“Camaat” həbsxanaya girdi
Ankaranın ağır gündəminə vergül qoyub bir dəstə həmkarımla Keniyaya yola düşdük. Təyyarədə demək olar ki, bizdən başqa Türk yox idi. Əksəriyyəti Safari həvəskarları və Kilimancaronu görmək istəyən alpinistlərdi.
Keniya elə bir ölkədir ki, nə qədər yazırsan yaz, mövzu bitməz. Çünki nə gördüyünüzü, nə də eşitdiyinizə dünyanın başqa yerində rast gələ bilməzsiniz. Bu mövzuları başqa vaxta qoyub keçək bütün heyəti şok edən bir məsələyə.
Ümumiyyətlə bütün Afrika qitəsi kimi, Keniya da boğaza qədər yoxsulluq, səfalət, aclıq içindədir.
Həmçinin yenə də bütün Afrikada olduğu kimi, burada da cəmiyyətin bir təbəqəsi maddi nemətlər içində firavan yaşayırlar.
Paytaxt Nayirobi və məşhur turizm yerlərində lüks hotellər, nəqliyyat vasitələri və restoranları görə bilərsiniz. Ancaq təəssüf ki, bu məkanların yanında komalarda yaşayan yüz minlərlə afrikalı var.
Nairobidəki Kibaraya baş çəkdik.
Düz yeddi yüz min adam komalarda yaşayır və o qədər yoxsulluq içindədirlər ki, görməsəniz inanmazsınız.
Dediyim kimi, buradakı səfilliyi sözlə təsvir etmək mümkün deyil. Bir otaqlı komada yaşayan ailələr, küçələrə axan kanalizasiyanın çirkab suları, yarı ac-yarı tox gəzən uşaqlar ...
Adam öz insanlığından utanır buranın mənzərəsini görəndə.
Bura gəlməyimizin səbəbkarı Nayirobidəki Türk məktəbidir. Bildiyiniz kimi, ölkə xaricindəki Türk məktəbləri təkcə təhsillə məşğul olmur.
Həm də humanitar yardım fəaliyyətləri həyata keçirirlər.
Buna bənzər yardım fəaliyyələrinə çox şahid olmuşam, amma Kibarada gördüyüm mənzərəni təsvir etməyə söz tapa bilmirəm. Bu ançaq adanmışlıq şüuru ilə mümkündür.
1998-ci ildən bu ölkədə fəaliyyət göstərən Türk məktəbləri “Kimsə yoxmu” və yerli humanitar yardım təşkilatlar ilə birgə tədbirlər keçirirlər. Həmin günlərdə Almaniyadan yardım gəlmişdi, paylanmalıydı.
Məktəbin idarəçi və müəllimləri – könüllülər əllərində qida və təmizlik məhsullarından ibarət yardım paketlərini palçıqlı, çirkabla dolu küçələrdən keçib tanımadıqları insanların qapılarını döydülər.
Mən də bir jurnalist kimi maraq göstərib həmin evlərdən birinə, daha doğrusu komaya girdim. Mübaliğə olmasın, on saniyə dözə bildim, dərhal özümü çölə atdım.
“Bu insanlar burda necə yaşıyır” deyə soruşduğum müəllimlərdən biri “Çarələri yoxdur” dedi. Elektrik, su heç biri yoxdur. Ən böyük problem də, natəmizlikdir.
Bundan daha betəri isə, vəziyyətin düzələcəyi barədə zərrəcə ümidləri yoxdur.
Bəzi ailələr uşaqlarını yetimxanaya verirmiş, heç olmasa bir qab yemək yeyə bilsin deyə. Doqquz il burada olan və tez-tez bu məhəlləyə gələn izmirli bir müəllimin dediyinə görə, ömründə şokolad görməyən uşaqlar var burda.
Üç günlük macəralı Keniya səyahətimizin yarım saatlıq bu hissəsi bizi alt-üst elədi desəm, mübaliğə olmaz.
Türk məktəblərinin idarəçiləri ilə söhbətimizdə eşitdiyim fədakarlıqlar qarşısında baş əyməkdən başqa əlacım qalmadı.
Əvvəla bunu deyim, hər kəsin safari, macəra üçün gəldiyi bu torpaqlara sırf insanlığa xidmət üçün gəlmək ayrıca tərifəlayiq bir işdir.
Amma təkcə gəlmək bəs eləmir.
Bir də buraları, komalardakı insanları, palçıq içində yaşayan yoxsul insanları sevmək, onlara qucaq açmaq lazımdır...
Qabaqdan Qurban bayramı gəlir.
Hər kəs tətil və ya səyahətə hazırlananda, məktəb idarəçiləri Türkiyədən göndərilən qurbanları kəsib paylamağa hazırlaşır. Bayram ərəfəsində Türkiyədən iki yüzə yaxın könüllü gələcəkmiş.
Qurbanlar kəsiləcək, qablaşdırılacaq və minlərlə kenyalıya paylanacaq. Belə bir tədbir keçirməyə ayrı bir qabiliyyət lazımdır.
Sizə deyirəm, bu insalardakı xidmət eşqi qara Afrikada tarixin yenidən yazılmasına səbəb olacaq.
Məktəb idarəçiləri gördüyü işlə o qədər bütünləşiblər ki, söz aramızda qalsın, nələrdən danışdıqlarını heç özləri də fərqində deyillər. Sən demə müəllimlər təkcə məktəb açıb yardım paylamaqla məşğul olmurlarmış.
Yetimxanaları var, xəstəxanalar açmağı hazırlaşırlar. Ən maraqlısı isə, hal-hazırda iki həbsxanları var.
“Səhv eşitdim” deyə bir də soruşdum. Yox, səhv eşitməmişəm, iki həbsxanaları varmış “Camaat”ın.
Əlbəttə mülkiyyət olaraq deyil, məsuliyyət olaraq.
Paytaxtın göbəyindəki Kibaranın vəziyyəti belədirsə, həbsxanaların vəziyyətini heç ağlınıza da gətirə bilməzsiniz. Xeyriyyəçi insanların dəstəyi ilə məhkumlara yemək verir, Ramazan tədbirləri keçirirlərmiş.
Bunu da İslamiyyətin əmri olduğuna görə elədiklərini gizlətmirlər.
Keniya haqqında çox şey yazmaq olar.
Ancaq bunu bilirəm ki, on beşə ildir ki bu ölkədə olan bir ovuc Türk müəllimləri tarix yazır ...
- tarixində yaradılmışdır.