Xızır Məqamı və Mənəvi Məqamlara Müdaxilə
Sual: Rəvayətə görə, Həzrəti Xızırın (ə.s.) ayaq basdığı yerlər yaşıllaşarmış. Bu məcazi mənadadırmı? İndiki dövrdə də Xızır məqamını təmsil edənlər varmı? İlayi-kəlimətullah naminə aparılan fəaliyyətlərdə belə insanların himməti ola bilərmi? Bu mövzuda aldanmamaq üçün hansı xüsuslara diqqət etməliyik?
- Həzrəti Xızırın (ə.s.) keçdiyi yollardan keçən bir övliya bəzən Xızır zənn edilə bilər. Bəzən bir haqq dostu seyri-ruhanisində Həzrəti Xızırla (ə.s.) eyni məqamı paylaşıb seyrini o zatın izində, onun getdiyi istiqamətdə davam etdirə bilər. Başqa sözlə, bəzən həmin şəxs Xızırla (ə.s.) qarışdırıla bilər. Yəni, bəzən kölgə ilə əsl qarışıq salınır. Bəzi hüsnü-zənnin qurbanları və həddini bilməz eqoistlər istisna, bəzilərinin məsihlik və mehdilik iddiası da məhz belə bir iltibastan, yəni qarışdırmadan qaynaqlanır. (01.55)
- Hüsnü-zənlə qarşılanan insanlar, onlar üçün təqdir edilən məqama qəti sahiblənməməli; dinə xidmət etsələr də, "racülü-facir" (günahkar) sayılmaqdan qorxmalı və həmişə təmkinlə yaşamalıdırlar. (04.18)
- Həzrəti Ustad ona yüksək məqamlar aid edən tələbələrinin xətrinə dəyər; bunun əvəzinə yüksək sədaqəti tövsiyə edərdi. Bəzi ilahi ikramlardan bəhs edərkən də, mənəvi yönləri möhkəmlətməyi və insanların məfkurəyə möhkəm bağlanmalarını hədəf seçərdi. (06.47)
- Böyükləriniz haqqında hüsnü-zənninizi ifadə edərkən, qətiyyən ifrata varmamalısınız. Dostlarınızı hislərinizin verdiyi ali mərtəbələrə görə deyil, məfkurəyə könül vermə nisbətinə görə sevməlisiniz. (07.27)
- Yoldaşlarınız, ya da başınızdakı böyüklərimiz haqqında mübaliğəyə girsəniz, həsəd hisslərini alovlandırar və düşmən cəbhələr meydana gətirərsiniz. (09.00)
- Ümumi hissiyyatımız bu istiqamətdədir: Əgər bəzi şəxslər mənə normal bir insanın fövqündə bəzi mövqe və məqamlar isnad edir və məhəbbətini o məqamlara bağlayırlarsa, o biri dünyada iki əlim yaxalarında qalsın; Allah onları islah etsin və ya cəzalarını versin. Haqqım haram olsun onlara!.. (10.18)
Sual: Fədakar insanlar üçün təhlükəli olan mənəvi məqamlara müdaxilə nələrdir? Dinə xidmət edənlərin ən böyük sərmayəsi olan "etimadı" qorumaq üçün diqqət ediləsi məsələlər hansılardır?
- Həyatını vəhm üzərinə qurmuş və paranoyaklığın məngənəsində yaşamağı vərdiş halına gətirmiş insanların narahat olduqları sahələrə girməmək üçün daim səsli düşünməli; bəzi qorxu və paranoyalarının qarşısını almaq üçün yolumuzun acz, fəqr, şövq və şükür üzərində qurulduğunu hər fürsətdə vurğulamalıyıq. (15.00)
- İrşad qəhrəmanları elə yaşamalıdırlar ki, əhli-dünyaya: "Görəsən, bunların da maddi düşüncələri varmı?" -dedirtməməli və onların dünyəvi mal-mülklərinin bölüşüləcəyi vəhminə qapılmalarına fürsət verməməlisiniz. (17.25)
- Təbii ki, tacir və iş adamları öz işlərini görməlidir, lakin İslama xidmətdə öndə gedən fədakar ruhlar ölərkən bu dünyada sadəcə kəfəninə çatacaq qədər sərvət qoymalı, bu şəkildə yaşamalıdırlar. (18.00)
- Həzrəti Ustad həyatının hər anında başqalarına hesab verir kimi yaşamışdır. Belə ki, yediyi yumurtanın, geydiyi paltonun və ayağındakı çarığın belə haradan olduğunu göstərməklə dünyada gözü olmadığını qəti şəkildə ortaya qoymuşdur. (19.40)
- Əvvəllər: "Allahım, qardaşlarım həmişə kirayə evlərdə yaşasınlar, onlara el-aləmin varlı deyəcəyi qədər imkan vermə!.." -deyə çox dua etdim. (20.25)
- Sizin sahəniz, özünü bu yola həsr edənlərin sahəsidir; bu sahənin ünvanı dialoqdur; vəzifəniz cahanşümul dəyərləri dünyaya yaymaqdır. Bu sahənin xaricinə çıxsanız, bəzilərinə paranoyaklıq yaşadıb üzərinizə hücum çəkdirmiş olarsınız. (21.40)
- Siz bu yolda nə qədər səmimi olursunuz-olun, yaddan çıxarmamalısınız ki, bəzi yönləriniz etibarilə, nəbziniz daim başqalarının əlindədir. Müxatəbləriniz hər an nəbzinizə nəzarət edir və "Dünən necə vurur, bu gün necə?" sualına cavab axtarırlar. On il əvvəl iki otaqlı kirə evində, on il sonra isə villada yaşayırsınızsa, "Vay lənətə gəlmiş, vay!.. Deməli, başqa işlər görür bunlar!.." deyəcəklər. Bünövrəsində fədakarlıq olan bu fəaliyyət haqqında şübhə oyandırmağa heç kəsin haqqı yoxdur. (22.17)
- tarixində yaradılmışdır.