Şəfqətin səbəbi və bəyanın ədəbi
Ruh və məna köklərimizdə kin və nifrətə yer yoxdur, biz hər kəsi mürüvvətə, insanlığa dəvət edirik. Genetik quruluşumuz araşdırılsa, sadəcə şəfqət, mülayimlik və "gəl, gəl, ürəyimizdə otur" mülahizələri tapılar.
- Biz hər kəsə hidayət diləyir və hər kəsin Cənnətə girməsini arzu edirik. Alnımızı səcdəyə qoyub əllərimizi Ulu Dərgaha açanda: "Allahım, qəlbimizi və bütün qəlbləri imana, İslama, Qurana aç!" deyə bəşəriyyətin qurtuluşuna dua edirik. Çünki məsləyimizin təməl prinsiplərindən biri şəfqətdir və bu imanımızın təbii nəticəsi, inancımızın əvəzolunmas şərtidir. (02:02)
- Haitidəki zəlzələ hamımızı sarsıtdı, gözlərimizi yaşartdı. Bu insanlarla eyni dində, eyni inancda olmasaq da, onlar bir mənada potensial, əhsəni-təqvimə namizəd insanlardır. Onlara şəfqət ilahi sənətə hörmətdir. (05:11)
- Nəzəri şəfqət, həqiqi şəfqət deyil. Həqiqi şəfqət, qabiliyyət və imkan daxilində hər kəsi bəşəriyyətin yardımına sövq edən güclü bir hissin adıdır. Əli qələm tutanlar səmimi cümlələrlə, şairlər misralarla, ədiblər həqiqətin kölgəsi – hekayə, teatr və romanlarla, televiziya işçiləri məfkurə mehvərli teleserial və verilişlərlə, kinoşünaslar məna dərinliyi olan filmlərlə bəşərin əbədi qurtuluşuna xidmət etməlidirlər ki, həqiqi şəfqət təzahür etsin. (07:26)
- Dərddən, kədərdən ağı deyib ağlamaq, sızlamaq çarə deyil. Bəşəriyyətin halına yanıb dəli kimi ora-bura vurnuxmaq əvəzinə onlarla birlikdə olmalı, əlimizdən gələn hər şeyi etməli və səsimizi, nəfəsimizi onlara çatdırmalıyıq. (10:24)
- Zati-Üluhiyyəti Quranın üslubuna uyğun şəkildə tanıtmaq, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) ulu şəxsiyyətini, gözəl əxlaqını, bərəkətli ömrünü bəyan etmək və həqiqətləri insanlara olduğu kimi çatdırmaq da şəfqətin bir yönüdür. Bu başda ilahiyyatçılar olmaqla bütün müsəlmanların vəzifəsidir. (12:09)
- Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) dahi demək olarmı? Fetanətlə və dahilik arasında fərq? (19:22)
- Rəsuli-Əkrəmi (s.ə.s.) və Onun gətirdiklərini müqayisə edəsi olsaq, İstanbulun fəthi ikinci dərəcədə qalar. Hər kəs qabiliyyətlərini qəlblərdə Allah Rəsuluna, Qurani-Kərimə və dəyərlərimizə qarşı həyəcan oyatmaq üçün istifadə etməlidir. (20:27)
- Sənə layiq ola bilmədik, ya Rəsulullah!.. (27:28)
- Elə mülahizələr var ki, dil ona tərcüman ola bilməz. O mülahizələr ruhu bürüyəndə səssiz, səmimi şəkildə: "Halımı Sən bilirsən!.." demək təmtəraqlı cümlələrlə Cənabi-Haqqa səslənməkdən daha dərin, daha mənalıdır. (29:35)
- İnsan adi danışıqda belə məfhumun iç musiqisini sözlərinə əks etdirməlidir. Qurani-Kərimi səmimi qəlbdən oxuyan möminlər ayələrdəki iç musiqini də duya bilərlər. Əfsusalar olsun ki, Quranın bu üslubundan məhrum olanların bəyanlarında o iç musiqiyə şahid olmaq mümkün deyil. Onlar, Rəsuli-Əkrəmlə (sallallahu əleyhi və səlləm) bağlı məsələdən danışarkən adi bir insandan danışrımış kimi ruhsuz-ruhsuz danışırlar. (32:45)
- Həzrəti Aişəyə (radıyallahu anha) "anam" deyərkən belə "Sən kimsən ki, mənə “anam” deyirsən?" deyər deyə qorxuram, lakin başqa ifadə bilmədiyimə görə "anam" deyirəm. Yoxsa, möminlərin anasına anama xitab etdiyim kimi xitab edə bilmərəm. Ondan bəhs edərkən rahat danışa bilmərəm. Onun xüsusiyyətini düşünmək məcburiyyətindəyəm. (39:47)
- Bəli, bir bəyanın qəlblərə təsir etməsi üçün sözün iç musiqisi şərtdir. Danışan insan, (Qurani-Kərimin qiyamətdən bəhs edərkən, ya da şeytanın vəsvəsəsindən danışarkən işlətdiyi üslubu nəzərə alaraq) özünü mövzuya verməli və təsvir etdiyi hadisənin hər səhnəsini yaşayayan insan kimi mövzuya dalmalıdır ki, həmsöhbətinə təsir etsin. (40:47)
- tarixində yaradılmışdır.