Dindarlıq və Dini Həssaslıq
Sual: “Dindarlıq” və “dini həssaslıq” sözləri hansı mənaları daşıyır? İzah edə bilərsinizmi?
Cavab: Dindarlığın nəzəri planda dini düsturlara bu və ya digər ölçüdə hörmət etməkdən tut dini qəbul edib ona sahib çıxmağa, əməli planda da dini yaşamaqdan onu həyata həyat etməyə qədər müxtəlif səviyyə və dərəcələri var. Məsələn, bəziləri elmihal səviyyəsində inanılmalı xüsuslara inanır və ibadətü-taətini o qədər yerinə yetirir. Kimiləri isə həm nəzəri, həm də əməli planda dinə daha dərindən yanaşır, bu yanaşmayla onun əmrlərinə tabe olub qadağalarından uzaqlaşırlar. Belə ki, bu insanlar haramlardan ictinab edib fərzləri yerinə yetirməklə yanaşı, harama girmə əndişəsi ilə şübhəli şeylərdən də çəkinir, həyatı daima təqva dairəsində yaşamağa çalışırlar. Dini daha şüurlu şəkildə yaşayanlar isə ibadətü-taəti hər an Haqq Təalnın təftişinə, təqdirinə ərz edirmiş kimi yerinə yetirir, daim ihsan şüuru ilə yaşayırlar. Bu baxımdan dindarlığın yerdən göyə qədər müxtəlif dərəcələri var. Bunu da əlavə edək ki, dindarlığın birinci pilləsi belə insan üçün həyati əhəmiyyət daşıyır.
Dini həssaslıq isə, ilk öncə şəxsi (dini) həyatda dinin prinsiplərindən zərrə qədər kənara çıxmamaq, sonra da yaxın halqadan uzaq dairəyə qədər ailə üzvlərinin, yaxın ətrafın, sözünü dinləyən və ətrafında toplanan insanların dini yaşama mövzusuna olduqca həssas yanaşmaq və üstündə tir-tir əsmək deməkdir. Başqa sözlə, dini həssaslıq bir haqq dostunun:
"Kaş ki sevdiyimi sevsə, qamu xalqı-cahan! / Sözümüz cümlə həman qisseyi-canan olsa..!" (Taşlıcalı Yəhya) misralarıyla dilə gətirdiyi arzu və iştiyaqla ömür sürməkdir.
"Kaş ki Allah sevgisini qəlblərdə alovlandıra biləm!"
Dini həssaslığı olan möminin insanlar haqqında duyğu və düşüncəsi belədir: “Kaş bu qardaşlarıma Allahdan bəhs edib qəlblərində Allah sevgisini alovlandıra biləm! Kaş onlarda maiyyət arzusu (Allaha yaxınlıq istəyi) oyada biləm! Kaş Ona o qədər yaxın olalar ki, əllərini hər dəfə açanda:
اَللّٰهُمَّ عَفْوَكَ وَعَافِيـَتَكَ وَرِضَاكَ وَتَوَجُّهَكَ وَنَفَحَاتِكَ وَأُنْسَكَ وَقُرْبَكَ وَمَحَبَّـتَـكَ وَمَعِيَّـتَكَ وَحِفْظَكَ وَحِرْزَكَ وَكِلاَئَـتَكَ وَنُصْرَتَكَ وَوِقَايَتَكَ وَحِمَايَتَكَ وَعِنَايَتَكَ
"Allahım! Səndən Sənin əfvini, səhhət, xoşnudluğunu, təvəccöhünü, ilahi əsintilərini, dostluğunu, yaxınlığını, uca şanına layiq məhəbbətini, maiyyətini, hifzu-siyanətini (hifzini), qoruyub nəzarət etməyini, zəfərlər nəsib etməyini, himayə edib qorumağını… istəyirəm!” deyib yalvarıb-yaxaralar.
