Qruplar arasında vifaq-ittifaq və ya qardaşlıq
Sual: Həzrəti Əbu Bəkir və Həzrəti Ömər kimi səhabələrdən etiqad və əməl məzhəblərinin imamlarına qədər sələflərimiz fərqli məzac və təbiətə malik olmuşlar. Bu nöqteyi-nəzərdən möminlərin müxtəlif məşrəb ətrafında cəmləşməsi və müxtəlif xidmət metodları inkişaf etdirməsi təbii haldır? Bu fərqli məşrəblərin ixtilaf və iftiraqa səbəb olmaması nədən asılıdır?
- Bəzi mühüm, həyati əhəmiyyətli müştərək məsələlərdə razılıq təmin edilirsə, təfərrüatda ixtilafa düşməmək lazımdır. “Həsəni [1] tapdıqdan sonra, əhsəndə [2] ixtilafa düşməmək lazımdır". Əgər yaxşını tapdıqdan sonra “ən axşı”nı axtarmaq ixtilafa səbəb olacaqsa, o tapdığınız həsən əhsəndən daha əhsəndir. (01:14)
- Allah (cəllə cəlaluhu) insanı cahanı əhatə edə biləcək mahiyyətdə yaratmışdır. Heyvanların çoxu eyni mahiyyətə və eyni xarakterə malikdirlər, fərqləri çox azdır. Ancaq hər bir insan ayrı bir aləmdir. Bu aləm müəyyən bir tərbiyə ilə müəyyən bir dərəcəyə gətirilsə də, onun özünəxas qəlbi, hissi, düşüncələri və dünyaduyumu olur. (01.52)
- Həzrəti Ustad "Mən bir zaman xudbinliyini tərk etmiş və nəfsi-əmmarəsi qalmamış böyük bir övliyanın dəhşətli dərəcədə nəfsi-əmmarədən şikayət etdiyini gördüm, heyrət etdim. Sonra başa düşdüm ki, ömrün sonuna qədər nəfslə mübarizədən gələn savabın davam etməsi üçün, nəfsi-əmmarə öldükdən sonra onun “cihazları” damarlara və hissiyyata təhvil verilir, mübarizə davam edir. O böyük övliya məhz bu ikinci düşməndən və nəfsin varisindən şikayət edirdi" (13-cü şüa) buyurur. Deməli, həsəd getsə də, həsədə bənzər bir nöqtə qalır. Məsələn, "məşrəb müdafiəsi" nəzarətsiz olarsa, “başqasının məşrəbinə əhəmiyyət verməmək” şəklində təzahür edər. (02.59)
- İnsan nə qədər tərbiyə görür-görsün, öz zehni, fikri, hissi fərqliliyini ortaya qoya bilir. İnananlar bu fərqliliklərə baxmayaraq, müştərək cəhətləri əsas götürməli, daim nəfslə mübarizə aparmalıdırlar. Mənfi hislərə, qısqanclığa, rəqabət duyğusuna, şəhvani arzulara hakim olmalıdırlar. (06.49)
- Cənabi-Allah bir ayeyi-kərimədə (“Hucurat” surəsi, 49/13) məalən belə buyurur:
"يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا
- Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq" (Bir cəhətdən) iradənizi ortaya qoyaraq bir-birinizi tanıyasınız, bir-birinizlə ittifaq qurasınız deyə sizi qollara ayırdıq, çünki vifaq-ittifaq naminə ortaya qoyacağınız hər cəhd hər şeyə görə ibadət savabı qazanacaqsınız. (08.56) - Əslində böyük İlahi mərhəmət olan ixtilaf bəzi ortaq cəhətlərdə, möhkəmatda [3], nəslərdə ittifaqla yanaşı, bir qisim nəslərin istinbata [4] və ictihada açıq yönlərinin şərh və təfsirinin bəzi bölgələrə, şərtlərə və dövrə görə fərqli xüsusiyyət kəsb etməsidir. Bu da (bir cəhətdən) dinin hər dövrü, hər toplumu və hər bölgəni əhatəediciliyindən irəli gəlir. (10.11)
- Harun Rəşid və atası İmam Malikə "Muvattanı [5] çoxaldaq, digər bütün kitablara qadağa qoyaq" təklif edirlər. İmam: "Etmə-eləmə, ya əmirəlmöminin. Allah Rəsulunun səhabələri dünyanın hər yerinə yayıldı. Hər birində kim bilir neçə-neçə cövhər vardı. Ümməti-Məhəmməd hamısından istifadə etməlidir" demiş, ictihad azadlığına zidd olduğuna görə bu təklifi qəbul etməmişdir. (11.40)
- “İxlas” və “Üxuvvət” Risalələrində təkidlə vurğulanan prinsipləri həyata keçirərək təfərrüata aid məsələlərdən uzaq durmalıyıq. Unutmamalıyıq ki, "İnsan oğlu səhv edə bilər, lakin səhv edənlərin ən xeyirlisi səhvini düzəldəndir". (12.25)
