Səfər Ədəbi
Sual: Müxtəlif tövsiyələrlə tez-tez səfər etmə məcburiyyətində qalan Haqq qəhrəmanlarına səyahəti zərurətə çevirən amillər hansılardır? Səfərə niyyətdən, səfər müddəti və dönüşə qədər, ümumi mənada səyahət ədəbi necə olmalıdır?
- Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.): "Ümmətimin səyahəti uca Allahın yolunda cihad etməkdir," -buyurmuşdur. (00.54)
- Haqq ərləri hər şeydən əvvəl ileyi-kəlimətullah niyyəti ilə səyahət etməli və səfərlərini dinimizi təbliğ etmə niyyətinə bağlamalıdırlar. Bu məqsədlə yola çıxanlar səfər müddətində atdıqları addımın, məruz qaldıqları çətinliyin, düçar olduqları yorğunluqların və hətta yolda xərclədikləri pulun ayrı-ayrı savabını qazanırlar. (02.50)
- Sırf Allah rizası məqsədi ilə yola çıxan insanların səyahət əsnasında bəzi boşluqları olsa da, Cənabi-Haqq başdakı niyyətin xalisliyinə mərhəmət edərək onları doldurar və o səfəri "tam" qəbul edər. (05.00)
- Səfər Duası (07.50)
Həzrəti Abdullah İbn Ömərdən (r.a.) rəvayət edildiyinə görə, Ruhu Seyyidil-Ənam Əfəndimiz (s.ə.s.) bir səfərə çıxarkən miniyə minəndə əvvəlcə üç dəfə təkbir gətirər, ardınca bu ayəni oxuyar və dərhal sonra belə dua edərdi:
"Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq! " (Zuxruf, 43/13-14)
“Allahım, bu səfərimizdə Səndən hər cür yaxşılıq, xeyir, təqva və məmnun olacağın əməllər istəyirik. Allahım, bu səyahətimizdə bizə asanlıqlar ehsan et, məsafələri bizə yaxınlaşdır. Allahım, səfər boyunca yeganə qoruyucumuz və geridə qalan ailələrimizə nəzarət edən vəkilimiz Sənsən. Allahım, səfər məşəqqətindən, çirkin mənzərələrlə və kədərli hadisələrlə qarşılaşmaqdan, mal, ailə və övladlarımızın pis aqibətə məruz qalmasından Sənə sığınaram.”
[Müslim, Həcc 425. Ayrıca bax. Əbu Davud, Cihad 72; Tirmizi, Daavat 45-46.] - Səfərdə müsibətdən qorunmaq və səyahəti bərəkətləndirmək üçün diqqət edilməli xüsuslar... (08.45)
- Allah yoluna səfərə çıxarkən laübaliliyə (səhlənkarlıq, laqeydlik, qeyri-ciddilik) düşməyin!.. (10.55)
- Səyahət vasitələri belə Allahı zikr edən müzakirə məclisinə çevrilməlidir. (12.37)
- Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur: "Allah yolunda bir səhər, və ya axşam səfəri, heç şübhəsiz dünyadan onun və içindəkilərdən daha xeyirlidir". (13.50)
- Əbu Səid əl-Hudridən (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "Yollarda oturmaqdan çəkinin!" Səhabələr: "Biz buna məcburuq, işlərimizi orada görürük," dedilər. Buna qarşılıq Rəsulullah (s.ə.s.): "Elə isə yolun haqqını verin!" buyurdu. "Yolun haqqı nədir, ey Allahın Rəsulu?" -deyə soruşdular. Rəsuli-Əkrəm (s.ə.s.) belə cavab verdi: "Harama baxmamaq, gəlib keçənləri incitməmək, salam almaq, mərufu (şəriətin əmr etdiyi) əmr edib münkərdən (şəriətcə qadağan olunan) çəkindirməkdir!" (16.17)
- Tez-tez səfər edənlər ailələrini buna yaxşı hazırlamalı, onları əqli, məntiqi yöndən razı salmalı, görülən xeyirli işlərdə onların da iştirak etmələrini təmin etməli və səyahət əsnasında da mütləq hər fürsətdə hal-əhvallarını soruşmaq şərti ilə onların haqlarına da riayət etməlidir. (18.35)
- İnsanlığın İftixarının (s.ə.s.) həyat yoldaşının hüququna riayət etmə mövzusundakı həssaslığı və nəzakəti... (22.10)
- tarixində yaradılmışdır.