Bu qədər həssas olan bir mömin səviyyəsindən asılı olaraq təkcə yaxın ətrafına deyil, hətta bütün ölkə xalqına, hətta bütün bəşəriyyətə bu üfüqü göstərmək, hər kəsdə belə bir həyəcan oyatmak üçün planlar quracaq. Onun dərdi və davası insanlarda Həzrəti-Ruhu-Seyyidil-Ənama qarşı dərin sevgi oyatmaqdır. Elə bil sevgi ki, namı-cəlilini eşidəndə içləri sızlasın. Digər tərəfdən də insanların yoldan azmasından, yoldan çıxmasından və yarı yolda qalmasından qəddi bükülür və "Görəsən, insanları “sürüşkən zəmin”dən necə uzaqlaşdıra bilərəm, bunun üçün nə etməliyəm?" deyib gecə-gündüz bu mövzuda planlar cızır, baş sındırır. Xülasə o, topluma irşad etmək, insanların yoldan azmasına mane olmaq, dindən uzaqlaşma hallarının qarşısını almaq istiqamətində olduqca həssas həyat yaşayır.
İnsanları dirçəltmə həssaslığı
O, ruhu-rəvanı-Məhəmmədinin (sallallahu əleyhi və səlləm) (Peyğəmbərimizin ruhunun) təkcə öz ölkəsinin minarələrindən pərvazlanmasını yetərli görməz; "Mənim adım günəş doğub batan hər yerə çatacaq" hədisini özünə hədəf, üfüq seçərək ömrünü bu yola fəda edər. Bu üfüqə doğru addımlarkən də heç vaxt öz kiçikliyinə baxmaz, "Mənim kimi bir adam nə edə bilər?" deməz, "Allah kiçiklərə böyük işlər gördürər" düşüncəsi ilə daim əzmli, çalışqan olar və həmişə məsuliyyət duyğusu ilə hərəkət edər. "Bir yerdə imanla dolu bir qəlb varsa, o qəlb bir yol tapıb orada olan bütün könüllərə ruhunun ilhamlarını çatdıra bilər" anlayışı onun düşüncəsidir. Bəli, unutmayaq ki, bir insanın himməti (niyyəti, amalı) bütün millət olsa, Allah bütün millətin işini ona gördürər. Həzrəti İbrahimə və İnsanlığın İftixarı Peyğəmbərimizə (əleyhi əlfü əlfi salatin və salam) gördürdüyü kimi, bu ülvi missiyanı o insana da müyəssər edər.
Məhz bütün bunlar dindarlıqdan çox, dini həssaslığın göstəricisidir. Başqa sözlə, buna insanları əhya etmə həssaslığı da deyə bilərsiniz. Bu baxımdan, demək olar ki, dindarlıqla dini həssaslıq bir-birindən fərqlidir. Ancaq bunlar bəzi məqamlarda həmhüdüd olurlar. Dindarlığın son hüdudu olan şübhəli şeylərdən çəkinmə, qəza qalan bir namazdan ötrü cinayət işləmiş bir insan kimi özünü günahkar sayma və belə bir həssaslıq üfüqündə bütün vəzifələrini mükəmməl həssaslıqla yerinə yetirmə, eyni zamanda Allahın əmrlərini yerinə yetirərkən təhdisi-nemət mülahizəsiylə (şükür məqsədi ilə verilən nemətdən danışmaq, sevinc və şükürü dilə gətirmək) bundan inşirah duymaqla yanaşı, "İnşallah, işə riya qarışdırmamışam, inşallah, sümayla (əməllərini elan etmək, - riyakarlığın bir növü) kirlətməmişəm!" düşüncəsi ilə əndişələnmək və s. xüsuslar dini həssaslığın başlanğıcı deməkdir. Çünki belə əngin və dərin həssaslığa sahib bir mömin bu həssaslığın tələbi ilə hiss etdiklərini, lütf olunan nemətləri başqa insanlara da çatdırmaq istəyər.