- Ümumi hərəkətimizi və xidmət düşüncəmizi nəzərdən keçirib başqalarını narahat edəcək davranışlarımızı düzəltməliyik, hazırkı inkişafda digər möminlərin payını da nəzərə almalıyıq. (14.40)
- “Məcmuatul-Əhzab” əsəri Nəqşi qolunun mühüm simalarından biri tərəfindən qələmə alınıb kitablaşdırılmışdır. “əl-Qulubud-Daria” bu əsərdən seçilmiş dualara bəzi əlavələrin edilməsi ilə hazırlanmışdır. Bu dualar belə ortaq cəhət kimi oxunsa, Cənabi-Allahın lütfünə səbəb ola bilər, bunlar da birliyə aparan çox vacib əsaslardır. (17.30)
- “Qarşı tərəf”, “ətraf”, “cəbhə” sözlərində belə ixtilaf izləri var. Buna görə bu ifadələri istifadə etmək istəmirəm. Başqalarının yersiz, nalayiq sözlər işlətməsi bizə eyni ifadələri işlətmə, rüxsətini vermir. (19.14)
- Çox vaxt biz məsələlərə "-çı, -çu" şəklində yanaşdığımıza görə, həqiqətlərə tərcüman olma əvəzinə, özünü ifadə hissinə qapılıb gözləmədiyimiz insanlarda belə əks-reaksiyaya səbəb oluruq. Söz və davranışlarımız insanlara necə təsir edəcəyini, hansı reaksiyaya səbəb olacağını, insanları necə rəqabət və qısqanclığa sövq edəcəyini nəzərə almalıyıq. Çünki başqalarını günah işləməsinə səbəb olmağa haqqımız yoxdur. (20.11)
- Tənqidləri qəbul edib özümüzü sorğu-suala çəkməliyik, "Üslubda xəta oldu" deməli və özümüzü hesaba çəkməliyik. Əks halda, "Niyə filankəs bizi tənqid edir?" deyə əks-reaksiya versək, üslub xətasına görə tövbə etmək əvəzinə yeni xətaya düşərik. (23.22)
- Böyüklərin hissiyyatının öyrənilməsi.. və Ustad Nəcib Fazilin bu fəaliyətlərlə bağlı fikirləri... (26.10)
- İslama xidmət edən insanların fəaliyyətləri öz dövrlərində kiçik görünə bilər, lakin onları o dövrə görə deyil, indiki dövrə görə dəyərləndirməli və hörmətlə yad etməliyik. Müəyyən dövrdə xalqın mənəviyyatını (az və ya çox) gücləndirən, yeniləyən insanları təqdir edib xeyirlə yad etmək bizim vəfa borcumuzdur. (29.47)
- Qurani-Kərim bizə bir dua öyrədir və bu dua ilə də bir meyar verir:
وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِاْلإِيمَانِ وَلاَ تَجْعَلْ فِي قُلُوبِنَا غِلاًّ لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə” (“Həşr” surəsi, 59/10). Bəli, "Allahım, bizdən əvvəlkiləri də bağışla. Onlara qarşı qəlbimizdə ən kiçik pis düşüncəyə də yer vermə!.." deyərək sələflərimizi xeyirlə yad etməliyik. El-aləmin bizi xeyirlə yad edib-etməməsi üslubumuza təsir etməməlidir. Ümumi prinsipimiz hər kəsə qucaq açma, hər kəsi hörmətlə yad etmə və könül qapılarını sevgi ilə açmaqdırsa, bu istiqamətdən ayrılmamalıyıq. Üslubumuz namusumuzdur, o da adi şeylərə qurban verilməməlidir. (31.50) - Torpağa iki toxum atmış insandan çox böyük işlərə vəsilə olan fikir memarlarına qədər hər kəsi təqdir etməliyik. Bir tərəfdən davranışlarımızı əsas prinsiplərimizə uyğun nizama salmalı, digər tərəfdən də dostlarımızla, qardaşlarımızla ixtilafa düşməməyə çalışmalıyıq. Allahın lütfü və kərəmi ilə Cənnətin qapısından birlikdə girəcəyimiz din qardaşlarımızla rəqabət etməmək və onların həsəd günahını işləməsinə səbəb olmamaq üçün olduqca diqqətli hərəkət etməliyik. (34.00)
- Xocaəfəndinin çox sevdiyi, fəaliyyətlərini təqdirlə yad etdiyi şəxslər... (34.59)
[1] Gözəl
[2] Ən gözəl
[3] Heç bir mabahisəsi olmayan Quran ayələri
[4] Məna çıxarma, mənalandırma
[5] İmam Malikin əsəri
- tarixində yaradılmışdır.