“Könüllülər”lə dünya çiçəklənəcək
İndoneziyanın paytaxtı Cakartada müsəlman dünyasının ilk və tək Fəthullah Gülən Kürsüsü 29 martdan 6 aprel tarixinə qədər “Amerika Müsəlmanlarının Üzləşdiyi Çətinliklər və İmkanlar: Amarikada Gülən Hərəkətinin Fəaliyyətləri” sərlövhəli silsilə şəklində konfrans təşkil etdi. İndoneziyanın tanınmış universitetlərində ölkənin elm xadimləri və tələbələrə verilən seminarlar böyük maraqla qarşılandı.
Fəthullah Gülən Kürsüsü başda İndoneziyanın ən nüfuzlu universiteti “İndoneziya Universiteti-UI” ilə yanaşı, yeddi universitetdə də seminar təşkil etdi. Seminarın məruzəçisi doktoranturasını “University of Texas” da bitirən, bir qədər “Oklohoma Dövlət Universiteti”ndə də fəaliyyət göstərən sosioloq prof. Margaret A. Johnson idi. Cakarta, Jogjakarta, Bandung və Banda Ache şəhərləri Dövlət İslam Universitetlərində, Semarang şəhəri UNDIP Universitetində və Cakarta “Muhammədiyyə Universitet”ndə keçirilən seminarlara böyük maraq göstərildi.
Prof. Johnson çıxışında xüsusən Amerkadaki din azadlığına təmas edərək bunun qanuni bir haqq olduğunu vurğuladı. Daha sonra Gallupun statistik göstəricilərinə əsasən Amerika müsəlmanlarından ümumi məlumat verdi. Xüsusən də 11 sentyabr hadisəsindən sonra müsəlmanların məruz qaldığı sıxıntılardan danışdı. Buna baxmayaraq Amerika xalqı öyrənməyə və dinləməyə hazır olduqlarını bir neçə əhvlatla dilə gətirdi.
Həmçinin dialoqun əhəmiyyətinə təmas edən prof. Johnson bir-birini tanımayan insanların bir-birini başa düşməsi, sülh və əmin-amanlıq içindı yaşaması mümkün olmadığını, hətta tanımdığına düşman kəsiləcəyini və qarşıdakıdan qorxacağını ifadə etdi. Johnson qloballaşan dünyada hər kəsin bir-birini dinləməyə və anlamaya ehtiyac duyduğunu bildirdi. Xüsusən Vaşinqton bölgəsində fəal olan Rumi Forumunun müxtəlif din və mədəniyyətdən insanlar arasında keçirdiyi dialoq fəaliyyətlərinin təqdirəlayiq olduğunu bidirən Johnson, hər kəs dünyada sülh və əmin-amanlıq üçün əlindən gələni əsirgəməməlidir, dedi.
Ardınca Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin, xüsusilə, dialoq ideaları haqqında məlumat verərək bu hərəkətin bütün bəşəriyyət üçün böyük işlər gördüyünü vurğuladı. Xüsusən Amerikada 11 sentyabr hadisəsindən sonra “Terrorist müsəlman ola bilməz, müsəlman terrorist deyildir” şəklindəki açıqlarmaları ilə, dialoq fəaliyyətləri ilə, iftar yeməkləri, seminar, konfranslar, panellər və gəzintilərlə Amerika xalqında müsbət rəyin formalaşmasına zəmin hazırladı. Prof. Johnson çıxışında Gülən hərəkətinin heç bir gizli, siyasi məqsəd daşımadığını, ümumbəşəri dəyərlər üçün böyük işlər gördüklərini vurğuladı.
Seminarlar barədə məlumat verən Gülən Kürsüsünün rəhbəri prof. Ali Ünsal isə belə dedi: “Kürsümüzün əsas məqsədi müxtəlif mövzularda mütəxəssiləri dəvət edərək seminar, konfranslarla fikir mübadiləsi aparmaqdır. Məhz buna görə prof. Margaret A. Jonson xanımı İndoneziyaya dəvət etdik.
