Hindistan müsəlmanları "Sonsuz Nur"la "müsbət hərəkət"i seçdi
Dünyada hələ də zorakılıq davam edir. Hindistan alimləri müsəlmanların bu hadisələrə “müsbət hərəkət”lə cavab verməyin zəruriliyini vurğulayaraq bu məqsədlə gənclərə Peyğəmbərimizin (s.ə.s.) həyatını "Sonsuz Nur" kitabından öyrətməyə qərar verdi.
Ötən aylarda Peyğəmbərimiz haqqında çəkilən mənfur film İslam dünyasında zorakılıq hadisələrinə təkan vermişdi. Liviyanın Binqazi şəhərində meydana gələn etiraz aksiyalarında isə ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens (J.Christopher Stevens) və həmkarı öldürülmüşdü.
Bu və bu kimi hadisələrdən sonra fikir mübadiləsi aparan Hindistan alimləri bir müsəlmanın dinc yolla etiraz bildirməsinin zəruriliyini yekdilliklə qəbul edərək bunu gənclərə öyrətməyə qərar veriblər.
Hindistan müsəlmanlarının fətvası: “müsbət hərəkət”
Hindistanın qabaqcıl İslam universitetlərindən biri, eyni zamanda fətva mərkəzi sayılan Darul-Ülum-Deobandinin rektoru Məhəmməd Salim Qasımi Fəthullah Gülən Xocaəfəndinin “müsbət hərəkət” fikrini gənclər arasında yaymaq istədiklərini açıqladı. Türkiyə gəzintisində gördüyü yeni nəslin onu çox sevindirdiyini deyən Qasımi Gülənə könül verənlərin başlatdıqları Hizmət hərəkatının “müsbət hərəkat”a ən gözəl nümunə olduğunu dilə gətirdi.
Hindistanda "Sonsuz Nur"dan imtahan fikrini irəli sürənlərdən biri olan Qasımi İslam dünyasının geridə qalmasının səbəbinin cahillik və Peyğəmbərimizi (s.ə.s.) layiqincə tanımamaq olduğunu bildirərək “müsbət hərəkət”in qaynağının Allah Rəsulu (s.ə.s.) olduğunun vurğuladı. İmtahana olan bu böyük marağın isə gənc nəslin Peyğəmbərimizi tanımaq həvəsindən qaynaqlandığını söyləyən Qasımi Xocaəfəndinin “Sonsuz Nur” əsərinin gənclərə Allah Rəsulunu (s.ə.s.) sevdirdiyini söylədi.
Peyğəmbərimizi yaxşı tanımadığımıza görə geri qalmışıdq
Darül-Ülum Deoband Universitetinin rektor müavini, həmçinin hədis müəllimi Məhəmməd Süfyan Qasımi "Sonsuz Nur" imtahın layihəsinin təşkilatçı komitəsinin üzvüdür. "Sonsuz Nur" kitabını hədis alimləri ilə ingilis, urdu və hind dilində mütaliə etdiklərini deyən Süfyan Qasımi Xocaəfəndinin əsərinin Peyğəmbərimizin (s.ə.s.) həyatını gənc nəslə sadə dil, gözəl üslub və təfərrüatı ilə izah etdiyini söylədi. Belə bir təşkilata üzv olmaqdan məmnun qalan Qasımi qeyd etdi ki, Hindistanda müsəlmanların, xüsusilə gənclərin imtahana göstərdiyi maraq hind müsəlmanlarının "müsbət hərəkəti" seçdiyini göstərir.
Hindistanın ən böyük mədrəsəsi
1866-ci ildə Məhəmməd Qasım Nanutevi tərəfindən qurulub Deobandiyə hərəkatının nəzdində açılan Darül-Ülum Deobandi Universiteti hazırda Hindistanın ən böyük mədrəsəsi olmaqla yanaşı, müasir təhsil də verən ali təhsil ocağıdır. Nəzdində minlərlə mədrəsə fəaliyyət göstərən Deobandi Universitetinin vəqf heyəti həmçinin 200 milyon Hindistan müsəlmanlarının fətva mərkəzi sayılır. Hindistan qanunlarına görə ailə hüququ dinlərə əsaslanır. Müsəlman Hüquq Şurasının bir çox üzvü eyni zamanda Deobandın heyətinə daxildir. (Osman Ünalan)
- tarixində yaradılmışdır.