Qiyamətin bir əlaməti: Hərc

Sual: Qiyamətin əlamətlərindən biri sayılan "Hərc" nədir? Hərcin meydana gəlməsi qədərdir, yoxsa "ətanın qəzanı ləğv etməsi" məsələsi əlamətlər üçün də keçərlidir?

Qeyd: Cənabi-Haqqın qədər, qəza və əta adlı üç qanunu var. Qədər Cənabi-Haqqın kainatda olmuş və olacaq hər şeyin vəsfini, keyfiyyətini, gələcəyini, keçmişini əzəldən bilib yazması, qəza qədərdə yazılanların meydana gəlməsidir. Əta isə bir şey haqqında verilən qərarın ləğv edilməsi, hökmün qəzaya keçmədən (gerçəkləşmədən) bağışlanmasıdır. Ümumiyyətlə əta Allah-Təalanın əfvi və ehsanı sayılır.

Ətanın qəza qanununu, qəzanın da qədəri ləğv eləməsini belə izah etmək olar: Bir padşahın ümumi qanunlarla yanaşı bir də müəyyən günlərdə tətbiq etdiyi əfv və əta qanunu var. Padşah həmin günlərdə bəzi günahkarları bağışlayar, bəzilərinin cəzasını yüngülləşdirər. Ona tabe olan raiyyətinin rütbəsini yüksəldər və maaşlarını artırar. Belə günlərdə ümumi qanunlarla verilən cəza, rütbə və maaşlar bu əta qanunu ilə ləğv edilmiş olur.

  • Hərc alt-üst, qarmaqarışıq və darmadağın (olmaq) deməkdir. Qiyamətin bir əlaməti kimi isə qırğın, qətliam, iğtişaş, ictimai sarsıntı və anarxiya mənalarına gəlir. (00:48)
  • Ayələrdə ətrafa fitnə və anarxiyaya saçan Yəcüc və Məcüc adlı təxribatçı tayfadan da bəhs olunur. Qurani- Kərimdə keçən Yəcüc-Məcüc hadisəsi geniş miqyaslı bir hərc-mərci simvollaşdırır. (02:33)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Monqol istilasından Fərat çayının əhəmiyyətinin artmasına qədər bir çox hadisəni əsrlər əvvəl xəbər vermişdir. Peyğəmbərimizin Fərat suyunun qızıl dəyərində olacağı ilə bağlı hədisi ya bir gün onun suyunun qızıla bərabər olacağına, ya üstündə qurulan su anbarları sayəsində "qızıl"a bərabər qazanc gətirəcəyinə, ya da suyu çəkilincə altında böyük mədən yataqlarının aşkar olunacağına işarə etmişdir. (04:50)
  • Allah Rəsulu bir çox hadisəni həm də əsrlər əvvəl xəbər vermişdir. Təyin olunmuş vaxt gəlincə hər hadisə Onun təbşir, ya da inzar etdiyi şəkildə ortaya çıxır və Onun sidqinə, doğruluğuna şahidlik edir. Onun verdiyi xəbərlərin eynilə gerçəkləşdiyinə şahid olan insanlar Allah Rəsuluna bir daha səmimi qəlbdən "Sadaqtə - Doğru söylədin!" deyəcək və imanlarını yeniləyəcəklər. (06:50)
  • İnsanlığın İftixarı (əleyhissalatu vəssalam): "Mənim adım günəşin doğulub batdığı hər yerə çatacaq!.." sözü ilə həm gələcək bir hadisəni xəbər vermiş, həm də ümmətinə hədəf göstərmişdir. (07:35)
  • Peyğəmbərimiz hərc-mərclə bağlı ifadələrində də böyük bir təhlükəyə diqqət çəkir, həmçinin möminləri tədbir görməyə və hərc sellərinə qarşı möhkəm “qalalar tikməyə” təşviq edir. (11:00)
  • Dialoq və təhsil fəaliyyətləri ilə dünyanın hər tərəfinə yayılan “adanmış ruhlar” öhdələrinə düşən vəzifəni yerinə yetirməklə yanaşı, gələcək hərc-mərclərə qarşı “sülh adacıqları”nın təməllərini atırlar. (12:32)
  • Sülh adacıqları və barış körpüləri qurma fəaliyyətləri sayəsində konfransların birində çıxış edən yəhudi din xadimi yoldaşınıza: "Kərim, sən müsəlmansan; utanmamalı, dik dayanmalısan!" deyəcək qədər sizin dininizə və dəyərlərinizə hörmət edir. Prof. Cill Karrol düz qırx toplantıda iştirak edib fəaliyyətlərinizin fəlsəfəsini izah edir. (13:15)
  • Xarici ölkələrdə xidmət edən hər “adanmış ruh” eyni zamanda ölkəmizin və millətimizin fəxri təmsilçisidir. (18:05)

Sual: Bəzi mühəddislər (Hədis rəvayət edənlər) “hərc”in həsəd və qısqanclıq üzündən inananlar arasında ortaya çıxacağını və bu səbəblə daxili qiyamın zühur edəcəyini deyirlər. Fərqli məşrəbə mənsub olan möminlər arasında belə bir hərc-mərcliyin baş verməməsi üçün inananlar nə etməlidir? (19:52)

  • Bəzi müasir şərhçilər "Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman” (“Ənbiya” surəsi, 21/ 96) məallı ayeyi-kərimədə “saylon”lar kimi robot adamlara da işarə edildiyini söyləyirlər. Hərcin keyfiyyəti barədə qəti hökm verməkdən çəkinmək lazımdır. (21:00)
  • Allah qorusun, müxtəlif rəqabət hisləri şəklində özünü biruzə verən qısqanclıq, dözümsüzlüyə dözümsüzlüklə cavab kimi ortaya çıxan “həzm etməmək” həzəyana, sonra da tufana çevrilən dəhşətli həsəd hissi... kimi zəiflər üzündən möminlər arasında da hərc-mərclik alovlana bilər. (22:29)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: "İki müsəlman bir-birinə qılınc çəksə, öldürən də, öldürülən də cəhənnəmə gedər". Bir səhabə: "Ey Allahın Rəsulu! Qatili başa düşdük, ancaq öldürülən niyə cəhənnəmə gedir?" deyə soruşur. Allah Rəsulu: "Çünki  o da var gücü ilə yoldaşını öldürmək istəyirdi" deyir. (24:11)
  • Hədisi-şərifdə: "Odun odunu yandırıb kül etdiyi kimi, həsəd də yaxşılıqları eləcə kül edər" buyurulur. Həsəd odunda yanmadan öncə tədbir görülməlidir. Beləliklə başqa din mənsubları ilə, hətta din şəklindəki təşkilatların mənsubları ilə belə dialoq qurub könül qazanmağa çalışan möminlər imkanları dəyərləndirərək öz din qardaşları ilə də dostluq münasibətlərini möhkəmləndirməli və beləcə daxili hərc-mərcliyin qarşısını almalıdırlar. (26:25)
  • Hafiz Şirazi deyir: "İki cahanın səadətini iki hərf təfsir edər, qazandırar: dostlara qarşı mürüvvətli davranış və düşmənlərə sülhkəranə rəftar". (29:02)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.