Yalançılar və yamaqçılar

Fəthullah Gülən: Yalançılar və yamaqçılar

Bədiüzzaman deyir: “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar”. Ən çətin əyyamlarda / günlərdə, ən çətin saatlarda, dəqiqələrdə, saniyələrdə və anlarda belə hər bir hadisəni gözəl görmək, heç olmasa hadisələrin gözəl tərəflərini görmək lazımdır.

Bu, Qurani-Kərimin fərmanına uyğundur və onsuz da,uyğun olmayanı, söyləməzlər. Cənabi-Allah buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (“Bəqərə” surəsi, 2/216)

Zəmanədən şikayət etməməli!.. Hər tərəfə qaranlıq çöksə də, zərrə qədər işıq şöləsi qalmasa da, hər şey saralıb-solsa da, ən rövnəq şeylər öləzisə belə, hətta yararsız hala gəlsə belə, mümkün qədər bir yol tapıb gözəl görməyə çalışmaq lazımdır.

Məsələyə bugünkü hadisələr aspektindən baxanda xoşagəlməz hadisələrlə üz-üzə gəlsək də, belə şeylər həmişə olub.

Yalan bir küfr sifətidir

Həzrəti Pirin də dediyi kimi, hər möminin hər bir sifəti mömin olmadığı kimi, hər kafirin də hər bir sifəti kafir deyildir. Bəzi möminlərdə kafir sifəti var. Məsələn, yalan söyləmək küfrə aid bir xüsusiyyətdir; bir insan yalan danışır, yalan yazırsa...

Biri var, “adi yalan”. Bir insan bir şeyin doğru olduğunu bilə-bilə onun əksini danışırsa, bu, adi yalandır. Həzrəti Pir bu yalana “ləfzi-kafir” deyir. Bu, terminologiyada “adi yalan”dır. Mürəkkəb, yəni iki ölçülü deyil, adi yalandır. Buna baxmayaraq, kafir ləfzi və münafiqlik xüsusiyyətidir. Adi yalanı bir dəfəf danışan insan münafiqliyə sarı bir addım atmış olur. Həzrəti Pirin sözü ilə desək: “Hər bir günahda küfrə gedən bir yol vardır”. İnsan bir günah işləyəndə imandan nə qədər uzaqlaşırsa, küfrə də bir o qədər yaxınlaşmış olur. Bu insan istər namaz qılsın, istər oruc tutsun, istər həccə getsin, fərqi yoxdur...

Biri də var “müzəəf (ikiqat) yalan”. Pozulmaz yazını xatırladır. Məsələn, bu müzəəf yalanı – “jurnal” demək daha xoş gəlir, “qəzet” bu mənanı vermir – onun-bunun ayıblarını axtarıb-araşdırmaq mənasını daşıyan bəzi “jurnallar”a da daxil edirsiniz. O yalan da gedib çıxır arxivlərə. Bu, artıq adi yalan deyil. Kafi xüsusiyyəti olan adi yalanın ikiqat formasıdır. Yəni həmin adamda 2, 3, 4 yalan var. Bu zavallı adam namaz qılsa belə, artıq əli-ayağı qandallıdır. Çünki (hər yalanı) qeydə alınır və gələn nəsillər onu görəcək. Buna “müzəəf yalan” deyilir.

Bir insan bir şeyin yalan olduğunu bilə-bilə, o məsələ ilahi dərgahda açıq-aşkar yalan olduğunu görə-görə, bunun şək-şübhəsiz yalan olduğunu bilə-bilə ləfzi-kafiri söyləyir, yazır, yaxud da xalqa elan edirsə – Ziya Gökalpın terminologiyamıza daxil etdyi sözlə desək – “müqab yalan” danışmış olur... Yəni üç ölçülü yalan.

Birini də mən əlavə edim: “kəzbi-müxəmməs” – beş ölçülü yalan. Məkan üç ölçülüdür. Zaman isə məkanın dördüncü nisbi ölçüsüdür. Bu, elm tərəfindən ortaya qoyulub. Bunun beşinci ölçüsü yoxdur. Beş qata çıxan, beş ölçülü yalan... Bir insan bir məsələni – bunun yalan olduğunu xalq da, özü də yaxşı bildiyi halda – yazı-pozusunda, dediyi sözlərdə utanmadan, həya etmədən millətin qabağında elə hey təkrar edirsə, “müxəmməs yalan” danışmış olur.

Media vasitələri bir yalanı milyon edir!

Nəcib Fazil Qısakürək bir qəzetə “super kafir” deyərdi. Süper kafir bir yalanı, bir ləfzi-kafiri ortaya atır, o biriləri də dərhal onu yayırlar.

İndi “hovuz-movuz” deyirlər... Dərinliyini bilmək olmur, girəndə çıxmama ehtimalı da var.

