Professor Xəlil Nəhvi
Bu Hərəkatın əsası hikmət, bəhrəs idə xidmətdir
“Hizmət”, əslində, elmlə əməl arasında qurulan bir bağdır. Və beləcə elm fikrə, düşüncəyə, ədəbiyyata və ən əsası da fəaliyyətə çevrilir. Dolayısilə bütün bəşəriyyətə öz töhfələrini verir.
Fəthullah Gülən Xocaəfəndi Rəsulullahın (sallallahu aleyhi vəsəlləm) irsindən ilham alaraq mühüm fikirlər irəli sürür. O, hazırda ən çox ehtiyacımız olan “cihad” məfhumuna fərqli bir yanaşma ortaya qoyur: “şirin dillə cihad”, “Qurani-Kərimlə cihad”, “Allahı təbliğ etməklə cihad”... Belə ki, Cənabi-Haqq buyurur: “Ona söykənərək var-gücünlə mübarizə apar.” Burada keçən əvəzlik qılıncı deyil, Quranı, zikri işarə edir. Belə başa düşürəm ki, Fəthullah Gülən Xocaəfəndi Qurandan ilham alaraq böyük bir cihadı yerinə yetirir. Əvvəllər də söyləmişdin, indi də deyirəm: Fəthullah Gülən Xocaəfəndi qəlblərə yol tapan, həmin yolda bələdçilik edən bir alimdir. Peyğəmbərimiz ölkələri qılıncla fəth etməmiş, çünki Onun məqsədi qəliblərə deyil, qəlblərə, ruhlara yol tapmaqdı. Qəliblər fətrh edildikdən sonra qəliblər Onun formasını aldı.
Məkkənin fəthində “Bu gün dastan günüdür” deyən bəzi səhabələrə Peyğəmbərimiz: “Xeyr, bu gün mərhəmət günüdür” demişdir. Qəlblərin fəthi məhz budur. O, qəlbləri qəliblərdən qabaq fəth etmiş, ruhlara bədənlərdən əvvəl yol tapmışdır.
Belə görünür ki, Fəthullah Gülən Xocaəfəndinin bütün fəaliyyətləri peyğəmbər qəndilinin nurundan ilham almaqdadır. Bu ilhamla qəlblər fəth olunur, vicdanlar işıqlanır və -kitablarında qeyd etdiyi kimi- ruhun heykəli yüksəlir. Məncə Hizmətin bütün fəaliyətləri hal-hazırda ehtiyacımız olan cihadın elə özüdür.
Fəthullah Gülən bu metoda baş vurdu və yolda bir cığır açdı. Bunu müsəlmanların dünyada layiqli yerini tutması, əvvəla millətinə, sonra da bütün bəşəriyyət naminə həyata keçirmişdir. Hizmətin fəaliyyətlərini və möhtərəm Fəthullah Gülən Xocaəfəndinin fikirlərini araşdıran elm adamlarının dediyi kimi, bu Hərəkatın əsası “hikmət”, bəhrəsi isə “xidmət”dir. Etiraf edirəm ki, Hizmət hərəkatı İslam dünyasının ehtiyacı olan ən böyük fəthi reallığa çevirmişdir.
Artıq danışmağa, mülahizələr bildirməyə ehtiyac yoxdur. Hazırdan bizim sözə deyil, həyata keçən fikirlərə ehtiyacımız var. Fəthullah Gülən Xocaəfəndinin fərqi odur ki, sözləri praktiya, fəaliyyətə keçmişidir. Dolayısilə təkrar edirəm: mən Xocaəfəndini bəşəriyyətə təqdim etdiyi mütəkamil metod, elmlə əməli birləşdirən və yeni insan yetişdirən Hizmət hərəkatı ilə birlikdə Peyğəmbər varisi hesab edirəm.
Professor Xəlil Nəhvi, İslam Mədəniyyəti Ərəb şürasının sədri / Mavritaniya
- tarixində yaradılmışdır.