İdeal ilə Reallıq Arasında Tarazlıq

Sual: Fərdi və ictimai sahədə keçmiş, indiki döv və gələcək barədəki düşüncələrimizi necə tənzimləyə bilərik?

İdeal ilə realliq arasinda tarazliqİnsanlıq var olduğu gündən bəri sübyektiv əhval-ruhiyyə ilə daim yaşadığı zəmanədən şikayət etmişdir. O, bəzən daha gözəl gələcəyin xəyalları ilə məsud yaşamış, bəzən də keçmişin xoşagəlməzliklərinə göz yumub onun içindəki gözəllikləri toplayaraq bir nöqtədə cəmləmiş və bununla təsəlli tapmağa çalışmışdır.

Bu baxımdan, deyə biləri ki, bizim də hər məsələdə keçmişə sığınıb, gələcəyə ümidlə baxmağımızın kökündə bu mülahizə yatır. Mənə: "Siz də fərqli şey demir, fərqli düşünmürsünüz. Eynilə başqaları kimi yaşadığınız zamandan tətmin ola bilmədiyinizə görə, ya keçmişə sığınmaq istəyir, ya da özünüzə görə bir xəyallar aləmi qurur və onunla təsəlli tapmağa çalışırsınız" deyə bilərsiniz. Məncə belə bir mülahizə və düşüncədə heç bir zərər yoxdur. Çünki insanın öz keçmişi ilə əlaqəsini davam etdirməsi, gələcəyi var edə biləcək bir nüvəni, bir toxumu mühafizə etməsi kimidir, çünki müqəddəs bir gələcək keçmişin toxumları üstündə nəşvünəma olub varlıq aləminə çıxacaq.

Bəli, insanın xoşbəxt və firavan ömür sürdüyü təqdirdə gələcək naminə tam mənada reallaşdıra bilmədiyi xəyallara qapılmasında heç bir üzür yoxdur. Çünki atalar sözündə də deyildiyi kimi, "İnsan xəyal etdiyi qədər yaşar". Əgər insanın bir məqsədi, xəyalı olmasa, o insan nəfsinə və cismaniyyətinə məğlub ola bilər. Bu da insanı əsfəli-safilinə sürükləyib aparar. Bu səbəblə məncə, bu cür mülahizələrin zərərdən çox faydası var. Çünki gələcəyin planlarını qurmaq üçün əvvəla bəzi şəxs və fikirlərin ideallaşdırılması lazımdır. Güclü iradələr, yüksək fərasət və zəkalar gələcəyi sosiologiyanın prinsipləri çərçivəsində və ya Cənabi-Haqqın onlara bəsirət lütf etməsi sayəsində görəcək, "görəsən, xəyalını qurduğumuz və planladığımız gələcəyi necə reallaşdıra bilərik?" deyərək gələcəyin plan və proqramını hazırlayacaqlar. Bundan sonra səbəblərə keçmə, səbəbləri dəyərləndirmə mövzusu gəlir ki, buna da "planların reallaşdırılması" deyə bilərik. İdeal insanlar ideal aləmdən real aləmə enərək düşüncələrini reallaşdırmağa çalışırlar. Çünki xəyalları reallışdırmanın yolu yenə də ideallar aləmindən keçir. Əgər belə düşünülməz, bu cür təmənna edilməzsə, keçmişimizin plan və proyektdən yoxsul yaşadığını qəbul etmiş olarıq ki bu da, daxildə cərəyan edən hadisələrlə cəmiyyətdə daim xaos yaradar. Cərəyan edən bu hadisələrin də şokundan xilas olacağı ana qədər də o cəmiyyətdə sağalmaz yaralar açılar. Bu səbəblə, insan hər zaman gələcək adına müxtəlif plan və proqramlar qurmalıdır. Bu plan və proqramdan heç olmasa bəziləri baş tutsa, cəmiyyət daha etibarlı zəminə oturdulmuş olar.

Digər tərəfdən, keçmişi ehtiramla qarşılayıb bağrımıza basmaq Allahın bizdən istədiyi və Quranın da bizə əmr etdiyi bir həqiqətdir. Keçmişdən qəsd etdiyim "zaman" məfhumudur. Zaman isə hər kəsin bildiyi kimi izafi bir xətdən ibarətdir. Onun real varlığı yoxdur. O, məkanın bir cəhətidir. Zaman möhtəviyyatı ilə zamandır və içindəkilərlə bir dəyər ifadə edir. Elə buna görə də Səadət-Əsrinə "Zamanın Qızıl Dövrü" deyirik.. müsəlmanlar üçün qızıl çağ və zamanın qızıl dilimi... Bəli, bu çağ "Qızıl İnsan"ın yaşadığı qızıl əsrdir. Bu baxımdan da, bir dövr qızıllaşırsa, möhtəviyyatı ilə qızıllaşır və yüksək dəyərlərə nail olur. Elə isə zamanın dəyərləndirilməsi adına ortaya atılan planlar çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda, zamanı dəyərləndirmə məqsədi daşıyan hər cür təmənna, istək və xəyallar da Cənabi-Haqqa təqdim edilmiş bir duadır.

Bir insanın mənəvi böhran keçirərkən və ya sıxıntılı dövrlər yaşayarkən zaman fanusundun çıxıb ürək açan bir iqlimə keçməsi və gələcəyi düşünərək ayrı bir atmosferə girməsi müsbət abı-havanı yaşamanın və böyük idealları reallaşdırmanın yoludur. Bu duyğu və düşüncə Hz. Adəmdən bəri davam edir. Bu səbəblə insanlar iradə ilə gələcəyin əmin-aman, sülh dolu və xoşbəxt dünyası üçün indidən onun plan və proqramını qurmalılar.

Bəli, ideallar gözəldir və insan ideallarla yaşayır. Ancaq bu ideallar və xəyallar mütləq reallaşdırılmalı, reallaşdırılarkən də mövcud səbəblərə görə, işin məntiqi yönü ilə mənəvi hiss və həyəcanlarla bağlı yönü qətiyyən ehmal edilməməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.