“Super kafir” bir ləfzi-kafir ortaya atır, o biriləri də şərhlər yazaraq, haşiyələr verərək onu yayırdılar. Daha geniş xalq kütləsinə çatdırırdılar. O jurnalın tirajı o dövrdə 70-80 min olardı... Bəlkə də, bu gün bəzi jurnallar/qəzetlər kimi onu da qapı altından pulsuz içəri atırdılar, beləcə tirajı süni surətdə yüksəldirdilər. Bundan savayı, 300-400 min tirajlı nəşrlər vardı... onlar da onu alıb paylayırdılar, nəticədə tirajı milyonları keçirdi. Beləliklə, bir ləfzi-kafir milyonlara çatırdı. Bu, nə deməkdi? Milyonlarla insanın fikri qarışırdı. Milyonlarla insanın ürəyi bulanırdı. Milyonlarla insan çaş-baş qalırdı, nə edəcəyini bilməz olurdu.

Nəcib Fazil Qısakürək böyük bir yalançının ortaya bir yalan atmasından və insanların bu yalanı yamamasından söz açarkən bir ovçu hekayəsi danışırdı. Yalanlarının orasına-burasına bir-iki yamaq vurulduğunu görən yalançı cəsarətə gəlib deyir: “Ay qardaş, bir gün yayımı, oxumu götürüb quş ovuna çıxdım. Düşdüm meşənin canına. Oxu yaya keçirib düz göyərçinə tuşladım. Ox vıyıltı ilə gedib hədəfə dəydi. Gedib nə görsəm, yaxşıdı... Quş qızarıb bişib, yanında da soğan, sarımsaq...” Ona qulaq asan yamaqçı fikrə gedir və bir qədər sonra deyir: “Yaxşı, deyək ki, oxu atdın, havada qızışıb alışdı, quş qızardı, bişdi. Bəs mən bu soğan, sarımsağı hardan tapıb calayım?!”

Yalançıları ruhlandıran yamaqçılar

Bəzi adamlar ləfzi-kafir işlədir, müasir yamaqçılar da “dili dolaşdı!” yamağını vururlar... Biri, haşa, “Peyğəmbər də qürura qapıldı!..” deyən kimi tez-tələsik ona bir yamaq yapaşdırırlar: “Yox, elə demək istəmədi, dili dolaşdı”. Çəkinmədən, qorxmadan “dili dolaşdı” deyən də bu işə şərik olur. Hər dövrdə yalançılarla birilikdə yamaqçılar da olmuşdur.

Biri ilahi kəlama “makara” deyir... Bunu heç oriyentalistlər də dilinə gətirməyib. Hətta Əbu Cəhl də deməyib, Ütbə deməyib, Şeybə deməyib... Əbu Cəhl: “Vallah, bu adam yalan danışmır, düz deyir. Amma gözüm onu götürmür. Keçmişdən haşimilərlə aramızda bir rəqabət var. Onlar “rifadə, siqayə (hacıların yemək ehtiyacını təmin etmə vəzifəsi) bizdədir” deyə öyünürlər. “Peyğəmbər də bizdəndir” desələr, daha dözə bilmərəm.”

Bu “super yalançılıq” ala-yarımçıq yamaqlı 1 yalanla min dənə yamaqsız yalanı insanlara yedirir.

Üstəlik, yalanına yamaq vurulduğunu görən yalançı daha da cəsarətlənir, ruhlanır və yalanda daha da irəli gedir....

Bəzən təvazökaranə deyilən yalan da çox inandırcı olur, bu fəndi də çox işlədirlər... Super kafir bir yalan söyləyir, bəzi jurnallar da bu yalanı dəyişdirərək, haşiyələr əlavə edərək, şərhlər verərək xalqın fikirlərini qarışdırır, cəmiyyətin arasına nifaq toxumu səpirlər.

Bütün bunlar üçün peyğəmbəranə və ya vəlayətkəranə əzmkarlıq lazımdır ki, insan sarsılmasın. Bir yanda dayanmadan yalan danışanlar... o biri yanda da bu yalanları bəzən “dil dolaşıqlığı”, bəzən “əslində belə demək istəmirdi” sözləri ilə, bəzən də “Fikrini istədiyi kimi çatdıra bilmədi. Ona görə də üzr istəyirik. Xalqıın əksəriyyəti səhv başa düşür, əslində elə demək istəməmişdi” deyərək yamayanlar...

Demək, içlərindəki bu imiş!..

Demək, illərdir, içlərindəki duyğu-düşüncə bu imiş... Bunları ortaya tökmək üçün bəhanə axtarırmışlar... Paxıllıqdan, həzm edə bilməməkdən, qısqanclıqdan Hərəkat haqqında “Kaş imkan olaydı, ürəyimizi boşaldaydıq, “paralel” deyəysik, “çətə” deyəyik...” şəklində düşünürmüşlər...

“Bunlar heç əhəmiyyət vermirlər!” deyənlər var... Niyə əhəmiyyət verəsiniz ki? O sözlərin birinin də “ölçüsü”, “nömrəsi” sizə uyğun gəlmir axı... Hər insan öz xarakterini ortaya qoyur. Kimə onun “ölçü”sü, “nömrə”si uyğun gəlirsə, o, ona çox gözəl yaraşır. İstəyirlərsə, bədənnüma güzgüsünün qarşısına keçib bir özlərinə baxsınlar, gör özlərinə necə onlara yaraşır.