İlk öncə mənlik abidələrimizi yerlə-yeksan edək
Bu üfüqün insanları daha çox müzdərib (iztirablı) dimağlardır. Gecə-gündüz məfkurəsini düşünür, “fikir çiləsi” çəkirlər. Hətta – üzr istəyirəm – ayaq yolunda belə “zehni aksiyon”unu davam etdirir, yeni-yeni fikirlər ortaya çıxarır və ağlına gələn bu fikirləri dərhal bir yerə qeyd edir, qeyd etməyə imkan tapmayanda da daha sonra dəyərləndirmək məqsədi ilə beynin neyronlarına yerləşdirirlər. Davanın iztirabı bu müzdərib ruhları elə bürüyər ki, bəzən namazda səhv səcdəsi etməyə məcbur olarlar. Terminologiyada belə bir anlayış olmasa da, biz müqərrəbinin (Allaha yaxın olanalar) səhvlərini məhz belə yüksək mülahizə ilə izah edirik. Məsələn, biz Fəxri-Kainat Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bir neçə dəfə namazda səhv etməsi haqda belə düşünürük: "Ali aləmlərə açıq olan Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhi əlfü əlfi salatin və salam), kim bilir, hansı yüksək qayələr arxasınca düşmüşdü və namaz bir mənada o halətə nisbətən geri qalırdı". O (əleyhissalatu vəssalam) vəzifəsini meracdan belə üstün saymış, əlçatmaz məqamlara çatandan sonra vəzifəsinin başına qayıtmışdı. Əbdülqüddüsün merac haqqında dediyi sözlər bu həqiqəti qismən izah edir. O deyir: "Vallah Həzrəti Məhəmməd (əleyhissalatu vəssalam) əlçatmaza çatdı, gözlə görülməzi gördü. Elə yerlərə vardı ki, ora gedən bir insanın geri dönməsi mümkün deyil. Vallah, mən oralara getsəydim, geri qayıtmazdım!" Bir başqa Allah dostu isə bu iki mülahizəni dəyərləndirib belə deyir: "Vəli (övliya) ilə Peyğəmbər arasındakı fərq məhz budur!" Yəni vəli fəna-fillah, bəqa-billah, maallah yolunda yüksələ-yüksələ gedir, ancaq Peyğəmbər ucaldığı ən yüksək zirvədən insanlara əl uzatmaq, onları da oralara aparmaq üçün geri – bəşərin arasına qayıdır.
Həzrəti Ömərin namazdakı səhvini də eyni şəkildə izah etmək olar. Həzrəti Ömər (radiyallahu anh) namazını bitirdikdən sonra səhabələr ona namazda səhv etdiyini xatırladır. O isə İraqa ileyi-kəlimətullah uğrunda əsgər göndərdiyini deyir. Gördüyünüz kimi, bu böyük şəxsiyyətlərin həyatının hər anına hakim olan ileyi-kəlimətullah məfkurəsi namazın boşluqlarından belə ağıllarına sızırdı. Bu, dinə sahib çıxma istiqamətində böyük həssaslığın ifadəsidir. Din mövzusuna bu dərəcə həssas yanaşan bir insanın nə harama meyl etməsi, nə də fərzlərdə bir nöqsana yol verməsi mümkündür.
Xülasə, ibadətlərini saralıb-solmuş hislərlə və “yola vermə” düşüncəsi ilə yerinə yetirən bir camaatın ruhumuzun heykəlini yüksəltməsi və yenidən dirçəliş qəhrəmanı olması mümkün deyil. Əgər biz bir millət olaraq gözoxşayan, inşirah verən və insanı ovsunlayan bir ruh abidəsi yüksəltmək istəyiriksə, ilk öncə əlimizə bir balta götürüb öz mənlik abidəmizi yıxmalıyıq. Daha sonra isə bir daha dağılmasın deyə daşı dinin əmr və qadağaları, torpağı da Haqq Təalanın rizası olan bir abidə ucaltmalıyıq. Dolayısilə, "Qıl namazını, tut orucunu, qarışma heç kimin işinə!.." anlayışı qətiyyən doğru deyil və belə bir anlayışla ileyi-kəlimətullah vəzifəsini yerinə yetirmək qeyri-mümkündür.
- tarixində yaradılmışdır.