Dərin quyu, iztirab və çırpınışlar
Sual: 1) Vurğuladığınız kimi, quyuya düşüb bunun iztirabını çəkənlərə İlahi inayət bir çıxış yolu ilham edər. Fərdi və ictimai problemlərimizin həllində reallıqları görmə, iztirab çəkmə və səbəblərə riayət etmə kimi əsasların əhəmiyyətinə görə sıralaması varmı?
- İnsan hər şeydən əvvəl harada, nəyin içində olduğunu hiss etməlidir. Quyunun dibini gül-gülüstan kimi görən adam iztirab çəkməz, çıxmaq üçün cəhd göstərməz, başqa sözlə, iztirarla Cənabi-Allaha yönəlməz. (00:47)
- Quyunun çölü həqiqi mənada İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm), sonra da dörd xəlifənin dövrüdür. Ondan sonra da Əməvilər dövrünün çox az hissəsi, Abbasilərdən Hadi, Mehdi, Harun Rəşid dövrləri, Osmanlının böyük hissəsi gəlir. Hazırda müsəlmanlar quyunun dibində yaşayırlar. Quyunun çölündən xəbərsiz olduqlarına görə quyunun dibində qalmaqdan narahat olmurlar. (02:28)
- Cənabi-Allah: “Allah xeyirlidir, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)?!“ (“Nəml” surəsi, 27/59) ayəsinin arxasınca gələn iki ayədə kainatdakı icraatlarını və bu icaatlarda mövcud tövhid dəlillərini diqqətə çatdırmış, sonra da: “(Şərik qoşduqları şeylər üstündür) yaxud darda düşmüşün duasına cavab verən, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən Allah? Məgər Allahla yanaşı başqa bir tanrı olar? Əlbəttə olmaz! Nə az düşünürsünüz?” (“Nəml” durəsi, 27/62) buyuraraq əli hər yerdən üzülüb darda qalan müztərin duasını qəbul etməsini də tövhidin dəlili kimi bəyan etmişdir. İnsan əgər keçmişə baxıb həyatını gözdən keçirsə, naçar qalıb əli hər yerdən üzüldüyü, Allahın birliyini vicdanən duyduğu, Onu hiss etdiyi, yalnız Ona sığınıb Ondan kömək dilədiyi anlarda tövhid nurunun içindən əhadiyyət sirrinin zühur etdiyini, yəni xüsusi ilahi təvəccöhə məzhər olduğunu görər. (08:05)
- Zülmət bir gecədə, ucsuz-bucaqsız bir dənizdə, şahə qalxan dalğalar arasında və səbəblərin əl-qolunun bağlandığı bir anda: “Ya Rəbbim! Səndən başqa ilah yoxdur, üluhiyyət taxtının yeganə sultanı Sənsən. Sübhansan, bütün nöqsanlardan münəzzəhsən, müqəddəssən! Mən isə, həqiqətən özümə zülm etdim. Əfvini gözləyirəm, Rəbbim!” (“Ənbiya” surəsi, 21/87) deyən Həzrəti Yunus ibn Mətta bu sözləri ilə “Səbəblərin həqiqi təsir gücü yoxdur, Səbəblər Sənin izzət və əzəmətini örtən pərdələrdir. Ancaq murad etsən, Sən səbəbsiz də yaradarsan. Səbəblərin məndən üz çevirdiyi bir vaxtda, ey Müsəbbibül-əsbab, səbəblərin fövqündə dayanan əzəmətinə, hər şeyi əhatə edən güc və qüdrətinə, elmin və iradənin ənginliyinə sığınaraq yalnız Səndən kömək diləyirəm!” mənalarını qəsd etmiş və bütün səmimiyyəti ilə könlünün səsini dilləndirmişdir. O, bütün varlığı ilə Cənabi-Allaha yönəlincə nuri-tövhid içində sirri-əhadiyyət üzə çıxmış, hökmü həm balığa, həm dənizə, həm gecəyə, həm də səmaya keçən Allah-taala gecəni, dənizi və balığı onun əmrinə vermiş və Həzrəti Yunusu sağ-salamat sahilə çıxarmışdır. (08:35)
- İnsanlığın İftixarı Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət edərkən Sevr Sultanlığında izini itirməsi də iztirara (əlacsızlıq, çarəsizlik, məcburiyyət) və səbəblərə riayətə bir örnəkdir. (10:32)
- Allahın (cəllə cəlaluhu) Fironun qoşunundan qaçan Həzrəti Musaya köməyi də iztirarla edilən duaya bir cavabdır. Belə çətin bir vaxtda Həzrəti Musa: “Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 26/62) deyərək Allaha yönəlmiş, buna müqabil Allah-taala da: “Biz Musaya, “Əsanı dənizə vur!” deyə vəhy etdik” buyurmuşdur. Həzrəti Musa əsasını yerə vurunca dəniz əzəmətli dağlar kimi yarılmış, o da ümməti ilə birlikdə qarşı tərəfə keçmiş və Allahın lütf və ehsanı ilə qurtulmuşdur. (11:38)
