Madaqaskarda “Birgəyaşayış sənəti” adlı simpozim keçirilib
Madaqaskarda “Birgəyaşayış sənəti” adlı simpozium keçirilib. Madaqaskar Ravinala Mədəniyyət və Dialoq İnstitutu və Antananarivu Dövlət Universitetinin birgə təşkil etdiyi simpozim 30 sentyabr – 1 oktyabr 2013 tarixləri arasında Antananarivu Dövlət Universitetinin binasında keçirilib.
Madaqaskar Antananarivu Dövlət Universitetinin konfrans salonunda keçirilən simpoziuma Türkiyənin Antananarivu səfiri Artəmiz Sümər, Antananarivu Dövlət Universiteti rektoru Reymanoelina Panja (Ramanoelina P.), Cənubi Afrika Turkuaz Dialoq Mərkəzi müdiri Ayxan Çətin, millət vəkilləri və çox sayda elm adamı iştirak edib.
Simpoziumda Madaqaskar Dinlərarası Dialoq Platformu kordinatoru Nahoda Amana, Katolik Universiteti prorektoru professor Ratonqavao Çarlez Reymond (Ratongavao Charles Raymond), Madaqaskar sabiq təhsil naziri Aristayd Velompanahi (Aristide Velompanahy), sabiq mədəniyyət naziri Sileyvina Releyndimbi (Tsilavina Ralaindimby), Ankatso Universiteti Ədəbiyyat fakültəsi dekanı Riçard Reneyrivoni (Richard Ranarivony) məruzə oxuyublar.
Simpoziumun açılışında çıxış edən səfir Artəmiz Sümər dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Türk Məktəblərinin dünya sülhünə verdiyi töhfələrdən söhbət açaraq Madaqaskarda fəaliyyət göstərən Ravinala Mədəniyyət və Dialoq institutunun gördüyü işlərə görə təşəkkürünü bildirib. Türkiyənin çox böyük bir tarixə malik olduğunu bildirən Sümər bu coğrafiyada fərqli xalqların sülh və əminamanlıq içində birgə yaşadıqlarını açıqlayıb.
Birgəyaşayış, dialoq və qarşılıqlı xoşgörünün əhəmiyyətinə toxunan Antananarivo Universiteti rektoru Reymanoelina çıxışında: “Ravinala Mədəniyyət və Dialoq institutuna çox təşəkkür edirəm. Madaqaskarda 18 etniq qrup yaşayır. İslam və xristianlıqla yanaşı, bir çox animizm dinlərinə sitayiş edən etniq qruplara baxmayaraq sülh şəraitində ömür sürürlər. Dünyada terror hadisələri geniş yayılıb. Madaqaskarda bu kimi şeylərlə qarşılaşmasaq da, gənc nəsli yaxşı yetişdirməliyik”, - deyib.
Turkuaz Dialoq Mərkəzi müdiri Ayxan Çətin Afrika qitəsində gedən dialoq fəaliyyətlərindən söhbət açıb. Son vaxtlar dini don geydirərək törədilən terror hadisələrinə də toxunana Çətin Fəthullah Gülən Xocaəfəndinin terraktlar haqqındakı fikirlərini oxuyub.
“Suriyadan Pakistana, oradan Kenyaya qədər geniş bir coğrafiyada ən vəhşi, ən qəddar hadisələr baş verir və bu hadisələr İslamın adı ilə bir araya gətirilməyə çalışılır. Yəni “Quranın əmridir”, - deyib baş kəsirlər, məscidləri, kilsələri bombalayırlar. Müsəlmanlar arasında bu cür terror hadisələrinin baş verməsi hansı səbəblərə bağlıdır, necə izah edilə bilər? Zahirən müsəlman kimi görünən bəzi kimsələrin əli ilə “Allah adına çalışırıq” deyərək canlı bomba olmaq, bomba dolu maşınları məsum insanların arasına sürüb partlatmaq, məbədləri dağıtmaq.., bunları Quranla, sünnə ilə bağlamaq mümkün deyil. Qurana və sünnəyə uyğun olmayan hər hansı hal və ya hadisə müsəlmanlıqla izah edilə bilməz. Bizi utandıran bir tablo! Müsəlmanlığın üzünə ləkə yaxılması kimi bir şey! Mübarək dinimizin yanlış anlaşılması və yanlış təqdim olunması səbəbiylə ortaya çıxan bu mənzərə bizim üçün xristianların səlib yürüşündən, monqolların müsəlman aləmini alt-üst etməsindən daha ağırdır, daha betərdir.”
Yekunda iştirakçılar bu cür tədbirlərin artırılması lazım gəldiyini, sülh, dialoq və xoşgörünün Madaqaskarda və bütün dünyada bərqərar olması üçün görülən bütün fəaliyyətlərə dəstək verilməsinin zəruri olduğunu bildiriblər.
- tarixində yaradılmışdır.