Saleh dairə neməti, şükür və səbat
Sual: İmana hizmət dairəsinə düşmək ilk mövhibə sayılırsa, onu qəlbi və əməli baxımdan necə dəyərləndirməliyik ki, gələcək lütflərə vəsilə olsun? Gənclərin, xüsusən, universitet tələbələrinin lüks həyat, parlaq karyera vədi ilə fərqli yönlərə sürükləndiyi bir dövrdə saleh dairənin bir nemət olduğunu insanlara çatdırmaq üçün nələr etməliyik?
- Ömrü ileyi-kəlimətullah yoluna həsr etmək - adanmışlıq Cənabi-Allahın böyük bir nemətidir. Çox az adam bu neməti -səbəblər dairəsində - iradəsi ilə əldə etsə də, əksəriyyətimiz üçün o, bir ilk mövhibədir, bir yolla gəlib bizi tapan ilahi lüft və ehsandır. (01:18)
- Allahın bəxş etdiyi ən kiçik nemətini (ki heç bir nemət kiçik deyil) belə böyük görməli və onun qarşısında şükür hissi ilə ikiqat olmalıyıq. Cənabi-Allah “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (“İbrahim” surəsi, 14/7) fərmanı ilə şükür edənlərə mükafat verəcəyini, nankorları isə cəzalandıracağını buyurur. (03:37).
- Möhtərəm Qırxıncı Xocaəfəndi ilə eyni müəllimdən dərs almışıq. Qırxıncı Xoca o vaxtlar da çox çalışqan, fəal insan idi, çox adamı əlindən tutub dərsə gətirmişdi. Ancaq o qədər adamdan mən və Hatəm Xoca kimi bir-iki nəfərdən başqa dairədə qalan olmadı. Halbuki Həzrəti Ustadın o ilk tələbələri onu və qayə bildiyi həqiqətləri çox gözəl təmsil edirdi. Onlardan biri Həzrəti Pirin “Get bir Şərqi gəz gəl” tapşırığı ilə Ərzuruma da baş çəkən Müzəffər Aslandı. Həm atamın danışdığı rəvayətlər, həm də oxuduğum kitablar içimdə səhabələrə qarşı böyük bir sevgi oyatmışdı, amma onu görənədək əshabın yaşadığı həyatın utopiya olduğunu düşünürdüm. Mərhum Müzəffər Aslanın səhabə kimi yaşantısı, sadəliyi və səmimiyyəti mənə çox təsir etmişdi və “Məgər utopiya deyilmiş, budur, axtardığım insanları tapmışam” demişdim. Mərhumun soba borusu kimi sallanan köhnə şalvarının iki dizi də yamaqlıydı. Pencəyi də ondan geri qalmırdı. Ancaq bu sadəlik məndə bambaşqa hislər oyatmışdı. Üstəlik ibadətində dərinlik vardı, namazı, duası bambaşqa idi. Məhz bu, mənim ilk mövhibə idi. (05:17)
- Bəxşiş, ehsan, ilahi vergi və müstəsna lütf mənasına gələn “mövhibə” Cənabi-Allahın xüsusi bir təvəccöhü, iltifatı, ətiyyəsi, ətası və bəzi hallarda xüsusi tənvir və irşadıdır. Manhetten kimi bir yerdə avar-avara gəzən bir insanın Həsən Şazəli həzrətlərinin təkyəsinə gəlib çıxması da bir mövhibədir. Əslində bizim imana xidmət dairəsinə düşməyimizin də misal verilən təvafüqdən fərqi yoxdur, Allahın xüsusi lütfü, ehsanı – mövhibəsidir. Bizim vəzifəmiz ilk növbədə bu neməti dərk etmək, fərqinə varmaq, qədrini bilmək, sonra şükür etmək, mənən dərinləşmək və heç bir təmənna ummadan qəlbən ona yönəlməkdir. (09:25)
- İmam Busiri Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) dərin ibadətindən bəhs edərkən deyir: “Mən gecələri ayaqları şişənədək ibadət edən O Zatın sünnəsinə onu tərk etməklə zülm etdim.” (12:20)
