Cefroy: ““Hizmət Hərəkatı” yeni bir dünya inşa edir”
Dünya şöhrətli təsəvvüf alimi, professor Erik Cefroy (Eric Geoffroy) “Hizmət Hərəkatı”nın geniş tanınması həm dünya, həm də müsəlman aləmi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Seneqalın paytaxtı Dakarda keçirilən “Qloballaşan dünyada ortaq dəyərləri tapmaq: Gülən Hərəkatının töhfəsi” sərlövhəli konfransda “Sufizm və qloballaşma” adlı məruzə ilə çıxış edən professor “Hizmət Hərəkatı” haqqında fikirlərini Zaman Fransa qəzeti ilə bölüşüb.
Seneqalda “Hizmət Hərəkatı” haqqında keçirlən konfransa bir məruzə ilə qatılmısınız. “Hizmət Hərəkatı” və Hərəkatın Afrikaya verdiyi töhfələr haqqında nə düşünürsünüz?
Gün keçdikcə “Hizmət Hərəkatı”nın adını daha çox eşidirik. Bəzən Hərəkat haqqında mənfi fikirlər də hallanır. Ancaq hərəkatda tanışlarım var, ona görə də “Hizmət Hərəkatı”nın nə olduğunu və neyləmək istədiyini bilirəm. Məsələn, Seneqala bir çox ölkədən dəvət olunmuş qonaqlar gəlmişdi. Seneqal Baş Nazirinin tədbirin açılış mərasiminə iştirak etməsi, həmin axşan yemək ziyafətinə qatılması “Gülən Hərəkartı”nın Seneqalda əldə etdiyi nailiyyətlərin, qazandığı rəğbətin bariz sübutudur. “Təsəvvüf” və “qloballaşma” mənim üçün vacib məfhumlardır. Ancaq görəsən, qloballaşma prosesi həqiqətən də, hər kəsin lehinə işləyir? Qloballaşmanın özü ilə birlikdə gətirdiyi ağır nəticələri də var. Əvvəllər bunu hiss etmirdik, amma indi bu kimi şeylər hər kəsə məlumdur. Hər şeydən əvvəl qloballaşmanın iqtisadi yönü var, qloballaşma maliyyə sitemləri ilə, materialist, liberal sistemlərlə paralel şəkildə gedən bir prosesdir. Qloballaşma prosesinin içindəyik, elə isə bu gedişatın müsbət nəticələnməsi üçün bizim də qatqımız olmalı, məhz bu nöqtədə Hərəkatın böyük rolu və əhəmiyyəti var. “Hizmət Hərəkatı” merkantilist qloballaşmanın, maliyyə qloballaşmasının əvəzinə, mənəvi və etik qloballaşma mödelini təqdim edir. Sufi camaatların ümumi şüurlanmasına şahid oluram. Modern pozitivist dünyanın ömrünü tamamladığını düşünürəm. Gülən çox böyük bir şeyi təmsil edir, bütün dünyaya xidmət etmə düşüncəsini daşıyan Fəthullah Gülən kimi insanlar çox azdır. Bu insanlar nəyin nə vaxt gələcəyini görürlər, hər şeyi birbaşa açıqlamasalar da, bir dünyanın sonunu görüb yeni dünyaya zəmin hazırlayırlar. Yardımsevər, həmrəy, əxlaqlı və mənəvi dəyərlərə söykənən yeni bir dünya... Məncə, bu “Hərəkat” kökündə paylaşmaq anlayışı dayanan, əxlaqi və mənəvi dəyərlər əsasında qurulan yeni bir dünya inşa edir.
