Fəthullah Gülən tərəfindən yazılmışdır. "Herkül nəğmə" göndərildi
351-ci nəğmə: “Qeybin son elçisi”
Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhissalatu vəssalam) xətaları üzə vurub insanları utandırmazdı, qarşılaşdığı nöqsanları ümuma xitab edərək dilə gətirər, beləcə kimsəni rəncidə etmədən nəsihət verərdi.
Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Mənə həyat verən Allaha and olsun ki, əgər Musa (əleyhissalam) birdən çıxıb gəlsəydi və siz məndən üz döndərib onun ardınca getsəydiniz, doğru yoldan azmış olardınız. Əgər Musa (əleyhissalam) sağ olsaydı və peyğəmbərliyimi görsəydi, sözsüz, o da mənə tabe olardı!” Peyğəmbərimizin özünün üstünlüyünü bəyan etməsi bəzi yanlış fikirləri aradan qaldırmaq məqsədini daşıyır və təbliğ vəzifəsindən irəli gəlir, yoxsa O, daim təvazökardı.
Fəzilətlərinin onda biri görünən bir insan varsa, o da İnsanlığın İftixar Peyğəmbərimizdir (sallallahu aleyhi vəsəlləm).
Allah Rəsulu bir peyğəmbər olaraq təkcə mükəlləfiyətlərlə bağlı məsələləri dilə gətirmiş və ortaya qoymuşdur. Yoxsa Onunla Allah arasında elə sirlər var ki, Alvar imamının sözü ilə desək, şayəd övliya, hətta siddiqlər bu sirlərə agah olsaydı, başları gedərdi.
Allahla irtibat səviyyəsinə görə müxtəlif dərəcəli bəndələr var və Cənabi-Haqq hər bir qulla fərqli rəftar edir. Mənən altda olanlar üstəkilərin Allahla irtibatını və Cənabi-Haqqın onlarla rəftarını bilmir. O cümlədən, nə avam təbəqə “ərbabi-bəsirət” adlanan xəvassın Allahla irtibatını, Allahın da onlarla rəftarını, nə də xəvasslar əxəssi-xəvassın Allaha təvəccöhünü, Allahın da onlarla rəftarını bilir. Əxəssi-xəvass da “müxləsin” və “mustafeynəl-əxyar” adlanan müqərrəbin və əqrabul-müqərrəbinin Həzrəti Zatla dərin irtibatından və Onun bu seçilmiş qullarına məxsusi rəftarından xəbərsizdir. Bunu bilsələr, can gedər.
Həzrəti Ustadın təvazö və təkəbbür haqda bir meyarı var: “İctimai həyatda hər kəsin görməsi və görünməsi üçün bir pəncərə vardır. O pəncərə boyundan hündürdədirsə, təkəbbürlə uzanmağa çalışacaq. Əgər boyundan aşağıdadırsa, təvazökarlıqla əyiləcək ki, o səviyyədə görsün və görünsün. Böyüklüyün meyarı kiçiklikdir, yəni təvazökarlıqdır. Kiçikliyin meyarı isə böyüklükdür, yəni təkəbbürdür.” Məncə, mömin bu meyarlara baxıb özünə qiymət verməlidir.