Anadoludan qlobal xidmətə

ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda “Gülən Fəaliyyəti” haqqında beynəlxalq konfrans keçirildi. Konfransda 26 ölkədən 21 məruzə təqdim edildi. “Yerli fəaliyyətlərdən qlobal xidmətə” adlı bu konfransda Fəaliyyətin Qərb dünyasının İslamı düzgün tanımasında böyük rol oynadığı vurğulandı. Fəaliyyətin Anadolu “hekayələrin”dən bəhs etməklə yanaşı, könüllülərin Fəaliyyətə qlobal mahiyyət qazandırmasından söz açdılar.

Dünyanın müxtəlif bölgələrində təşkil olunan “Gülən” konfransları silsiləsinin son halqası Amerikanın ən böyük şəhərlərindən biri olan Çikaqoda keçirildi. Fəxri Rəhbəri Fəthullah Gülən olan Niaqara Vəqfinin təşkilatçılığı və 11 Amerika universitetinin iştirakı ilə keçirilən konfransda Gülənin fikirləri və fəaliyyəti müzakirə edildi. Çikaqo Universiteti mərkəzi kompleksində təşkil edilən konfransda könüllülərin Anadolunun kiçik, təvazökar şəhərlərində başlayan bir fəaliyyətin qlobal bir hadisəyə çevrilməsi analiz edildi. Konfransın ilk məruzəsini Corctaun (Georgetown) Universitetinin nümayəndəsi prof. dr. Tomas Mişel (Tomas Michel) oxudu. Onun danışdığı xidmət əhvalatları böyük maraqla qarşılandı. Professor Mişelə görə təhsil könüllüsü Qaziantəpli Erol bəy və Malatyalı Oğuz bəyin ömür yolu, fəaliyyətləri və fədakarlığı bu qlobal fəaliyyətin mahiyyətini anlamaq üçün əhəmiyyətli ipucları verir.

Oğuz bəy Malatyada böyümüş ODTÜ-nü bitirdikdən sonra Qırğızıstana Türk məktəbinə müəllim işləməyə getmiş və bir qırğız müəllimə ilə ailə həyatı qurmuşdur. Türkiyədə yaxşı iş imkanları olsa da, ömrünü Qırğız gəncliyinin təhsilinə həsr etmiş bir könüllüdür. Erol bəy isə Qaziantəpdə orta səviyyəli bir iş adamıdır. Onun ömür yolu Vyetnamla kəsişir. Orada açılan Türk məktəblərinin sponsorlarından biri olan Erol Bəy bu günə qədər o məktəbə 600 min dollar maddi dəstək vermişdir. Xidmətin təməl dəyərlərindən biri olan ibadət və qulluq haqqında söz açan prof. Mişel Fəthullah Gülənin İslamdakı ibadət və qulluq anlayışına “übudiyyət”i, yəni qulluq şüurunu əlavə etdiyini ifadə edərək sözünə belə davam etdi: "Gülənə görə insanın xilası ibadətdədir. Lakin (o) qulluq şüuru və ibadət deyəndə təkcə bildiyimiz mənada İslam ayinlərindən bəhs etmir. O, ibadət və qulluq şüurunu müasir həyata tətbiq etmişdir. Qırğızıstandakı məktəbdə müəllimlik etmək və Vyetnamdakı xidmətə maddi dəstək göstərmək də bir ibadət və qulluq sayılır. Bunlar Erol və Oğuz bəyin ibadətinə əlavə olunur."

Məruzəsinə Fəaliyyətlə bağlı baş vermiş hadisələri əlavə edən məruzəçilərdən biri də Texas The Incarnate Word Universitetinin əməkdaşı prof. Marta An Kirk (Martha Ann Kirk) idi. Onun araşdırdığı bölgə isə Şimali İraq və orada həyata keçirilən fəaliyyətlərdir. Şimali İraqda 15 məktəb və 2 xəstəxananın fəaliyyət göstərdiyini deyən prof. Kirk məktəblərdə müəllimlik və ya bəllətmənlik edən İraqlı gənclərin başına gələnləri dinləyicilərlə bölüşdü. Onlar müharibədə yaxınlarını itirmiş, ailələri dağılmış faciə ilə üzləşən insanlardır, bu onların ortaq taleyidir. Bu qədər təhlükəli bölgələrə qorxmadan, cəsurcasına gedən könüllüləri “mənəvi yanğın söndürənlər” saydığını vurğulayan prof. Kirk "Məktəblər o bölgələrə həm şəfqət və mərhəmət yayır, həm də o məktəblərdə işləyən Kürd və Türkmən uşaqlarının həyatda görə bilmədiyi şəfqət və mərhəməti öz xalqının övladlarına göstərməsi üçün zəmin hazırlayır,"  - dedi.

Con Karrol (John Carroll) Universitetinin əməkdaşı prof. Zeki Sarıtoprak isə akademik dairələrdə çox da gündəmə gətirilməyən bir mövzuya təmas edərək Gülənin peyğəmbər sevgisindən bəhs etdi. Bildirdi ki, Xocaəfəndinin bu cəhətini ən gözəl şəkildə “Sonsuz Nur” kitabı və “Mədinənin Gülü” adlı şeiri əks etdirir. (Zafer Özcan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.