Dirk Fikka
Müasirliklə dini ənənənin sintezi
Düşünürəm ki, hər dini və mənəvi ənənənin bir Fəthullah Güləni olmalıdır.
Elə bir insan olmalıdır ki, bir tərəfdən mənafe güdmədən dini ənənəyə möhkəm sadiq olsun, digər tərəfdən də dövr dəyişdikcə və insan şüuru inkişaf etdikcə o ənənəni yeni bir üslubda mənsublarına təqdim etsin. İslam aləmində müsəlmanların böyük əksəriyyətinin dünyasında Xocaəfəndi məhz bu mövqeyi tutur.
Cənab Fəthullah Gülənin İslamiyyətə yanaşması son dərəcədə ənənəvidir. Bu yanaşma ilə yanaşı, İslamiyyətin əsas xüsusiyyətini, yəni sülhü təmsil etməsi də olduqca diqqətəşayandır.
O, bunu şəxsi bir seçim olmadığını, ənənəvi İslamın mahiyyətinin əsasında bu anlayışın dayandığını söyləyir. Müsəlmanları bütün insanlara qarşı mərhəmətli, nəzakətli və ədalətli olmağa səsləyir.
Onun İslam ənənəsinə dair bu iki təlimi və İslam dininə yanaşmasını olduqca vacib hesab edirəm.
Cənab Gülən müasirliyi də imtina etmir. İnsanların dini biliklərlə yanaşı qeyri-dini biliklərə də yiyələnməsi, dünyanı ətraflı öyrənməsi, insanın mahiyyətini dərk etməsi lazım gəldiyini, üstəlik bütün bunların dini dəyərlərlə təzad təşkil etmədiyini söyləyir.
Müasirliklə dini ənənəni etibarlı və inandırıcı şəkildə sintez etdiyinə görə, ona heyranam.
Onun məqalələrindən belə bir nəticəyə gəlmişəm ki, İslamiyyətdə dialoq bir əsas olub ənənəvi xarakter daşıyır. İslam tarixində dinlərarası dialoq məfhumu yüksək səviyyədə təmsil edilmişdir. Müxtəlif ənənələrə mənsub insanlarla dialoq qurlmuş, onlarla bilik mübadiləsi aparılmış və bunun zərərli bir fəaliyyət olmadığına dair düşüncə formalaşmışdır. Həmin şeyi indi mən Hizmət hərəkatında müşahidə edirəm.
Hizmət hərəkatına aid məktəblərin dini deyil, müasir təshsil sistmi ilə tədris verməsi mükəmməl bir addımdır. Şübhəsiz dini təhsilin yeri başqadır və Hizmət bunu gözəl başa düşür. Ancaq təhsil məsələsinə gəlincə, daha əhatəli bir təhsil sisteminə ehtiyac var. Bu təhsil sistemi sayəsində Hizmətlə dünyanın müxtəlif xalqları arasında körpülər qurulur.
- tarixində yaradılmışdır.