Gülən Hərəkatının çox təqdir etdiyim bir xüsusiyyəti var. İslami dəyərlərə mükəmməl şəkildə sahib çıxır və mənəvi dəyərləri əsas götürür. Bu dəyərlər onlar üçün nə bir şüar, nə də bir ideologiyadır. “Hərəkat”ın əsasında mənəvi dəyərlar dayanır. Bu xüsusiyyətindən dolayı həm mənim, həm də Seneqal xalqının rəğbətini qazanıb. “Hərəkat” şəffaf olmalı və qapalı bir sistem olmadığını daya aydın şəkildə göstərməlidir. Çünki “Hizmət” kimi hərəkatlar İslami dəyərlərini gizlətsələr, Qərb dünyasında formalaşan İslami imicindən fərqləri olmayacaq. Yəni cihada əsaslanan İslami modeldən. Təəssüf ki, bəzən müsəlman dünyasında ifrat ideoloji kəsimlərlə və yanaşma tərzi ilə qarşılaşırıq. Bütün bunları nəzərə alanda, “Hizmət”in İslami vizyonu əhəmiyyət kəsb edir və belə də davam etməlidir, yəni şüarsız-zadsız...
“Cihadçılıq” və sələfiliyin həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Bu insanlar İslam haqqında çox şey bilmir, çünki İslama baxışları bulanıq və müəmmalıdır, İslamı düzgün başa düşmürlər. “Cihadçılıq” düşüncəsini müdafiə edərək dinlə heç əlaqəsi olmayan mövqe nümayiş etdirirlər. Hazırkı dövr keçid dövrüdür, ağrılı-acılı bir dövrdür, amma mənə elə gəlir, yaxında çox gözəl şeylər olacaq. O vaxta qədər də bəşəriyyət çətin bir mərhələdən keçəcək, bəlkə də, bu mərhələ çox çəkməyəcək, amma müəyyən fasilələrin olması da mümkündür.
Məhz bu mərhələdə düzgün hərəkət etmək üçün daha əlverişli metodlardan faydalanmaq lazımdır. Məhz “Hizmət Hərəkatı” da ilk gündən bəri çox əhəmiyyət verdiyi təhsil modeli ilə ən doğru yolu tapmışdır. Dünyanın dəyişməsində təhsilin ən vacib amil olduğuna inanırlar. Məncə də, dünyanı dəyişdirmək istəyirsinizsə, məhz bundan başlamalısınız. Yeni və dürüst bir nəsli isə ancaq və ancaq düzgün təhsil qəlibi ilə yetişdirmək mümkündür. Möhtərəm Fəthullah Gülən bunu çox yaxşı bilir. Bunu bildiyinə görə də təhsilə və gənc nəslə bu qədər əmək verir. “Hizmət Hərəkatı”nın bu sahədəki təsir gücü bütün dünyada özünü göstərir. Fəthullah Gülən dövrün tələbatına görə hərəkət edir, eynilə Səid Nursi kimi. Fikrimcə Səid Nursi və Fəthullah Gülən eyni, yəni bir mənada bir-birinin davamıdır. Eyni mehvərdə olsalar da, fərqli dövrlərlə ayaqlaşırlar. Gülən də Səid Nursi kimi mənəvi liderdir. Ona görə də, Hərəkatın hardasa bir əsrlik tarixçəsi var. Məncə, Gülən bu böyük və geniş Hərəkatı öz şəxsiyyətinə aid etməmək üçün böyük əmək sərf edir. Türkiyədə olanda da çox böyük uğurlara imza atmış bir insandır, tükənməz enerjisi var, ixlaslıdır, səmimi, çox sadə yaşayır. Hərəkat bir neçə ilə belə böyümüşsə, demək, arxasında mütləq mənəvi bir şey dayanır.
Hərəkatın geniş yayılmasının sizcə səbəbləri nələrdir?
Bunun bir cavabı var: Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin ixlası. Bununla birlikdə Fəthullah Gülənin Amerikada yaşamasını əhəmiyyətli görürəm. Türkiyəyə qayıtması çətin görünür, amma ABŞ-da daha sərbəstdir. Dünyanın ən dinamik bölgələrindən birində yaşayır, müasirliyin içində yaşayır. Yəni Şərq-Qərb dilemması ilə üzləşmir. Əxlaqi bir hərəkat rəhbərinin Qərbdə, yəni ABŞ-da yaşaması mənim üçün çox maraqlı hadisədir.