- İnsanlığın İftixarı ən dərin və əngin ibadəti ortaya qoymuşdur, ondan o tərəfi yoxdur. Səhərədək ibadət etdiyini görən Həzrəti Aişə anamız “Axı Sənin heç günahın yoxdur!” anlamında “Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, Sənə olan nemətini tamam-kamal edəcək və Səni düz yola müvəffəq edəcəkdir!” (“Fəth” surəsi, 48/1-3) ayələrini oxuyunca Allah Rəsulu “Rəbbimin bəxş etdiyi bu qədər nemətin əvəzində çoxlu ibadət və şükür edən bir qul olmayımmı?” deyə cavab vermişdi. (14:00)
- İnsanlığın İftixarı (əleyhi əlfü əlfi səlatin və salam) elə bir iffət abidəsi idi ki, hələ altı-yeddi yaşında əynini dəyişərkən əmisi Əbu Talibə “Əmi, əynimi dəyişəcəyəm, xahiş edirəm, üzünü çevir” demişdi. Günah Onun yuxusuna belə girə bilməmişdi. (14:38)
- Allah-taalanın leysantək başımıza yağdırdığı nemətləri dərk etməli, görməli, o cümlədən nöqsan və qüsurlarımıza baxmayaraq, dünyanın hər yanında hüsn-rəğbətlə qarşılanmağı da ilahi lütf saymalı və bunun müqabilində Rəsuli-Əkrəm kimi şükür etməliyik. (16:43)
- Yaxşı və gözəl əməllərdə sabitqədəmlik inandırıcı olmaq üçün vacib şərtdir. Əməl və hərəkətlərində ziqzaq cızanlar heç kimi inandıra bilməz. Möminin nəbzini yoxlayanlar illər ötsə də, aritmik döyüntülərə rast gəlməməlidir. (17:47)
- İstiqamət çox əhəmiyyətlidir. Allah Rəsulu (s.ə.s.) ““Hud” və ona bənzər surələr məni haldan salıb qocaltdı” sözü ilə “Sənıə necə əmr edilibsə, o cür də dosdoğru ol” (“Hud” surəsi, 11/112) ayəsini nəzərdə tuturdu. Lüğətdə “doğruluq” mənasına gələn “istiqamət” sözü termin olaraq etiqad, əməl, müamilə (ictimai münasibətlər) və digər bütün davranışlarda ifrat və təfritdən uzaq olub təqva halqasına girərək nəbilərin, siddiqlərin, şəhidlərin və salehlərin yolu ilə getməyə etina göstərmək deməkdir. Ancaq istiqamətin də dərəcələri vardır və Allah Rəsulu “İstiqamətdən ayrılma!” əmrini öz dərin ibadət səviyyəsinə görə anlamış və bu mehvərdə yaşamışdır. (19:0 9)
- Dünyanın cazibədar gözəllikləri möminləri yolundan etməməlidir!.. Dəbdəbə, rahat həyata düşkünlük və tənbəllik kimi səbəblərlə ziqzaq çəkən insanlar düz yolu belə keçə bilməmiş və məqsədə çatmamışlar. Xidmət dairəsində olan insanlar üçün də ən təhlükəli məsələlərdən biri dünyanın cazibədar gözəlliyinə qapılmaqdır. Buna görə də, iradəni ortaya qoyaraq coşan dünyəvi arzu-istəkləri cilovlamaq çox böyük ibadət sayılır. (23:13)
- Əhli-dünya insanın zəif yönlərindən istifadə edərək onu haqdan uzaqlaşdırıb öz cərgəsinə çəkməyə çalışır. Məsələn, təqaüd verir, yaxşı imkanlarla təmin edir və firavan həyat təklif edirlər. İstiqamətini tapmayanlar, Allah eləməsin, bu kimi şeylərə meyl edib fərqinə varmadan dünyasını da, axirətini də qaralda bilər. Buna görə mömin mütləq sabitqədəm olmalıdır! .. (25:30)
- Qəlb düşüncə, təsəvvür və ruhu qoruyan bir qaladır. İnsanın maddi-mənəvi duyğuları bu qalaya sığınaraq özünü qoruyur. Odur ki, bu qədər əhəmiyyətə malik olan qəlbin də karantin və nəzarətə ehtiyacı var. Çünki onu yaralananda sağaltmaq, öləndə də diriltmək çox çətindir. Quran bizə, “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma...” (“Ali-İmran” surəsi, 3/8) duasını məsləhət görərək bu mühüm qorunma və nəzarəti xatırladır. Tarixdə neçə-neçə nəhəng insanlar şeytanın toruna düşmüş, ona şikar olmuşlar. Eyni aqibətlə üzləşməmək üçün Allaha sığınmaq və dünyanın fani gözəlliyinə aldanmamaq lazımdır. (27:21)
