Ramazan Səfərbərliyi
Sual: Ölkəmizdə yaşanan bu çətin günlərin ardından gələn, hər gəlişi ilə də könüllərə su səpən, əridən və olğunlaşdıran Ramazan ayının cəmiyyətin müxtəlif təbəqələri arasında birliyə, qaynayıb-qarışmağa səbəb olması üçün nələr edilməlidir? Qurban səfərbərliyinə bənzər bir hədəf təyin olunsa, xüsusilə, hansı məsələlər ön plana çəkilməlidir?
- İnsanlar duyğu və düşüncələri ilə nə qədər kirlənsələr də, Ramazan o füsunkar ziyası ilə mütləq onlara bir içimlik işıq verər, onların qəlblərini hisdən-pasdan təmizləyər, istedadları nisbətində nurlandırar bir çoxlarını, öz boyası ilə boyayar. Silib təmizləyər üfüqümüzdən sis-dumanı, damla-damla axar könlümüzə o üxrəvi dad və nəşəsi ilə. Atəşfəşanlıq kimi işığa dönüb süzülər başımızdan aşağı; dindirər xəfəqanlarımızı, yumşaldar o qatı və sərt düşüncələrimizi (02.00).
- Əvvəlki illərdə İslama xidmət edən qəhrəmanlar Qurban Bayramını daha çox dəri toplama və ehtiyac sahibi olan tələbələrin ət ehtiyacını qarşılama fürsəti olaraq görürdülər. Son zamanlar isə onu qəlblərin qaynayıb-qarışması, bir-birinə isinməsi naminə çox mühüm fürsət bilərək, bayramlaşmaq və yardımlaşmaq üçün ölkənin bir ucundan digər ucuna qədər getdilər; hətta ölkə sərhədlərini də aşıb möhtac və kasıb ölkələrə yardım əli uzatdılar. Əslində, bir neçə kilo ət deyil, könül verdilər könül aldılar. İnşaallah, bundan sonra, zamanın tələbini də işin içinə qatıb, bəlkə, zərurətə görə müəyyən dəyişikliklər edəcək, lakin o mövsümü məfkurələri naminə Ramazanı dəyərləndirməyə yenə davam edəcəklər (04.49).
- Eynilə, qurban mövsümündə olduğu kimi, Ramazan boyunca da bir səfərbərlik elan edilmiş kimi insanlığa xidmət yarışına girilməli.. iftar və sahurlar mütləq dəyərləndirilməli.. evlərin qapıları hər kəsə açılmalı və bütün dost-tanışlar yeməyə dəvət edilməli, beləcə bu müqəddəs zaman dilimi könüllərin fəthinə vəsilə edilməlidir (07.50).
- İmkan daxilində Ramazan boyu iftar, hətta sahur süfrələrində tək özünüz olmayın.. ya qonaq gedin və ya dostlarınızı süfrənizə dəvət edin. Yeməyə bir şey tapan kimi onu başqaları ilə mütləq paylaşan Allah Rəsulu və Əshabi-Kiram kimi davranın!.. (10.45)
- Süfrələrinizi yeməklə deyil, qonaqlarla bəzəyin. (11.30)
- Güc-qüvvətlə həll edə bilmədiyimiz problemləri bir də diplomatiya və insanlıqla həll etməyi sınamalıyıq ki, bunun ən münasib mövsümü də Ramazan ayıdır. (12.25)
- Ramazan barədə yazılan məqalələrdə onun "nazlı bir qonaq" olduğunu vurğulayın. Ramazan ayının "nazlı qonaq" olması nə mənaya gəlir? (20.06)
- Ramazan ayı bitən kimi ona olan həsrəti dilə gətirmək üçün: "Ramazana on bir ay var!" təbiri mədəniyyətimizdə məşhurdur. Çünki möminlərin qəlbləri hər zaman məscidə, namaza, Ramazana və həccə bağlıdır. (27.20)
- tarixində yaradılmışdır.