Üç ayaqlı sacayağı
Fəthullah Gülən İslami anlayışını bir çox məqalə və söhbətlərində konkret olaraq “üçlü” bir sacayağı üzərində izah edir. Bu ayaqlardan biri İslam mənəviyyatının təhsil edildiyi yerlərdir. O, bu yerlərlə üçlü sacayağın ikinci ayağını təşkil edən İslami elmlərin tədris edildiyi mədrəsələri bir medalın iki üzü kimi dəyərləndirir. (Fasıldan Fasıla, 3/120-121) Mədrəsələr əslində sadəcə İslami elmlərin tədris edildiyi qurumlar deyildi. Söz kimi “dərs keçirilən yer” mənasını verən mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi fənlər də tədris edilirdi. Amma son əsrlərdə fənlər mədrəsələrdə keçirilmədi və əsasən də Qərbin təsiri ilə fənlərlə dini elmlər bir-birindən ayrıldı. Beləliklə, sadəcə dünyəvi fənlərin tədris edildiyi müasir məktəblər meydana gəldi. Halbuki, necə ki insan vücudunun bütün orqanları, hüceyrələri, ağlı, qəlbi və nəfsi ilə bölünməz bir bütövdürsə, eyni şəkildə, insana xitab edən İslam da bütün parçaları və ünsürləri ilə bölünməz bir kompleksdir. İstər İslam mənəviyyatının və İslami elmlərin tədris edildiyi mədrəsələr, istərsə də kainat kitabını oxumanın nəticələri olan dünyəvi fənlərin tədris yerləri olan məktəblər eyni damın altında və birlikdə olmalı, bir bütövü təşkil etməli idi. Bunlar Fəthullah Gülənin İslami anlayışında bir-birindən ayrılmaz parçalardır. O, bu xüsusu 1980-ci ilin may ayında Adabazarında etdiyi bir söhbətdə özünəxas üslub və təsvirlə belə ifadə edir:
“Səhabə və Tabiun düşüncəsini qazanmış, elm və ürfan həyatı üçün müəssisələrdə Şahı Geylanilərin, Əhməd Bədəvilərin, Həzrəti Şazəlilərin könül dərinliyini, eşq və həyəcanını yaşayan... İslami elmlərlə dolu... fənlərin əsaslarına ən azı ensiklopedik səviyyədə vaqif olan...İslama tək gözlə və birtərəfli baxan və birtərəfli bir həyat yaşayan deyil, kompleks şəkildə yaşayan... elm, eşq və həyəcanı qəlbində yoğurmuş, ağlı qəlbinin əmrində, coşqun və hikmət əhli... gecəsinin dodağında təhəccüdü, dilində zikri, səccadəsində göz yaşları, qəlbində insanlığının, fitrətinin verdiyi gözəlin, yaxşının, doğrunun, haqq və ədalətin vurğunu, dünyaya, həyata, əşyaya, hadisələrə münasibətində Qurandan qaynaqlanan bir düşüncə və mənəvi dəyərlərin dəyişməz məhvəri, yaşamağı başqalarını yaşatmaqda görən, fədakar və əliaçıq...dövrün, şəraitin tələblərinin şüurunda olan, söz və davranışları ilə Qurana tərcümanı ola bilən... yaşadığı zamanın sosial, iqtisadi və siyasi mühitini bilən; dünyada baş verən hadisələri möminə xas bacarıqla (firasətlə) əvvəlcədən hiss edib dəyərləndirməyi bacaran...”
Fəthullah Gülən həqiqi müsəlmandan bəhs etdiyi bir məqaləsində onun zehin və xarakter quruluşunu təşkil edən ünsürləri belə sıralayır: “Allaha imandan və Onun mərifətindən qaynaqlanan və dərəcə-dərəcə bütün varlığı əhatə edən əngin bir eşq; ağıl, məntiq və şüur üçbucağı ilə elmə yönəlmə; kainat, insan və həyata dair düşüncələrimizi bir daha başdan sonadək nəzərdən keçirib yanlış və doğruları müzakirə etmək, Quran, kainat və insan bütövlüyünü görmək; həqiqi insani dərinliklərin duyğu, düşüncə və xarakterdə aranması zərurətini dərk edib sağlam bir xarakter sahibi olmaq, sərbəst düşünə bilmə və düşüncə sərbəstliyinə sahib olma; məsləhətləşmə və kollektiv şüur, riyazi düşünə bilmə, bir də yerinə tam oturmuş sağlam sənət düşüncəsi”. (Ruhumuzun Heykelini Dikerken, 27-37)
- tarixində yaradılmışdır.