- Bəzi gizli cəmiyyətlərlə yanaşı, qərəzli, həsədkar və ya rəqabət aparan adamların dünyanın müxtəlif ölkələrində ruhunuzun ilhamını qəlbinə boşaldıb öz dünyanıza çəkdiyiniz insanları sizdən uzaqlaşdırmaq üçün cazibədar şeylərlə onların ağlını başından alması və fikirlərini qarışdırması mümkündür. İnsanlara sahib çıxmaq, dördəlli yapışmaq lazımdır. Onların toruna düşsələr, fərqinə varmadan əhli dünya olarlar. Dünyəvi axının qoynuna atılanları (Şair yoldaşımın “Üsyan dəryasına yelkən açmışam/ Kənara çıxmağa qoymayır məni!..” dediyi kimi) qurtarmaq çox çətindir. (29:27)
- Ümümbəşəri insani dəyərləri aşılamaq və dünya-axirət səadətinə aparan yolu göstərmək niyyəti ilə əl uzatdığınız insanlara, imkan daxilində fürsət verməli, dinin ucalığını, məfkurənin qiymətini, yüksək bir qayəyə bağlılığın dəyərini göstərməli və onları maarifləndirərək ihsana yüksəltməyə çalışmalısınız ki, bir virusu görən kimi yoluxmasın və bir axıntıya düşüb getməsin. Səmimiyyətin, vəfanın və sədaqətin əvəzsiz dəyərlər olduğunu onlara izah etməli, sizi sınağa çəkmələrinə fürsət verməli, beləcə, həqiqi niyyətinizi göstərib heç bir təmənna güdmədiyinizi gizli işlərlə məşğul olmadığınızı göstərməlisiniz. (34:02)
- Mən həyatımda döşək nədir bilməmişəm. Tələbəlikdə də, axtarışda olduğum vaxtlarda da xalının üstündə yatıb-qalxmışam, hələ də bir döşəyim yoxdur. Ancaq hər kəsin belə olmasını gözləmək doğru deyil. İnsanlara normal yaşayış üçün imkanla təmin etmək lazımdır. O cümlədən qarşı tərəfi ovucun içi kimi tanımalı və səviyyələrinə görə bəzən xüsusi münasibət göstərmək lazımdır ki, yoldan azmasınlar. (36:16)
- Bədiüzzaman Həzrətləri İyirmi doqquzuncu məktubun altıncı hissəsində - “Hücumatı-Sittə”də “İnsi və cinni şeytanların altı hiyləsini, inşaallah, zərərsizləşdirər və hücum yollarının altısına da sədd çəkərəm” deyərək hübbu-cah (şöhrətpərəstlik), qorxu, tamahkarlıq, irqçilik, ənaniyyət (eqoizm) və tənpərvərliyi ən təhlükəli sınaq sayır. Gördüyünüz kimi, Həzrəti Pir qısaca tənbəllik və rahata düşkünlük mənasına gələn tənpərvərliyi də şeytanın ən böyük altı hiyləsindən sayır. Həm özümüzü, həm də dostlarımızı bu tələyə düşməkdən qorumalıyıq. (37:40)
- Kiçik qüsur və nöqsanlarına görə insanların üstündən dərhal xətt çəkməməliyik. Möminin möminə münasibəti necə olmasıdır? Gəlin buna əsri-səadətdə yaşanan bir hadisə ilə aydınlıq gətirək. Bədir döyüşündə də iştirak edən bir səhabə içkinin qadağan olmasına baxmayara, “meyvə şirəsi” içirdi. Bir neçə dəfə sərxoş vəziyyətdə məscidə gəlmiş, buna görə cəzalandırılmış, bir dəfə də Allah Rəsulunun hüzuruna gətirilərək azar eşitmişdi. Yenə eyni səbəbə görə Peyğəmbərimizin hüzurundaydı. Bir nəfər “Allah cəzanı versin. Sən nə pis adamsan. Neçənci dəfədir bu vəziyytdə gəlirsən!” kimi sözlər dedi. Bunu eşidən Allah Rəsulu “Qardaşınızın əleyhinə şeytana kömək olmayın. Allaha and olsun o, Allah və Rəsulunu sevir” buyurdu. (38:23)
Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.
video-wrapper_blank- tarixində yaradılmışdır.