Professor Məhəmməd Səfiq
Tövhid mərkəzli bir Hərəkat
Nyu York ştatı, Roçester Nazaret kolleci, İslam və teologiya üzrə professor.
Hiki/Hickey Dinlərarası Fəaliyyətlər və Dialoq Mərkəzinin sərdriyəm. Eyni zamanda Nazaret kollecində qurulan və Beynəlxalq İslam Düşüncəsi İnstitutu – Dinlərarası Mərkəzi adlı kafedranın müdiriyəm.
Cənab Fəthullah Gülənin rəhbərliyi ilə fəaliyyət göstərən Hərəkat başqa İslami hərəkatlardan fərqlənir. Hərəkat öz gücünü və mənəviyyatını İslami təsəvvüfdən götürür.
Hizmət, gördüyünüz kimi, sevgi məfhunu əsas götürür və onu mərhəmətlə birləşdirir. Səid Nursi də mərhəmət və şəfqət məfhumlarına böyük əhəmiyyət vermişdir. Gülən isə bunu üstələmişdir.
O, sevgini birinci sıraya qoyur. İnsanın gərək qəlbində başqalarına qarşı sevgi hissi olsun... Şübhəsiz insan ilk öncə özünü sevməlidir... Və beləcə başqalarını da sevməyi öyrənəcəkdir... Çünki biz hamımız insanıq... Mərhəmət də məhz elə buradan doğur.
XI əsr müsəlmanlardan metodologiyanı yeniləməyi, bəşəriyyəti birliyə səsləməyi, onları birləşdirməyi, yaralarına məlhəm sürtməyi tələb edir.
Hizmət hərəkatının dərin bir mənısı var... O, üç şeyi özündə ehtiva edir: təhsil, mənəviyyat və bəşəriyyətə xidmət...Hizmət hərəkatında bu saydıqlarımın hamısının iç-içə olduğunu müşahidə edirsən. Dolayısilə Hizmət hərəkatının olduğu hər yerdə təhsil, zəkat və mənəviyyat var... Çünki, əgər alınan təhsil insanı bəşəriyyətə xidmət etməyə sövq etmirsə, dünyanın problemləri necə həll edəcəksən? İnsanların dərdlərinə necə şərik olacaqsan? Bu səbəbdən, yetişən gənc nəsil xalqa qarışıb onlara xidmət etməli, onların ağrı-acısını duymalı, onlara kömək yolları axtarmalıdır.
Bu Hərəkat çox vacib işlər görür. Mənə elə gəlir ki, Cənab Gülən bizi necə gələcək gözlədiyini əvvəlcən bilir.
Hizmət hərəkatının məqsəd və idealı mənəviyyat və bəşəriyyətə xidmət anlayışlarına köklənmişdir. Bu bütün dünyanın faydasınadır.
İsalmi təlimlər və Hizmət hərəkatı bu üç əsasın (təhsil, mənəviyyat, bəşəriyyətə xidmət) fərdlərdin, eyni zamanda bütün cəmiyyətin islahında mühim əhəmiyyət kəsb edir.
Tövhid Allahın bir və tək olmasıdır. Bu məfhum eyni zamanda bəşəriyyətin birliyini də özündə ehtiva edir. Dolayısilə tövhid həqiqətini bölmək; tək Allaha ibadət edib bəşəriyyətin islahına biganə qalmaq olmaz...
Hizmət hərəkatı tövhid həqiqətini əsas götürərək bütün bəşəriyyətə eyni gözlə baxır. Bu gözəl yanaşma sayəsində həm müsəlmanlara, həm də digər insanlara xidmət edir.
- tarixində yaradılmışdır.