Hərəkatın iqtidarda gözü yoxdur
Ortaya atılan “xidmət hərəkatı iqtidara şərik olmaq istəyir” iddiası fəxri sədri Fəthullah Gülən olan Jurnalistlər və Yazarlar Vəqfi tərəfindən təkzib edildi: "”Xidmət” AK Partiyadan bütün Türkiyə xalqının mənafeyindən başqa heç bir şey gözləmir. Siyasi iqtidara şərik olmaq kimi bir məqsədi qətiyyən yoxdur."
Fəthullah Gülənin fəxri sədri olduğu Jurnalistlər və Yazarlar Vəqfi “Xidmət hərəkatı” haqqında gedən müzakirələrə əhatəli açıqlama verdi. Vəqfin rəsmi saytında verilən açıqlamada “Xidmət hərəkatı”nın siyasi partiyalarla əlaqəsindən "dövlətdə təşkilatlanma" iddiasına, mətbuat azadlığına münasibətindən MİT (milli təhlükəsizlik qurumu) məsələsinə qədər bir çox mövzuya aydınlıq gətirdi. “Xidmət”in sivil bir hərəkat olduğu və heç bir rəsmi planın, siyasətin yaxud da “ajanda”nın bir parçası, tamamlayan hissəsi olmadığı vurğulandı, o cümlədən iqtidara münasibəti və təmənnası "ötən on ildə olduğu kimi, demokratikləşmənin gücləndirilməsi və bəzi qurumların qaranlıq nüfuzunun qırılması siyasətinə davam etmə" şəklində izah edildi. "İqtidara şəriklik" iddiası qətiyyətlə rədd edildi: "”Xidmət” AK Partiyadan bütün Türkiyə xalqının mənafeyindən başqa heç bir şey gözləmir. “Xidmət”in Türkiyə demokratiyasının inkişafında geniş kütlələri hərəkətə gətirməsi tarixin axarı sayəsində mümkün olmuşdur. Böyük kütlələr üzərində təsirə malik hərəkat başda Kürd problemi və bəzi vacib AB islahatlarının reallaşması olmaqla bir sıra məsələlərin həllində siyasətin geniş hərəkət sahəsini meydana gətirmişdir. Ancaq siyasi iqtidara şəriklik və ya siyasi iqtidar olma kimi bir məqsədi yoxdur".
Jurnalistlər və Yazarlar Vəqfinin açıqlaması:
Ümumbəşəri dəyərləri müdafiə edən “Xidmət” sivil hərəkatdır
“Xidmət” inancdan ilham alan, ümumbəşəri insani dəyərlər çərçivəsində birgəyaşayış mədəniyyətini qurmağa çalışan könüllülərdən ibarət sivil sosial hərəkatdır. Bir sivil hərəkat olaraq heç bir rəsmi layihənin, siyasətin yaxud “ajanda”nın bir parçası, tamamlayan hissəsi, yaxud da buna bənzər bir faktor deyil. Habelə bu sivil hərəkat nə bir siyasi “ajanda”nın, nə də partiyanın əleyhdarıdır. “Xidmət”ə könül verənlər zorakılıq və terror kimi ümumbəşəri hüququn rədd etdiyi üsullara əl atmayan bütün siyasi hərəkatlara demokratik baxımdan hörmətlə yanaşır. “Xidmət”in siyasi partiyalara münasibətini müəyyənləşdirən dəyərlərin çərçivəsi bunlardan ibarətdir: Demokratikləşmə, dini azadlıqların təmin olunması, başda Avropa Birliyi olmaqla beynəlxalq standartları əldə edilməsi, hüququn üstünlüyü, insan azadlığı və hüquqlarının təmin olunmasına çalışma və bu məqsədə xidmət edən siyasi partiyalara həmişə olduğu kimi, vətəndaşlıq borcu olaraq dəstək vermək. Bu hərəkata könül verən insanlar Türkiyənin demokratikləşməsi ilə bağlı əsas məsələlərdə həmişə ümumbəşəri standartların tərəfdarı kimi çıxış etmişdir. “Xidmət” din azadlığı, Kürd dilinin sərbəstliyi, dini azlıqların hüququ, AB üzvlüyü, mülki konstitusiya kimi əsas məsələlərin hər birində Türkiyədə demokratiya tələbinin standartları ilə paralel getmişdir.
