“Sülh üçün lazım gəlsə, qan qusub “qırmızı şərbət içmişəm” deməyi bacarmaq lazım”
Fəthullah Gülən Xocaəfəndi son söhbətlərin birində sülhün əhəmiyyətini diqqətə çatdırdı. On doqquz dəqiqəlik video yazıda Gülən “Nisa” surəsinin 128-ci ayəsinə istinadən mühüm məsələlərə toxundu: “Milli qürurun tapdalanmaması şərti ilə, cəmiyyətdə sülhün bərqərar olması naminə nə lazımsa edilməlidir”.
Fəthullah Gülən Xocaəfəndi həftəlik söhbətlərin birində sülh mövzusuna toxunaraq dində sülhün əsas olduğunu vurğuladı və İslam tarixindən, cəmiyyət həyatından örnəklər verdi. “Sülh xeyirdir, xeyir sülhdədir”, deyən Gülən “Nisa” surəsini xatırlatdı və həmin surənin 128-ci ayəsinin daima sülhə gedən yolu göstərdiyini bildirdi. “Sözügedən ayə ailədaxili zorakılıqdan bəhs etsə də, bu, onun məzmununu ümumiləşdirməyə mane olmur”, - dedi. Bu ayənin ictimai yönünü bu cür izah etdi: “Milli qürura xələl gətirməmək şərtilə, xalqın ələvi-sünni, kürd-türk, laz-çərkəz kəsimləri arasında sülhün bərqərar olması naminə əlimizdən gələni əsirgəməməliyik”. Söhbətdə Hüdeybiyyə sülhünə də toxunan Xocaəfəndi bu hadisənin ibrətamiz yönlərə malik olduğunu bildirdi. Ümrə üçün səhabələri ilə Hüdeybiyyəyə gələn Peyğəmbərimizin müşriklərə göstərdiyi təmkinli münasibətin həqiqi fəthə zəmin hazırladığını qeyd edərək ortaya çıxan problemlərin barış fəlsəfəsinə sadiq qalmamaqdan irəli gəldiyini söylədi: “Yararlı bir şey üçün bəzən ağılımıza yatmayan məsələlərə də dözmək olar. Ailə, cəmiyyət planında, xalqlar və dövlətlər arasında uzlaşma təmin edilməlidir”. Gülən Xocaəfəndi: “Sülh xeyirdir, xeyir sülhdədir” adlı söhbətdə aşağıdakı məqamlara təmas etdi:
Quran “Xeyir sülhdədir” buyurur. Bu məsələ bu gün üçün də çox aktualdır. Bəziləri “bu doğrudur”, deyir. Bizdən olmadıqlarına görə onların “doğru” dediyinə biz “əyri” deyirik. “Siz səhv düşünürsünüz” deyə ancaq özümüzü müdafiə edirik. Xüsusən də, qloballaşan dünyada bu cür yanaşma aradan qaldırılmazsa, nə ailədə, nə cəmiyyətdə, nə millətdə, nə də xalqlar arasında əmin-amanlıqdan əsər-əlamət qalar. Halbuki Quran: “Xeyir sülhdədir, razılaşmada, uzlaşmadadır (“Nisa” surəsi, 128)” deyir. Quran cəmiyyətin ən kiçik parçası - ailə müstəvisindən məsələyə yanaşır. Ailə cəmiyyətin molekuludur, odur ki, burada meydana gələn problemlər cəmiyyətə də sirayət edir. Qurani-Kərim məhz buna görə, məsələy kiçik dairədən yanaşır. Ailədə sülh xeyirlidirsə, qəsəbədə də, şəhərdə də, dövlət də, dünya da xeyirlidir.
Ağlımıza yatmasa da, dözməliyik. Sülh prosesində bizə yad olan bəzi şeylər ola bilər. “Kaş bu görüş olmayaydı. Türk millətinin qüruru var, boyun əyməyək, bəzi şeylərə razılıq verməyək” deyənlər ola bilər. Əgər bu kimi şeylərlə bəzi problemlər həll olacaqsa, budur Hüdeybiyyə sülhü və bu sülhün məntiqi. Əlimizdən gələni əsirgəməmək lazımdır. Ölkənin bölünüb parçalanmasına imkan verməmək lazımdır. Dövlətimizin inkişafına zəmin hazırlamaq lazımdır. Yararlı bir şey üçün bəzən ağılımıza yatmayan şeylərə də dözmək lazımdır. Sülhdən ötrü qan qussaq da, “qırmızı şərbət içmişəm” deməyi bacarmalıyıq.
Fəthullah Gülən Xocaəfəndi on doqquz dəqiqəlik söhbətində “Sülh üçün qatlanası hər şeyə dözmək lazımdır”, - dedi. Dünyada sülhün bərqarar olmasına dair bu tövsiyələri verdi: “Hansı dairədə olur- olsun, ümumi sülhün bərqərar olması üçün çalışmaq və sülh şəraitində birgə yaşamağın mümkün olduğunu göstərmək lazımdır. Deyək ki, Türkiyədə hansı sahədə sülhü təmin etməyə çalışırsınız? Budur, müxtəlif dünyagörüşləri: inanan-inanmayan, yəni müvahhid, ateist, deist, ərafda qalanlar... Bunlarla belə birgə yaşamağın mümkün olduğunu göstərmək lazımdır. Bu sahədə layihələr ortaya qoymaq lazımdır. Təəssüf ki, buna o qədər də əhəmiyyət verilmir. Məsələn, ələvi, kürd, türk, laz, çərkəz... Bunlar arasında sülhün bərarqar olması lazımdır. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik, qan qusmalı olsaq da, “qırmızı şərbət içmişəm” deməyi bacarmalıyıq. Milli qürur, milli şərəfə xələl yetirməmək, mili qürura hörmətsizlik etməmək şərti ilə, məncə, əl də öpmək olar, ətək də... Müsəlmanlar və millətlər arasında əmin-amanlığın, sülhün təmini üçün dözüləsi hər şeyə dözmək lazımdır”.
“Sülh fəlsəfəsini tam yaşada bilmədik”
Söhbətdə Osmanlı mədəniyyətinin xoşgörüsünə də təmas edən Gülən Xocaəfəndi son əsrlərdə meydana çıxan problemlərin əsas səbəbi kimi “sülh” mədəniyyətindən uzaqlaşmağı göstərdi: “Dövləti-Aliyə nə deməkdir, bilirsiz? Haradasa 250 milyonluq əhalini idarə etmək deməkdir. O dövrdə on bir milyon əsl türk vardı. Əgər o razılaşma, uzlaşma, dözüm, o xoşgörü olmasaydı, dörd əsr bu işin öhdəsindən gələ bilməzdiniz. Son əsrlərdə niyə problemlər çıxdı? Çünki biz o sülh fəlsəfəsini, o sülh düşüncəsini tam həyata keçirə bilmədik. “Hər kəs bizə bənzəməlidir”, dedik. Dünyagörüşlərinə, anlayışlarına xoşgörü ilə yanaşmadıq. “Bizə tabe olmalısınız”, dedik. Hər yoldan keçəndə bir çiyin vurduq. “Bizə tabe olsanız, xeyir taparsınız” dedik. Onlar sizdən dəstək görməyəndə kənarda axtarmağa başladılar. Xaricdən gələn dəstək də sizin üçün problem oldu. Problem oldusa, bir mənada orada ümumi sülhün qorunmamasına görə oldu”.
- tarixində yaradılmışdır.