Düzünü desək, İndoneziya İslami anlayışın müasir dünyaya adaptasiyası istənilən səviyyədə deyil. Dolayısilə, bu seminarlar İndoneziyaya dünyadaki inkişaf və fəaliyyətlərdən xəbərdar edəcək. Seminarlara göstərilən böyük maraq bizi çox sevindirir. Seminarlarımız, ümumiyyətlə uğurlu keçdi. Bununla yanaşı, prof. Johnson seminar verdiyi hər şəhərdə oranın qeyri-hökümət təşkilatları ilə də görüşlər keçirdi. Bəzi universitetlərin rektorları ilə görüşüb fikir mübadiləsi aparıldı. Bir neçə universitetdən işbirliyi təklifləri gəldi. Gələcək üçün bu fəaliyyətlərin böyük əhəmiyyət daşıdığına inanıram. Fəthullah Gülən Xocaəfəndinin müasir dövrə işıq saçan fikirlərinə hər yerdə oluduğu kimi, İndoneziyada da böyük ehtiyac var. Ümid edirəm ki, seminarlar çox faydalı olacaq”.
Səkkiz günlük seminardan sonra prof. Johnson isə hislərini belə dilə gətirdi: “İndoneziyaya dəvət almaqdan və belə faydalı fəaliyyətlərdə iştirak eməkdən böyük sevin duyuram. Bir az yorucu keçsə də, mən bundan çox məmnunam. Silsilə şəklində seminarlarımız oldu. Hər yerdə istəkli və maraq duyan insanlar gördüm. Gənc iştirakçılar məni sual yağışına tutdu. Bəzi suallardan Amrikanı yaxşı tanımadıqlarını və məlumatlarının yalnız televiziya ilə məhdud oladuğunu gördüm. Onlara eyni şeyin amerikalılarda müsəlman və İslama qarşı olduğunu dedim. Yəni hər kəs bir-birini medya yolu ilə tanıyır. Qənaətimcə bu məlumatlar sağlam və kifayət deyil. Hər kəs bir-birini daha yaxından tanımalıdır. Bu da dialoqla mümkündür. Bu mənada Fəthullah Gülənin dialoq təşviqlərinə çox əhəmiyyət verirəm.
Gülən müasir dövrü çox gözəl dərk edən, İslami elmlərə vaqif, könlü əngin, nitqi və qələmi çox güclü bir İslam alimi və mütəfəkkirdir. Bütün bəşəriyyətin bu xəzinədən istifadə etməyə haqqı çatır. Düzünü desəm, mən bir sosioloq kimi çox sual verən, yeri gələndə kəskin tənqid edən insanam. Ancaq Möhtərəm Fəthullah Gülənə könül verənləri görəndən sonra mənim həyatımda da müsbət dəyişmələr oldu. Onlar çox səmimi, fədakar, kübar və təvazökar insanlardır. Fəaliyyətlərini yaxından təqib edirəm və əlimdən gəldiyi qədər mən də kömək eləməyə çalışıram. İnanıram ki, könüllülərlə dünya bir gün çiçəklənəcək və işıqlı gələcəyə hamımız birgə gedəcəyik”.
İndoneziyadan sonra prof. Johnson Malaziya və Sinqapurda da seminarlar verdi. Sinqapur İslam Alimləri Məclisində (MUIS) keçirilən seminara çox sayda elm xadimi iştirak etdi. Hərarətli keçən seminarın sual-cavab bölümündən sonra MUIS Akademiya dekanı prof. Albakri Ahmad və Sinqapur Dövlət Universitetində (NUS) sosiologiya üzrə professor və Malay Elmlər üzrə kafedra müdüri Farid Alatas seminarın çox faydalı keçdiyini ifadə edərək təşkilatçı heyətə təşəkkürlərini bildirdilər.
- tarixində yaradılmışdır.