Hər kəsimin bu dialoq və sülh fəaliyyətlərindən faydalanması üçün hansı işlər görülməlidir?
Hərəkat fikirləri zorla yeritməyin əleyhinədir, buna çox diqqət edir. Siyasi hərəkatlar din üçün böyük təhlükə sayıldığı üçün siyasi görüş və yanaşmalardan uzaq dururlar, durmalıdırlar da. İnsanların qəlbini fəth etmək üçün fikirlər tutarlı və məntiqli olmalıdır, əks halda qarışıqlıq meydana gələr. “Hizmət Hərəkatı”nın məktəblərində şagirdlərə xüsusi pedaqoji yanaşma tərzi var. Bunu ümumiləşdirib böyüklərə də göstərməlidirlər. Müsəlman dünyasının axtarış içində olduğu bir dövrdə “Ərəb baharı” ortaya çıxdı. Türkiyədə müasilik, dünyəvilik və dindarlığın birgə mövcud olması Ərəb ölkələri üçün bir nümunə təşkil edir. İnsanlar artıq bir-biri ilə uzlaşır. Türkiyə inkişaf edən və dinamik bir ölkədir. Jak Şirak on il əvvəl Türkiyənin AB üzvlüyünü dəstəkləyirdi. Hətta “Türkiyə AB-yə daxil olacaq” deyirdi. O, bunu bunu təbii bir hadisə hesab edirdi. Türkiyə on il, on beş il sonra doxsan milyon əhaliyə malik müsəlman Avropa ölkəsinə çevrilə bilər. Bununla yanaşı, iqtisadi yönünü düşünün, bir tərəfdə AB-yə üzv ölkə Yunanıstan batır, Türkiyə isə heç kimdən yardım almadan inkişaf edir.
Sizcə, bu Hərəkatın İslam və müsəlman pedaqogikasına və təhsil anlayışına faydaları varmı?
Gülən Hərəkatına aid məktəblər mükəmməl təhsil almış insanlar tərəfindən idarə edilir. Ancaq təkcə müsəlman dünyası üçün deyil, digər ölkələr üçün də pedaqoqlar yetişdirmək lazımdır. Daha geniş halqa meydana gətirilməlidir. Bu genişlik Hizmət üçün zənginlikdir. Əks halda Hizmət fəaliyyət sahəsini daraltmış olar. Ağlımda bir sual var, bir fransız olaraq verdiyim sual: bu Hərəkat daha çox Türk kimliyi daşımır ki? Çünki bir dövlətə bağlıdırsa və dövlət şovinistsə, bu, bir problemə çevrilir. Yəni hazırkı Türkiyə olduqca millətçidir. Başqa ölkələrdə də buna şahid oluruq, ancaq Qərbdə millətçilik daha azdır. Biz ilk öncə Hərəkatı anlamaqda çətinlik çəkdik. Türkiyədə səfərdə olanda türklərin çox yaxşı təşkilatlandığını müşahidə etdim. Strasburda Hərəkatla müştərək işlərimiz oldu. Bu təhsil və dialoq fəaliyyətlərindən müsəlman, yaxud qeyri-müsəlman cəmiyyətlərin faydalanması həm onlar üçün, həm də Hərəkat üçün çox səmərəli olar.
Erik Cefroy kimdir?
1956-cı ildə Belforda dünyaya gələn fransız filosof və sufist professor Erik Cefroy İslamiyyət və sufizm mövzusunda bir sıra kitab və məqalələrin müəllifi olub bir çox ölkədə onlarla konfransa qatılmışdır. Türk dilinə də tərcümə olunan “Sufizmə giriş” adlı kitabı ABŞ-da mükafata layiq görülmüşdür. Fransız alim Strasburq Universitetindən başqa, Barselona Katalon, Lüven Universitetlərində də (Belçika) dərs deyir.
- tarixində yaradılmışdır.