunu[3] nüzulla[4] taclandırmış və ümmətini Cənabi-Haqqa yönəltmək üçün geri qayıtmışdı. Böyük övliyalardan Abdülqüddüs Həzrətləri deyir: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) Meracda məna aləminə yüksəldi, Sidrətül-Müntəhaya çatdı, Cənabi-Allahla mükalimə etdi. Amma nə Cənnətin cazibədar gözəllikləri Onun ağlını başından aldı, nə də gözlərini qamaşdırdı. Qayıtdı, ümmətinin yanına geri döndü. Allaha and olsun, əgər mən oralara getsə idim, o mərtəbələrə çıxsa idim, geriyə dönməzdim!". Bu fikri dəyərləndirən bir böyük zat isə "Nəbi ilə vəli arasındakı fərq məhz budur" deyərək böyük bir həqiqətə diqqət çəkmişdir. (15:17)
- Peyğəmbərimizin Merac hədiyyələrindən biri namazdır. Namaz insan həyatında bir ucu miracda olan və insanı insani həqiqətlərə çağıran mühüm bir əsas olduğuna görə möminin meracı sayılmışdır. Namaz dinin dirəyidir və din gəmisini çəkən yenə də namazdır. Onsuz dinin uzun müddət mövcud olması qeyri-mümkündür. İnsan qəlbindən və duyğularından bütün məşğuliyyətləri çıxarıb ataraq namazı qılmalıdır. Çünki adi bir iş deyildir ki, başdansovdu yerinə yetirilsin. Bəli o başdansovdu olsun deyə deyil, axirəti işıqlandırsın deyə vardır. (21:00)
- Cənabi-Haqq insanı kamil insanlığa namizəd yaratmışdır. Dolayısilə, hər bir insan üçün hədəf insaniyyəti-kübraya yüksəlməkdir. İnsan bu dərəcəyə çatmaq üçün əvvəla bütün varlığı ilə bu yüksək qayəyə yönəlməli və o səviyyəyə gəlmək üçün (hər məqamın ardınca) daima "Həl min məzid - Daha yoxdurmu?" üfüqü ilə hərəkət etməlidir. Yəni hər gün kainatın çöhrəsindən bir niqab açaraq hər gün yenidən onunla tanış olmalı, yeni bir mərifətlə Allahı daha da fərqli duymalı, eşqü-şövq və məhəbbətlə Onun yolunda olmalıdır. Bu baxımdan, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) meracı özünə xasdır və möcüzədir, lakin hər bir mömin onun rəhbərliyində və meracının kölgəsində Peyğəmbərimiz vəsiləsi ilə Allaha məiyyəti[5] əldə etməyə və mərifətdə dərinləşməyə çalışmalıdır. (26:45)
[1] Mümkünlük (var ola bildiyi kimi, yoxluqda da qalma vəziyyəti) və vaciblik (olmaması mümkün olmamama vəziyyəti)
[2] Ruhlar aləmi
[3] Yüksəliş, yuxarı qalxma
[4] Eniş, aşağı enmək
[5] Yaxınlıq
[2] Ruhlar aləmi
[3] Yüksəliş, yuxarı qalxma
[4] Eniş, aşağı enmək
[5] Yaxınlıq
- tarixində yaradılmışdır.