Qərzi-Həsən və Borc Alıb-Vermə
Sual: Qərzi-həsən nə deməkdir? Bu sözdəki "həsən" sifəti hansı mənaları əhatə edir? Qərzi-həsən çərçivəsinə hansı növ borclar daxildir? Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) borclu olaraq vəfat edənin cənazə namazını qılmaması necə izah oluna bilər?
- Qısaca: "Dinin əmrlərinə uyğun verilən borc" mənasına gələn "Qərzi-həsən" heç bir maddi mənfəət güdmədən sırf Allah rizasını qazanmaq və din qardaşına yardım əli uzatmaq məqsədi ilə verilən borca deyilir. (00.53)
- Qərzin (borc) "həsən" vəsfi ilə təsvir edilməsi borcun bilavasitə gözəl olmasından və ali niyyətdən irəli gəlir. Bununla yanaşı, borc verən şəxsin müstəqrizdən (borc alandan) bir mənfəət istəməsi haramdır. Çünki qərzin əvəzində artıq nəsə istəmək faizdir. (01.36)
- Qurani-Kərim müxtəlif ayələrlə möminləri “Allah yolunda infaq etmə” mənasına da gələn qərzi-həsənə təşviq edir. Bununla yanaşı: "Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!" (Bəqərə, 2/280) buyuraraq borc alan çətinlik çəkirsə, onu sıxışdırmamağı, hətta mümkündürsə, borcu ona bağışlamağı tövsiyə edir. (05.03)
- “Təğabun” surəsinin 17-ci ayəsində məalən belə buyurulur: "Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!" (07.53)
- Rəsulullah (sallallahu əleyhi və səlləm) borclu olaraq vəfat edənin cənazə namazını qılmazdı. (Bir gün) bir cənazə gətirildi. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "Onun borcu varmı?" – deyə soruşdu. "Bəli, iki dinar borcu var", – dedilər. Əfəndimiz: "Yoldaşınızın namazını siz qılın!" buyurdu. Ənsardan Əbu Qatadə həzrətləri: "O iki dinarı mən boynuma alıram, ya Rəsulullah!" deyincə, İnsanlığın İftixarı Əfəndimiz o şəxsin cənazə namazını qıldırmağı qəbul etdi. (11.10)
- Dünyanı sarsan iqtisadi böhran.. çek, sənəd və kreditə bağlı işlər.. qərz istəyi qarşısında çarəsizlik.. və borcların gətirdiyi fəlakətlər... (14.53)
- Səhabə əfəndilərimiz borclarını ödəmə və o biri aləmə qul haqqı ilə getməmə mövzusunda daima həssas olmuşlar. Məsələn, Həzrəti Ömər (radıyallahu anh) ölümünə səbəb olan xəncər zərbəsini alanda: "Baxın görün, malım borcumu ödəməyə çatacaqmı?" demiş və "Əgər çatmasa, Adiyy oğullarından, onlarda da yoxsa, Qureyşdən götürüb borcumu ödəyin!" vəsiyyətini etmişdi. (20.27)
- Özünü Allah yoluna həsr etmiş ruhlar hər məsələdə qənaətli olmalı, imkan daxilində borclanmamalı və əgər məcburən borca giribsə, onu dərhal ödəmənin yollarını aramalı, borclu qalmaq və borclu ölmək bir yana qalsın, aldıqları təqaüd, ya da maaşa layiq olub-olmadığının əndişəsini daşımalı, haqsız qazanc və haram yeməkdən çəkinməli və bu barədə daim təmkinli davranmalıdırlar. (24.44)
- Şeytanların qardaşı kimlərdir? (27.50)
- tarixində yaradılmışdır.