Osmanlı, yeniçəri və insaf anlayışı
Sual: Bəzən bir cəmiyyət və ya bir təşkilatın nümayəndələrinin xəta və qüsurları həmin heyətin hər nümayəndəsinə şamil olunur; bəzən də müxtəlif dövrlərin yanlışlıqları bir dövrə xas olaraq qəbul edilib suizənn edilir. Keçmişdən bu günə tarix və müəssisələr dəyərləndirilərkən bu kimi səhvlərə yol verildimi? Bu səhvə yol verməmək üçün hansı xüsuslara diqqət yetirməliyik?
- İnsan elə tələskəndir ki, hazır ləzzəti sonradan veriləcək minlərlə ləzzətə dəyişir. Xüsusən, bu əsrdə əksəriyyəti biləbilə dünya həyatını axirətə dəyişir. Dolayısilə, bir heyətin əksər nümayəndəsi günahsız və təmiz olsa da, bəzi şəxslərin yanlışlarını həmin heyətin hər bir nümayəndəsinə şamil etməklə bütün heyəti şübhə altında qoyurlar. (01:03)
- Bir neçə nəfərin pis əməlləri ucbatından bütün cəmiyyəti qaralamaq olmaz, bu ədalətsizlikdir. O cümlədən, hazırda göz bəbəyimiz sayılan bir müəssisədə bəzi xuntaçılar ola bilər, lakin bu, minlərlə günahsız insanı ehtiva edən müqəddəs ocağı günahlandırılmağa əsas olmamalıdır. (05:17)
- Tarixə və keçmiş cəmiyyətlərə nəzər yetirərkən də insaflı olmaq lazımdır. Məsələn, Xariciləri belə tamamən qaralamaq haqsızlıqdır. Xaricilər fanatizmə, xüşunətə və xoşgörüşsüzlüyə batmış, sərtliyə, zorakılığa və kobudluğa sürüklənmişdilər. Onları bilik və maarif yox, həyəcan və müxalifət düşüncəsi istiqamətləndirirdi. Bəlkə, Quranı çox oxuyurdular, ancaq onun zahiri mənasını qəbul edir, başa düşdüklərindən başqa heç nəyi qəbul etmirdilər. Özləri kimi düşünməyən insanları təkfir edir və bu barədə son dərəcə amansız, qəddar davranırdılar. Buna baxmayaraq o dövrün cəmiyyətinə nəzər yetirəndə də insaflı olmaq, bəzi yaxşı cəhətlərini görməzlikdən gəlməmək və müəyyən şəxslərin səhvlərini ümuma şamil etməmək lazımdır. (06:25)
- Tarixdə "HəccacıZalım" adı ilə tanınan Əməvilərin məşhur valilərindən Həccac bin Yusuf əsSəqafi kimi bir insan haqqında danışarkən belə onun pis əməlləri ilə yanaşı, məqsədəuyğun işlərinə və yaxşı cəhətlərinə də baxmaq, insaflı olmaq zəruridir. (09:35)
- "Harama əl uzadacağıqsa, Allah canımızı alsın!.. Özümüz üçün yaşayacaq və dünyəvi imkanlar arxasınca düşəcəyiksə, Allah canımızı alsın!.." Quran xadimlərinin ümumi mülahizəsi budur. Lakin onlar arasında da "dünya həyatını axirətə biləbilə dəyişənlər" ola bilər. Zəflərinə məhkum bir neçə adam ucbatından xidmətə dilbəstə olan hər kəsi qaralamaq da böyük insafsızlıqdır. (13:53)
- İlahiyyatçılardan da sapqın düşüncəli insanlar olmuşdur. Hədisişəriflərdə Xorasan üləmasından sarıqlı yetmiş min insanın axırzaman fitnə müməssilinə tabe olacaqları bildirilir. (16:53)
- Tarix boyu bizim minlərlə ədalətli hüquqşünaslarımız olmuşdur. Hazırkı bəzi pis nümunələr ucbatından bütün ədliyyəni günahlandırmaq böyük xətadır. Tarixində ədalət abidəsi Həzrəti Ömər və Fateh cənnətməkan əleyhinə hökm verə biləcək qədər haqqpərəst Xıdır Çələbi kimi hüquq alimləri olan ədalət sistemini bəzi şəxslər üzündən tamamilə pisləmək insafsızlıqdır. (18:34)
- Həzrəti Ustadın ifadələri ilə desək: "Sənin bir il ərzində ifraz etdiyin tüpürcək bir gündə səndən çıxmış olsa, içində boğularsan. Müxtəlif zamanlarda qəbul etdiyin dərmanları bir gündə bir neçə nəfər qəbul etsə, hamısını öldürə bilər". Bunun kimi, bəzi yeniçərinin səhvləri hər kəsə şamil və müxtəlif dövrlərin yanlışlıqları bir dövrə xas qəbul edilsə, önümüzə çox çirkin bir tarix çıxar. Halbuki, yeniçərinin bir də fəth tarixi vardır. (22:26)
- Siyasətçilər içində mənfəətpərəst insanlar ola bilər, lakin Osman Qazidən bu günün möhkəm xarakterli idarəçilərə qədər bir çox sadə insan da çıxmışdır və çıxmaqdadır. Dolayısilə, siyasətçi və idarəçilər də tamamilə qaralanmamalıdır. (28.15)
Sual: Mərhum Nəcib Fazil "Yeniçəri" adlı kitabında Osmanlı hərbi tarixini daim qaynayan qazan şəklində təsvir edir və yeniçərini şiddətlə tənqid edir. Mərhumun tənqidlərini və yeniçəri haqqında geniş yayılmış şərhləri necə qiymətləndirirsiniz? (29.40)
- Mərhum Nəcib Fazil Türkiyədə zülmət bir dövrdə çox faydalı işlər görmüş, inananların ümid qaynağı olmuş çox cəsur insan idi. (31:00)
- Həzrət dalbadal qiyamlara şahid olmuş və millətin başına enən hər zərbəni yeniçəridən qalma bir vərdiş olaraq qiymətləndirmişdi. Bu səbəblə də, çox güman yeniçəri haqqındakı şərhlərini əksreaksiya kimi qələmə almışdır. (32:08)
- İlahi əxlaqı əsas götürərək yaxşı əməlləri pis əməllərindən az da olsa çox olan şəxslər və təşkilatlar haqqında həmişə hüsnüzənn etməliyik. (35:02)
- Keçmişin mənfi cəhətlərini üzə çıxarılmamalı və düşmənçilik duyğuları oyadılmamalıdır. Əbu Cəhil ömrünü inananlara düşmənçiliklə keçirmişdir. Lakin Məkkənin fəthindən bir qədər sonra müsəlman olan Əbu Cəhlin oğlu İkrimənin (radiyallahu anh) də olduğu bir məclisdə bəzi əshabələr (Allah onlardan razı olsun) Əbu Cəhlin əleyhinə bəzi sözlər deyir. Buna müqabil Allah Rəsulu (əleyhissalatu vəssalam) "Atalarına təhqir edərək övladlarını incitməyin" buyurur. (36:45)
- tarixində yaradılmışdır.