Ancaq biz buna əhəmiyyət vermədən, məhəl qoymadan, inciyib küsmədən yolumuza davam etməliyik. Hər diş qıcayana söz çatdırası olsanız, – onlar bu işdə professionaldır – öhdəsindən gələ bilməzsiniz. Yalan bir ləfzi-kafirdir, onsuz da cavab verə bilməzsiniz, doğrularla da öhdəsindən gələ bilməzsiniz. Çünki hər gün fərqli-fərqli yalanlarla, uydurmalarla etibarınızı zədələməyə çalışacaqlar.

Məncə, enerjimizi, düşüncə fəaliyyətimizi buna sərf etmək əvəzinə... İndiyədək bilavasitə tək-tək insanlarla məşğul idik... Demək, Allah (cəllə cəlalühü) bunu az görür...Demək ki, enerjinizlə, fəallığınızla, iradənizlə, insanlığınızla, Allah Rəsuluna ümmət olmağınızla, Quran camaatı olmağınızla müqayisədə gördüyünüz işlər azdır!.. Niyə bir insanla məşğul olursunuz? Niyə ildə biri min eləmirsiniz? Niyə alternativ yollar tapıb minə çatdırmırsınız? Niyə “Birəm ancaq məqsədim mindir. Birəm, amma məqsədim minlərə bərabər birlərdir” düşüncəsi ilə hərəkət etmirsiniz?!.

Biri min eləmədiyimizə görə, imkan ola-ola minə çatdırmadığımıza görə, Allah bizi silkələyir. Allah ən sevdiyi bəndələrini belə silkələmişdir. Nəbiləri silkələmişdir, övliyaları silkələmişdir, əsfiyaları silkələmişdir... Biz avam insanlar olaraq işlədiyimiz günahlar üzündən avamların səviyyəsinə uyğun sınaqlara çəkilirik... Onlar isə müqərrəbindir, başlarına gələnlər də harəm bölgəsindəki insanlara aid ilahi xəbərdarlıqdır, Cənabi-Haqla irtibatın keyfiyyətini qorumaq məqsədini daşıyır

Biz bilərək bir qarışqanı belə incitməmişik!..

İndiyədək nələr-nələr demişlər... Sizə “paralel” deyirlər, “zəli” deyirlər, “çətə” deyirlər, indi də “örgüt/təşkilat” demək üçün əlləşirlər. Biz bilərək bir qarışqanı belə tapdalamamışıq. İyirmi illik dostum qaldığım çadırın yanında sürünən – məni sanca da bilərdi – ilanın belini qırdığına görə onunla düz bir ay danışmadım. “Niyə yaşamaq haqqını əlindən aldın?!” deyə... Bütün yaxın dostlarım bunu bilir... Biz kimsənin telinə belə toxunmamışıq.

Oğurluq və vəzifədən sui-istifadənin artıq cinayət olmadığını bilmirmişlər!...

Hadisə Necdət xocanın başından keçib: maşın sürürmüş. Qırmızı işıq yananda maşını saxlayır. Daldan bir polis maşını gəlib buferinə vurur. Sonra da – yalan olmasın, ya yaxasından yapışır, ya da təhdidmi edirlər, dəqiq yadımda deyil, – “Niyə saxladın?!” deyirlər. Xoca sözü uzatmadan: “Qırmızı işıqda dayanma qaydasının ləğv olunduğunu bilmirdim!”, – cavbını verir.

Mövcud nizamnamə: oğruları təqib edin, spekulyasiyaya yol verənləri təqib edin, tenderlərə qeyri-qanuni müdaxilə edənləri izləyin, xarici banklara pul qoyan şübhəliləri təqib edin, çapıb-talayan oğruları təqib edin... Qanun onlardan bunları tələb edirdi...

Onlar da qanunların tələblərini yerinə yetirdilər . Məsələn, Süleyman bəy prezdent olanda yaxın qohumu həbsə atdılar. Süleyman bəy buna müdaxilə edə bilərdi, amma etmədi. Niyə? Çünki haqq hər şeydən üstündür, heç bir şeyə fəda edilməməlidir. Haqsızlıq edən övladın da olsa, həyat yoldaşın da olsa, qızın da olsa, yaxın qohumun da olsa, həmfikirin də olsa... xalqın hüquqlarını qorumaq məsələlərində həssas olmalısan, qanunun sənə verdiyi haqları/vəzifəni yerinə yetirməlisən... Bu eləməsən, sən xainsən.

Qanun onlara bu hüququ vermişdi. Bilmirəm, bəlkə də, bu vəzifəyə gələndə əllərini silahın üstünə qoyub: “Namusuma, şərəfimə, heysiyyətimə and içirəm ki, qanundan kənara çıxmayacağam...” demişlər. Onların bu kimi şeylərlə əli-qolu bağlanmışdı. And içmişlər... Qanun onladan bunu tələb edir... Ancaq oğurluğun, tenderlərdə saxtakarlığın, bəzi puç köçürmələrinin cinayət sayılmadığını bilmirmişlər. Onlar bu kimi hallara qoyulan qadağaların ləğv olunduğunu bilmirmişlər. Bəlkə də, buna görə tövbə etməlidilər!...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.