Vəzifənin kəraməti
Sual: İrşad və təbliğ yolunda olan insana bu qüdsi vəzifəni yerinə yetirərkən xüsusi qabiliyyət, istedad və ehsan verilirmi? Bu lütflər nədir və onları necə cəlb etmək olar? Xidmət üçün bəxş edilən bu mövhibələrin başqa sahələrdə istifadə edilməsi
onların kəsilməsinə səbəb bilərmi?
- Hər mömin mövqeyinin imkanı nisbətində irşad və təbliğ vəzifəsi ilə mükəlləfdir. İnandığı dini başqalarına anlatmaq və layiqincə təmsil etmək məsciddəki imam qədər hər müsəlmanın vəzifəsidir. (00:55)
- Bütün peyğəmbərlər ilahi həqiqətləri qəbul edib təbliğ etməyə və təmsil edib hüsnümisal olmağa münasib şəkildə yaradılmışdılar. Bəzi peyğəmbərlər hökmdarlıq etsələr də, onlar həm məsum, həm də məsundurlar (toxunulmaz, qorunan) dolayısilə zahirən dünyəvi olan işləri belə irşad vəzifəsinə əsasən yerinə yetirmişlər. (01:47)
- Qurani Kərimdə Həzrəti Nuh, Həzrəti Hud, Həzrəti Saleh, Həzrəti Lut və Həzrəti Şuaybın (salət və salam olsun Peyğəmbərimizə və bütün peyğəmbərlərə) eyni sözü təkrar etməsi və əslində bu sözün bütün peyğəmbərlərə xas eyni duyğu və düşüncəni əks etdirməsi bildirilir. Onlardan yüksələn səs budur: "Bu xidmətə görə sizdən heç bir əvəz istəmirəm. Mənim əvəzimi verən ancaq Aləmlərin Rəbbidir". (06:25)
- CənabiHaqq (xüsusi planda) peyğəmbərləri irşad və təbliğ vəzifəsinə uyğun yaratdığı kimi, sonrakı dövrlərdə də (zahiri planında) əsfiya və müqərrəbinə peyğəmbər məsləyinin ruhuna müvafiq bəzi istedad və qabiliyyətlər bəxş etmişdir. (08:49)
- İman xidmətinin də bir kəraməti vardır. AllahTəala "Bismillah!" deyib bu yola girən insana bambaşqa istedad, ehsan və müvəffəqiyyət bəxş edər. Ancaq bir insan xidmətdəki uğurlarına baxıb dünyəvi işlərdə də müvəffəq olacağını zənn edərək başqa işlərə girsə, bərəkətli bir işdən məhrum qaldığı kimi, dünyəvi cəhətdən də səmərə əldə edə bilməz, uduzar. (10:55)
- İnsanın istedad və qabiliyyətləri Allahın icraatına mane deyil. CənabiHaqq istəsə, insanın istedadlarını inkişaf etdirər. Qul səmimi və ixlaslı olsa, AllahTəala ona əlavə lütflərlə müqabilə edər. Biz iradəmizi işlətsək, layiqincə qulluq eləsək, – Mərhəmətindən ümidvaram bizim istedadlarımızı da inkişaf etdirər və mahiyyətimizi yenidən onun üstündə bina edər. (18:00)
- Cevdet Paşa "Kısası Enbiya"da yazır: Həzrəti Əbu Bəkir (r.a.) Həzrəti Əliyə göndərdiyi bir məktubda bu mövzu ilə bağlı belə deyir: "Vəzifə onundur ki, o, “mənim deyil” deyir. Onun deyil ki, o, vəzifəyə haqqı çatdığını iddia edir." (21:55)
- Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Abdurrahman b. Səmürəyə (radiyallahu anh): "Ey Abdurrahman! Baş olmağı (bir vəzifəyə gətirilməyi) istəmə. Əgər o vəzifə istəyinə görə sənə verilsə, səni onunla başbaşa qoyarlar. Əgər sən istəmədən sənə verilsə, o işdə ilahi yardım görərsən," – deyir. (23:00)
- Baş sərkərdə təyin edilən Həzrəti Əbu Ubeydə b. Cərrahın Amr b. Asdan: "Sərkərdəlik üçün mənə işarə edilmişdi!" sözünü eşidən kimi dərhal geri çəkilməsi və qarşıda düşmən olaola belə kiçik məsələnin müzakirəyə dəymədiyini deyərək vəzifədən imtina etməsi çox əhəmiyyətlidir və bizim üçün ibrətamiz hadisədir. (23:30)
- Həzrəti Bədiüzzamanın ifadəsi ilə: "Səbəbi məsuliyyət və xətər olan mətbuiyyətə (başqalarını özünə tabe olması) tabeiyyəti (başqasına tabe olmaq) tərcih edib imamət və liderlik işində başqalarını narahat edəcək şəkildə öndə görünməmə" xidmət insanının şüarı olmalıdır. (24:00)
- Həzrəti Əli (radiyallahu anh) ona hədiyyə edilən gözəl bir ata baxıb: "İmamlıqdan (idarəçilikdən) qaçmaq üçün çox gözəl atdır!.." deyərək məsuliyyətin və əmanətin əhəmiyyətini dilə gətirmişdir. (24:52)
- Bütün bu deyilənlər göstərir ki, vəzifə istənilməz, veriləndə də ikrahla qəbul edilər. Ancaq bu məsələnin bir istisnası var: Əgər bir vəzifəni, bir işi sizin səviyyədə görə biləcək başqa bir müstəqim mömin yoxdursa, Həzrəti Yusufun: "Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm" (“Yusuf” surəsi, 12/55) deyə qıptilər içində bu vəzifəni istədiyi kimi vəzifə istəmək qəbahət olmaya bilər. Həzrəti Yusuf (əleyhissalam) bu sözü bircə müsəlmanın da olmadığı, peyğəmbərlik əsintilərinin duyulmadığı, Allahın tanınmadığı bir yerdə demişdi. (24:42)
- Müsəlmanların dərdini vicdanında duymayan onlardan deyildir. Elə isə bu dərdi duymanın ölçüsü nədir? Bəşəriyyətin dərdini çəkənlər nə etməli və necə dua etməlidirlər? (30:17)
- tarixində yaradılmışdır.