Təhlükəsizlik və məhkəmə işçilərini camia ilə qəsdən əlaqələndirirlər
Bəzilərinin AK Partiya və “camaat” böhranı kimi gündəmə gətirdiyi və MİT-Məhkəmə arasındakı gərginliklə izah etməyə çalışdığı bu məsələ tamamən “Xidmət”in maraq dairəsi xaricindədir. Əksinə “Xidmət” bu məsələdə heç bir tərəf tutmur. Ancaq bu da danılmaz fakdır ki, dünən olduğu kimi, bu gün də qanun çərçivəsində vəzifəsini yerinə yetirməkdə məsul olan təhlükəsizlik və məhkəmə mənsubları qəsdən camia ilə əlaqələndirilir. İnsanlara gördüyü işlərin keyfiyyəti və təmsil etdiyi dəyərlər deyil, sırf şəxsiyyəti, rəngi, məzhəbi və dini inancları baxımından qiymət vermək həm təhlükəlidir, həm də gerilik.
Dövlət müəssisələrində “Xidmət” hərəkatına könül verən insanların olması təbii haldır
Fəthullah Gülən Türkiyənin doğma tarix və mədəniyyətinin məhsulu olan bir düşüncəni təmsil edir. Dolayısilə toplumumuzun hər kəsimindən insanların bu dəyər və prinsiplərə könül verməsi, dəstək olması onların haqqıdır və bunda heç bir qeyri-qanunilik yoxdur. Bu baxımdan dövlət müəssisələrində də “Xidmət hərəkatı”na könül verən insanların olması təbii haldır. Qaldı ki bir vətəndaşın qanuni yolla öz dövlətində vəzifə tutmasını “dövləti ələ keçərmə” və ya ”sızma” kimi qiymətləndirmək insafsızlıqdır.
“Xidmət”ə görə mətbuat azadlığı söz azadlığının əvəzolunmaz parçasıdır
Yaxın vaxtlarda Fəthullah Gülən belə bir açılqlama vermişdi: "Söz və mətbuat azadlığının inkişafının tərəfdarıyam. Fikirlərimiz bir-birinə tamamilə zidd olsa da, başlarına gələn hadisələri –haqsızcasına- məndən bilsələr də, onların da düşüncə, fikir və söz azadlığından sərbəst istifadə etməsinin tərəfdarıyam”. “Xidmət” açıqlamada da göründüyü kimi, mətbuat azadlığını söz azadlığının əvəzolunmaz parçası kimi görür və daha da inkişaf etməsinin tərəfdarıdır. Unutmayaq ki, Türkiyədə mətbuat azadlığından yararlanan bəzi insanlar “Xidmət”i sistemli şəkildə tənqid edirlər. İctimaiyyətdə cərəyan edən, demək olar, hər bir mübahisəli məsələdə “Xidmət”in də adı hallandırılır. Məsələnin nə qədər tragikomik bir səviyyəyə çatdığını görmək istəyənlər keçmişdə “Xidmət”i tənqid edənlərin belə “Gülənə yaxın adamlar” kimi təqdim edildiyini xatırlasın. Acınacaqlı haldır ki, “Xidmət”ə könül verən insanlar haqqında şübhəyə zəmin hazırlayan bu tənqidlər heç bir konkret dəlil, ünvan, yaxud da ada istinad etmir. Müxtəlif yerlərdə “Xidmət”in “dövlətə sızmış bəzi insanlar vasitəsilə intiqam almaq üçün jurnalistlərə hücum çəkdiyini” iddia edənlər bu ittihamı ədalət qarşısında isbatlamağa və haqqını tələb etməyə borcludur.
- tarixində yaradılmışdır.