- Səbəblərə riayət Cənabi-Allahın inayətini səsləməkdir. Həzrəti Yusifin quyudan çıxmaq üçün (bəlkə) dırnaqları ilə divarları qazması, çırpınması, vedrəni döyməsi, Həzrəti Yunusun balığın qarınını yumruqlaması, Həzrəti Musanın əsasını dənizə vurması və İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu əleyhi və əleyhimussalam) Sevr Sultanlığında izləri itirməsi və s. bunların hər biri Müsəbbibül-Əsbaba hörmətin tələbi, səbəblərə təvəssüldür. (12:38)
- Bəzən Rəsuli-Əkrəm peyğəmbərimizi (s.ə.s.) daşa tutmuş, bəzən məkrli planlar qurmuş, üstünə qılınc çəkmişdilər. Bu cür hadisələr o həddə çatmışdı ki, o böyük “Etibar timsalı” bir gün Mədinədə hücrəsində təkbaşına istirahətə çəkilmək istəyəndə: “Kaş biri gələ, keşiyimi çəkə, mən də bir az yuxumu alam!” deyə ürəyindən keçirməli olmuşdu. Həmin əsnada qılıncına qurşanmış Zübeyr ibn Avvam (Yəqin bu hadisə dəfələrlə təkrar edib ki, bəzi rəvayətlərdə fərqli səhabələrin adı keçir. Onlardan biri də Sad ibn Əbi Vəqqasdır) gəlib “Allahın Rəsulu rahat yatsın, ona bir şey olmasın deyə qapınızda keşik çəkməyə gəldim”, demişdi. Bu hadisədə də həm bir az iztirar, həm Allahın müztərin (iztirarlı insan) dadına çatması, həm də səbəblərə riayət məsələsi var. (14:50)
- Reallıqları dərk edib bunun iztirabını çəkmək çox mühüm ilham mənbəyidir. Çətin vəziyyətdən xilas olmaq üçün müxtəlif yol və üsullar öyrədir insana. Məsələn, quyuya düşən bir adam quyunun dibində olduğunu anlayır və bunun iztirabını çəkirsə, quyudan çıxmaq üçün min cür yol axtarar və Allahın izni-inayəti ilə bir yol tapıb oradan çıxar. Yanında kürək, bel olmasa belə, əlləri ilə çıxmağa çalışar. Lakin quyunun dibində yaşadığını dərk etməyən və həyatından məmnun olan bir insan heç vaxt özünü bu cür əziyyətə salmaz. İman və Quran xidmətinin bir neçə nəfərin çox çətin şəraitdə kitab oxuması ilə başlayıb dərsanə, tələbə evi, tələbə yataqxanası, universitetə hazırlıq kursları, məktəblər, universitetlər ... kimi müəssisələrlə böyüməsi də iztirab və səbəblərə riayət çağırışına Cənabi-Allahın inayətlə cavab verməsi sayəsində olmuşdur. (18:28)
- İstər fərdi, istərsə ictimai planda olsun, iztirar iztirabdır. İztirab isə ən məqbul bir duadır. Bəzən elə iztirablı dövrlər olur ki, millət hər tərəfdən düşmənlə əhatə olunduğunu hiss edib naçar, əlacsız qalır. Belə vaxtlarda insanlar yerli-yersiz şikayət etməz, vəziyyəti yalnız Allaha ərz edər, Ona əl açar, Ona yalvarıb-yaxararlarsa, bu, ən məqbul duaya çevrilər. (25:20)
Sual: 2) Əksəriyyətin gecənin iztirabından və sonu görünməyən qaranlıqdan şikayət etməsinə baxmayaraq, bəzi Haqq dostları gecələrə üstünlük vermişdir. Haqq dostlarının bir mənada tənhalıq və iztirab sayılan gecəni gündüzdən üstün tutmasının səbəbi nədir? (26:16)
- Gecələr insanı Allaha yaxınlaşdıran, Ona qovuşduran sahillərdir. Gecələrin sirli ilhamları Haqq dostlarını musiqitək ovsunlayır və duyğulara bürünüb damla-damla qəlblərinə axır. İlahi rəhmətə bel bağlayan və ümidini heç vaxt ondan üzməyən Haqq ərənləri hər gecə yuxunun şirin vaxtında qalxır, rahat döşəyini tərk edir, səccadəsinə baş qoyur, ürəyini boşaldır, inildəyir və Onun mərhəmətinə sığınırlar. (26:38)
- Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) xəbər verdiyinə görə “Rəbbimiz hər gecə yarısı, gecənin son üçdə birində dünya səmasına enir və buyurur: “Mənə dua edənə cavab verərəm, Məndən istəyəni əliboş qaytarmaram, Məndən əfv diləyəni bağışlayaram!” Bu, sübhə qədər belə davam edir”. Hədisdə Cənabi-Allah haqda işlədilən “enir “ ifadəsini Onun tənəzzülü, təvəccöhü və dua edən quluna cavab verməsi şəklində başa düşmək lazımdır. (27:05)
- Həzrəti Aişə deyir ki: “Bir gün Rəsulullah yanıma gəldi və “Aişə, bu gecə Rəbbimə ibadət etmək üçün mənə icazə verərsənmi?” buyurdu. Mən də “Ey Allahın Rəsulu, mənə sənin yaxınlığın da əzizdir, istəklərin də...” dedim. Durdu, otaqdakı su ibriyini götürüb dəstəmaz aldı, sudan az istifadə etdi, sonra namaz qılıb Quran oxumağa başladı. Çox keçmədi ki ağlamağa, göz yaşı tökməyə başladı. O qədər ağladı ki, göz yaşları torpağı ıslatdı. Sonra Bilal gəldi, səhər namazının girdiyini xəbər verdi. Gördü ki ağlayır: “Ey Allahın Rəsulu, - dedi, - Allah-taala Sənin keçmiş-gələcək bütün günahlarını bağışlayıb, niyə bu qədər ağlayırsan?” “Ey Bilal” buyurdu, “Şükür edən qul olmayım?” Arxasınca buyurdu ki: “Necə ağlamayım, Allah-taala bu gecə “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (“Ali-İmran” surəsi, 3/190-191) ayələrini nazil etdi. Rəsulullah bunu deyəndən sonra “Vay onu oxuyub təfəkkür etməyənlərin halına! Vay onu “ağzında çeynəyib” haqqında dərindən düşünməyənlərin halına!” buyurdu. (29:41)
- Gecələrin sirli çağırışını eşidənlər dərhal o səsə səs verib bütün kainatın tamaşasanı can atır, ayın gizli işarələrini görür, ulduzların füsunkar sayrışını seyr edərək məst olurlar:
(30:14)Dinlə də ulduzların bu xütbeyi-şirinini,
Nameyi-nurunu hikmət, bax nə təqrir eyləmiş.
Həp birlikdə nitqə gəlmiş, Haqq lisanıyla derlər:
Bir Qadiri-Zülcəlalın həşəməti-sultanına,
Hər birimiz bir bürhani-nurəfşanıq vücudi-Saniyə;
Həm vəhdətə, həm qüdrətə şahidlərik biz!
...
Böylə yüz min dil ilə yüz min bürhan göstəririk;
Eşitdiririk insan olan insana...
Kor olası dinsiz gözü, görməz oldu üzümüzü;
Həm eşitməz sözümüzü, haqq söyləyən ayələrik biz! (Həzrəti Bədiüzzaman) - Gecələrin o sirli və sehrli aləmində Canan yurdundan əsib gələn mehin zərifliyi və bu zərifliyi duyan ruhların vəcdü-həyəcanı hiss olunur, hiss olunur və könül İbrahim Haqqı kimi bütün Leylilərə:
deyə səslənir və onları sonsuzluğu tamaşa etməyə səsləyir.Ey didə, nədir yuxu, gəl oyan gecələrdə;
Kövkəblərin et seyrini, seyran gecələrdə.
Bax heyəti-aləmdə bu hikmətləri seyr et;
Axtar Sanini, ol ana mehman gecələrdə.
Çün gündüz olursan necə əğyar ilə qafil,
Qo qəfləti dildardan utan gecələrdə.
Az ye, az yat, heyrətə var, fani ol andan
Bul bəqa, ol ana mehman gecələrdə - Həqiqət əhlinin gündüzdənsə gecəyə üstünk verməsi qəbzi (qəlbin sıxılması) bəstdən (qəlbin genişlənməsi, aram tapması) üstün tutmağa bənzəyir. Gecənin də, qəbzin də gəlməsi sizin əlinizdə deyil, ikisi də bir mənada cəbri-lütfidir (insan iradəsi və ixtiyarı olmadan gələn ilahi lütf). İnsan təmkini əldən verməsə və səbirlə işığın arxasınca düşsə, qəbz kimi “gecə” də ona yeni qapılar açar. Qaranlıq sıxdıqca, ruha başqa aləmlərin pəncərələri açılar. Bu, təkcə yuxular vasitəsilə də olmur. Yuxu bu pəncərələrdən biridir. (33:20)
- Hər çətinlik bir asanlığa, hər qəbz bir bəstə, hər gecə bir gündüzə hamilədir, amma hamiləlik dövrünə dözmək lazımdır. Bir Haqq dostu necə gözəl deyib: “Ey gecə! Nə qədər qaralırsan, qaral, çünki (qaranlığın ən amansız, ən qatı vaxtı dan yerinin ağardığı andır) qaranlığın son nöqtəsi işığın başlanğıcıdır!” (35:20)
- tarixində yaradılmışdır.