Söhbəti-Canandan maiyyəti-Canana
Sual: 1) Möhtərəm xoca, "Bir söhbəti-Canan dediyiniz Canan söhbəti, Onu tanıma cəhdi, söhbətləri Onunla bəzəmə, Ondan danışma var, bir də maiyyəti-Canan, əsas olan maiyyətə nail olmaqdır!" buyurdunuz. Daha əvvəl, söhbəti-Cananla əlaqəli bəhslər olmuşdu, amma "Maiyyət-i Canan" bir yönü ilə bizim üçün yeni sayılır. Bu ifadədən qəsd etdiyiniz mənanı izah edə bilərsinizmi? (00.21)
- Maiyyət; lüğət mənası etibarilə, bir böyüyün yaxınında olma və həmişə onunla birlikdə olma deməkdir. Lakin, bizim terminologiyamıza görə maiyyət; Haqq aşiqinin həmişə Onu duyması, Onu düşünməsi, Onunla oturub-qalxması, Onunla işləməsi, Onunla başlaması, Onun cazibəsinə qapılaraq özünü vəhdət şəlalələrinə salması və iradi ya da qeyri-iradi olaraq həmişə Onun məmnuniyyəti ətrafında pərvanə kimi dönüb-dolanmasıdır. (00.40)
- İnsanın bu dünyadakı iman, mərifət (Allahı tanıma ölçüsü, vicdan mədəniyyəti), İlahi sevgi və eşqi-şövq mövzusunda bütün yüksəlmələri axirətdə maiyyəti-ilahiyyənin sürpriz nemətləri və Cümə yamaclarının gözəllikləri olaraq zühur edəcək. (05.55)
- Maiyyəti-Canana söhbəti-Canan ilə çatmaq olar. Elə isə, həyat söhbəti-Canan ətrafında hörgülənməlidir. Bəs onda, görəsən Söhbəti-Canan nədir və hansı növləri var? (11.33)
Sual: 2) Xeyirli bir işi edib etməmə mövzusunda səmimiyyətimizdən əmin ola bilmədikdə o əməli tərk yolunu seçə bilirik. Bu da bəzən vəzifələrimizdə axsamalara səbəb olur. Bu cür hallarda "ixlasa riya qapısından girilər" sözünü işlətmək, şeytani bir mülahizədirmi, yoxsa ixlasa getmədə bir mərhələdirmi? (18.47)
- Fərz ibadətlər riya qorxusuna görə də olsa əsla tərk edilə bilməz. İlayi-kəlimətullah (Haqqın təbliğ edilməsi) vəzifəsi də hansı bəhanə ilə olursa olsun, qətiyyən tərk edilməməsi lazım olan bir məsuliyyətdir. (19.20)
- Riyadan çəkinə bilmənin yolları nələrdir? (22.00)
- Riyaya girmiş olduğundan narahatçılıq keçirən bir insan dərhal Cənab-ı Haqqa təvəccöh etməli və Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimizin öyrətdiyi bu dua ilə Allaha sığınmalıdır.
- "Allahım, bilərək ya da bilməyərək şirkə düşməkdən Sənə sığınıram. Şirk qoxuyan duyğu, düşüncə, söz və rəftarlarımdan ötrü məni bağışlamanı diləyirəm. Şübhəsiz Sən qeybi bilənsən (mənim könlümdən keçənləri də Sən bilirsən)." (24.35)
- İnsan, ixlasa və həqiqi tövhidə çatana qədər "nisbi riya" deyə biləcəyimiz süni hallardan yaxasını qurtara bilməyə bilər. Lakin, əgər ixlas axtarışında səmimi və israrlı olarsa, nəzəri dinin, insan təbiətinin bir dərinliyi halına gəlməsi müddətində başlanğıc etibarıyla görülən təqlidçilik və süniliklərin vaxt keçdikcə silinib itməsinə bənzər şəkildə, o izafi riyalar da bir-bir silinib gedəcək. (26.03)
Sual: 3) Quran qissələrindən tam istifadə edə bilmək üçün Quranı necə oxumaq daha fydalıdır. Ayələrdə nəql edilən bir vaqeəyə yalnız tarixi bir hadisəymiş kimi səthi baxışın, onun gerçək dəyərini və verdiyi mesajları görməyə mane olduğunu demək olarmı? Bu mövzudakı fikirlərinizi deyə bilərsinizmi? (29.19)
- Quran qissələrinə baxarkən, haqqında danışılan qövmün xüsusiyyətlərini, o cəmiyyətə göndərilən peyğəmbərin xarakterini və insanların psixologiyalarını anlamağa çalışmaq, sonra da məsələni dövrümüzün hadisələrinə adaptasiya etməyə və bu zamana xas ibrətlər çıxarmağa səy göstərmək lazımdır. (30.40)
- Doktor Məhəmməd İqbalın atasının nəsihəti... (33.55)
- Çox şeyimizi oğurladılar... Quldurlar, Quranımızı da oğurladılar və biz bu gün Rəbbimizin bəyanını anlamırıq. Lakin, hər gün əksəriyyəti bir-birini daşlayan, yalan yazan və dedi-qoduları köşə yazılarına əks etdirən kəslərin yazılarını oxumaq üçün saatlarca vaxtımızı xərcləyirik. Rəbbimizin kəlamının onlar qədər vicdanlarımızda qiyməti yoxdursa vay halımıza!.. (35.31)
- tarixində yaradılmışdır.